Batin alimi yazır: Xızır peyğəmbər kimdir?

11-02-2023, 12:13           
Batin alimi yazır: Xızır peyğəmbər kimdir?
Deyimlərdən, rəvayət və nağıllardan bilirik ki, bu dünyada bir peyğəmbər ölümsüzlük qazanmışdır və o da Xızır peyğəmbərdir. Lakin heç kim bilmir ki, Xızır peyğəmbər elə qədim Misirin Osiris Allahıdır. Xızır/Hızır rəmzi qədim müdriklərin məntiqində Hu-Azər, yəni Azər Allahı deməkdir və o qədim mənbələrdə Osiris, Asar, Assur, Aşşur və s. kimi də qeyd olunur. Qədim Misir mətnlərində Osiris/Asar Allahı - odlu göldən gəlmiş, od oğlu od adlanır. Bizə də Azər Allahı - Azər odu kimi məlumdur. Qədim yazılarda Asar, yəni Osiris Allahı Asar-Luhi kimi də qeyd olunur ki, bu da Asar-İlahi, yəni Osiris Allahı deməkdir. Digər mənbələrdən İlahi-Azər, yəni Hu-Azər/Hızır rəmzi Hisar, Kosar, Kesra və s. kimi məlumdur.
Bayram və mərasimlərimizdə Xızır haqqında deyilir:
Xızır, Xızır xız gətir,
Var dərədən od gətir.

Bu o deməkdir ki, Xızır peyğəmbər var dərədən, yəni göydən xız odu gətirə bilir (bax. "Xızır peyğəmbər – Odlu göldən gəlmiş Azər Allahıdır" məqaləm, sayt:
https://firudin.blogspot.com/2020/04/xzr-peygmbr-odlu-goldn-glmis-azr-allahdr.html?m=1). Xız rəmzi qədim müdriklərin məntiqində Xaos, yəni ilkin materiya, İlah deməkdir. Mifologiyada xaosun qarma-qarışıqlığı bildirməsi rəmzi mənadadır. Həqiqətdə xaos - ilkin materiyanın təbii halı mənasındadır. Məhz Misir fironu sayılan pir Amon bu təbii vəziyyəti pozaraq, ondan göydə kosmik insan yaratmış və İlahı özünə tabe etmişdir. Başqa sözlə, Xızır, yəni Azər Allahı - göydən İlah, Hu gətirərək, ondan Allah yaratmış əcdadımız pir Amonun ruhudur.
Qədim İranda Azər odu fərr adlanır və bu İlahi odun hesabına Azəri pir-bəgləri, seyid-şıxları möcüzələr göstərə bilən İlahi qüdrətə malik olmuşdular. Atəşpərəstlik də bu İlaha sitayiş mənasındadır. Azəri pirləri "Ya Cəddim" deyib Amon Allahından kömək istəyəndə, Azər Allahı öz varislərinə bu fərr odunu verir və onlar da insanlara köməklik edirdilər. Lakin axirətə yaxın Azəri müqəddəslərinin İlahi qüdrəti yox olur və insanlar onların hakimiyyətindən imtina edib, özlərinə adi insanlardan rəhbər seçirlər. Allah isə təbii ki, adi insanların hakimiyyətini qəbul etmədiyi üçün dünya məhvə doğru getməyə başlayır.
İslamda Azər Allahı - imam Hüseynin ləqəbi mənasında Sarallah kimi rəmzləndirilmişdir. Müsəlmanlar 1400 il əvvəldən Hüseynin axirətdə ölümünün mərasimini Aşura adı ilə təntənəli surətdə qeyd etməyə başlamışdılar ki, Aşura rəmzi də batıni mənada Azər, yəni Osiris Allahı deməkdir.

Qədim Misir yazılarına görə, dünyaya hakim kimi yaradılmış Azər/Osiris Allahı, axirətdə öz qardaşı tərəfindən öldürülür. Lakin oğlu Qor Azər Allahını, yəni Xızırı yenidən dirildir. Allah hakimiyyəti dünyada yenidən bərqərar olduqdan sonra, dünyada yenidən qızıl əsr və xoşbəxt həyat başlayır.
Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg
11.02.2023












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.