TÜRK GİL YAZILARINDA KOMET İLƏ SƏYYARƏLƏRİN MÜNASİBƏTİ

2-01-2023, 12:43           
TÜRK GİL YAZILARINDA KOMET İLƏ SƏYYARƏLƏRİN MÜNASİBƏTİ
Altı min il öncə Babildə yaşamış astronom ENLİL İSMƏ özünün kosmosu müşahidələri ilə bu gün kosmos dünyamızın adamını məəttəl qoyur. Bizim modelləşdirməmizdə və anlaya bildiyimiz səviyyədə ondan bir irtibat (məlumat):
"TİAMAT ANNITDA, İNƏ ŞƏMƏŞƏ,
UCU UZAMA İLTİBASI ƏLÜ HAR MİSAVİ.
İSSİTMƏZ MARSI İŞIĞI QATI DÜŞƏRSƏ,
LİMİTƏ İTTƏDİ, ONA QARŞISA.
Tiamat kometi pusqudadır, əgər Günəşə doğru enə,
Ucu (quyruğu) xətti genişlənərək, istidə itə və ya dəyişə bilər.
İssitməz Marsı nə qədər qatı (güclü) işıq (isti) düşsə də ondan,
Çünki qarşıdan keçsə, Mars onu limitə (sona) qədər itələyə bilir.
Bu şeirdən çıxan elmi nəticələr bu günkü elmin qandığı fonda:
1. Məlumdur ki, kometlar Günəşə doğru yaxınlaşdıqca, ya Günəşə düşüb yanır, ya ondan uzaqlaşa bilirlər. İkinci halda qızmış buz kütləsi buxarlanaraq özündən işıq və toz buludları buraxır ki, bunu ENlİL İSMƏ "UC" adlandırır (şəkil 1);
2. Günəşdən uzaqda onların quyruğu olmur. Dediyim kimi, Günəşə yaxınlaşdıqca buz qızır və buxarlanır və kometin başlığını işıq və toz dumanı bürüyür. Bu cəhəti ENlİL İSMƏ "istidə itə və ya dəyişə bilər- "har misavi" kimi çox dəqiq izah edir (şəkil 2).
Bu cür quyruqlu komet hər 100 ildən bir bizim Günəş sistemində peyda olur və onu görənlər özlərini xoşbəxt hesab edə bilərlər.
1996-da yay gecələrinin birində Sietlin Puget Sound körfəzinin üstündə uzunquyruqlu komet uçuşunu görmək xöşbəxtliyi mənə nəsib olub.
3. Ulu astronom kometin Marsı qızdırma və ona düşmə ehtimalını rədd edir.
4. Çünki qravitasiya qanunu ona məlum idi. Bəlkə də onu o kəşf etmişdi. Sonrakı tərcümələr bunu da müəyyən edər. Marsın onu itələyəcəyinə astronom tam əmindir və bu, sadəcə heyranedicidir.
5. Mars adının romalıların dilində olduğu yalanı ortadadır. Güman ki, onu Etrusk türkləri İtaliyaya gətiriblər.
***
Altı minillik bu cür elmi möcüzə Amerika alimi M. Voqelzanqın tərcüməsində "akkad dil nümunəsi" kimi toza-torpağa bulaşdırılır:
"Tiamat bunu eşidən kimi
Bərk qəzəbləndi və öz oynaşının üstünə bağırdı,
Elə dəhşətlə qışqırdı ki, qəzəbdən özündən getdi.
Lakin a qarnındakı qəzəbi boğdu".
Tariyel Azerturk
Mənbə: Тариел Азертюрк, Генезис тюрка и тюркского языка (на основе клинописи), Баку, AFPoligrAF, 2019, в 2-х томах, I том, стр. 313-314, на русском языке.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.