İNSANLIQ - 73 il sonra əvəzlənən vəfa borcu FOTO

11-02-2023, 09:54           
İNSANLIQ -
Türk əskəri korea uşağını xilas edir. 73 il sonra korealı xilaskar türk uşağını xilas edir.
1940-cı illərin sonunda Stalin Türkiyəyə ultimatum verib 9 doğu vilayətinini tələb etdi - ərazi iddiası. Onları SSRİ-yə qatmaq istəyirdi.
Daha doğrusu və konkret Ermənistan SSR-nə qatmaq istəyirdi, o dövrdə Anastas Mikoyan SSRİ Nazirlər Sovetinin sədri idi, dahi rəhbərin qulağını doldurmuşdu.
Atatürkdən sonra onun sağ əli İsmət paşa, prezident olan İsmət İnönü 48 saat möhlət istəyib ABŞ-la danışdı, demokratik seçki və b. şərtlərini qəbul edib NATO-ya üzv qəbul olundu. Stalinin cavabını ABŞ verdi, İosif Stalin mırıldayıb əl çəkdi!. Türkiyə ərazisini qoruya bildi. Bunun qarşılığında Türkiyə 1950-53-cü il Korea müharibəsinə ABŞ-ın müttəfiqi kimi qatıldı və döyüşdü.
Bu müharibədə on minlərlə türk əskəri həlak oldu... ərazisini və bayrağını, şərəfini qorumağın bədəli idi bu şəhid qanı.
Azərbaycanda Amerikaya nifrət edənlərə sualım: ABŞ Türkiyəni NATO-ya qəbul edib qorumasaydı, Güney Korea kimi demokratk seçki və inkişaf yoluna yönəltməsəydi nə olacaqdı? Onminlərlə türk əskəri qırılmasına baxmayaraq 9 vilayət SSRİ-yə keçəndən, ərazisi olandan sonra bölgədə və Güney Qafqazda durum, qüvvələr nisbəti necə olacaqdı? 1. Zəifləmiş Türkiyə, 2. güclənmiş SSRİ, 3. çox güclənmiş Ermənistan SSR... Qarabağın taleyi necə olacaqdı? Düçünməyə, təhlilə dəyər
Allah Korea müharibəsində həlak olan türk hərbçilərinə rəhmət eləsin! Allah zəlzələdə həlak olan 20 000 Türkiyə vətəndaşına rəhmət eləsin!..
Şəkil Təranə Mustafayevanın divarından götürülüb.
Çingiz Sultansoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.