Bərdənin tələbə kartı və “ölü can” saxlayan lisey direktoru kimdir? - nazirə dosye

14-05-2018, 05:00           
Bərdənin tələbə kartı və “ölü can” saxlayan lisey direktoru kimdir? - nazirə dosye
Yeni təhsil naziri Ceyhun Bayramovun peşə liseyləri ilə bağlı kadr islahatlarına başlayacağı xəbər verilir

teref.az yazır ki, fia.az-a daxil olan məlumata görə, Bərdə Peşə Liseyində də dəyişiklik gözlənilir.

Liseyin direktoru Şəmil Şükürovun fəaliyyəti müasir tələblərə və yeni idarəçilik modelinə uyğun gəlmir. Gənc nazir çevik, dinamik komanda ilə işləmək istəyir.

Bu halda tədrisin keyfiyyəti yüksələ bilər. Odur ki, nazirin Ş.Şükürovla yollarını ayıracağı bildirilir. Lisey direktoru bu günə kimi liseyin ərazisini müxtəlif məqsədləri üçün istifadə etmişdi.

Amma zamanın nəbzini tutmağı bacaran Ş.Şükürovun dövlətin siyasəti adı altında həmin sahədə pambıq əkdirəcəyi heç kimin ağlına gəlməzdi.

Peşə liseyinin direktoru pambıqdan gələn gəliri özünə götürüb. Bunu yaxın çevrəsinə belə izah edib ki, ərazidəki təsərrüfat onun özünə məxsusdur və dövlət əhəmiyyətli pambıq yığımı deyil.

Belə bir kadrın vəzifədə saxlanması gənc nazirin islahatları ilə tərs mütənasibdir. O baxımdan Bərdə peşə liseyinə yeni direktor təyin olunacağı bildirilir.

Halbuki, peşənin ərazisini zəbt edən direktor bundan qabaq deyirmiş ki, pambıq əkilməsi rayon rəhbərliyinin göstərişidir.

Verilən məlumata görə, Bərdə Peşə Liseyini bazara çevirən direktor tədris işlərinə laqeyd yanaşır.

Liseydə davamiyyət çox aşağıdır, təhsilin səviyyəsi sıfırdır, şagirdlər vaxtında dərslərdə iştirak eləmir, imtahanların isə necə keçdiyi hamıya məlumdur.

Bərdə Peşə Liseyində təhsil alan şagirdlər imtahanlardan direktorun maraqlarını təmin edərək keçirlər. Əks təqdirdə kəsirə qalırlar.

Şəmil Şükürov təhsil müəssisəsində üzə çıxan problemləri həll etmək əvəzinə biznes işləri ilə məşğul olur. Direktorun fermasındakı iri və xırda buynuzlu heyvanların sayı-hesabı yoxdur.

teref.az yazır ki, fia.az mətbuata istinadla xəbər verir ki, Şəmil Şükürov təhsil ocağının sayəsində biznesini inkişaf etdirir. Ölkənin təhsil sahəsi ən problemli sahələrdən biridir.

Respublikamızın ali və orta təhsil müəssisələrində vəziyyət o qədər də ürəkaçan deyil. Təhsil ocaqlarının fəaliyyətsizliyi ilə bağlı qəzetimizə saysız-hesabsız şikayət xarakterli məlumatlar daxil olur.

Xüsusilə də son məlumatlarda peşə təhsili sektorundakı mövcud problemlər geniş əks olunub. Ümumiyyətlə, əvvəlki dövrlərlə müqayisədə indi peşə təhsilinə maraq azalıb.

Deyilənə görə, sözügedən təhsil ocağına ayrılan vəsaitin sayəsində lisey direktoru özünə əməlli-başlı şərait yaradıb.

Lakin liseyə gəldikdə isə təhsil ocağının binası baxımsızlıqdan az qala tələbə və müəllimlərin başına uçur.

Halbuki Təhsil Nazirliyi tərəfindən Bərdə Peşə Liseyinin təmiri üçün lazımi qədər vəsait ayrılıb. Bundan başqa bizə daxil olan məlumatlarda deyilir ki, Şükürov işinin öhdəsindən layiqincə gəlmir.

Direktor kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Yalnız və yalnız biznesini inkişaf etdirməklə məşğuldur.

Bundan başqa əldə etdiyimiz məlumata görə, orada təhsil alan tələbələrin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahandan kənar qəbul olunublar. Yəni lisey direktoru Şəmil Şükürov qeyri-qanuni yolla liseyə tələbə qəbul edib.

Sözsüz ki, qeyri-qanuni yolla tələbə adını qazananlar savadlı olsaydılar, öz bilikləriylə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarından keçərdilər.

Lakin TQDK imtahanından aşağı bal toplayan tələbədən gələcəkdə peşəkar kadr yetişməyəcəyi gün kimi aydındır.

Ona görə də Təhsil Nazirliyi bölgələrdəki təhsil ocaqlarına, xüsusilə də Bərdə Peşə Liseyinə xüsusi diqqət ayırmalı və orada baş verən neqativ hallarla bağlı ciddi şəkildə ölçü götürülməlidir.

Birinci Qarabağ savaşının başlaması ilə liseyin də “qara” günlərinin başladığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən təhsil ocağında müasir avadanlıqların qıtlığı səbəbindən tələbələri istehsalatda tətbiq olunan yeniliklərlə tanış etmək mümkün olmur.

Onu da qeyd edək ki, Şəmil Şükürovun direktoru olduğu Bərdə Peşə Liseyində davamiyyət olduqca zəifdir.

Tələbələrin bir qismi dərsə gəlmir, bəzi müəllimlər dərslərdə iştirak etmir, liseyin texniki işçilərinin və bəzi ustaların əməkhaqqları isə vaxtında verilmir.

Bundan başqa, bu təhsil müəssisəsi artıq “ölü can”lar təsisatına çevrilib. Bunun isə əsas səbəbkarı liseyin direktorudur.

O, təhsil ocağını özünün şəxsi biznes obyekti kimi idarə edir. Habelə, tələbə kartlarını özündə saxlayır.

Qarşı tərəfi dinləməyə hazırıq.
teref.az olaraq adları çəkilənb şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.