Babək xəlifədən aman istəyib? - ARAŞDIRMA
22-02-2023, 11:24
Azərbaycan qəhrəmanı Babəkə atılan böhtanlardan biri də, güya onun yaltaq və qorxaq olmasıdı. İndi bu barədə olan bir neçə mənbəni sizə təqdim edəcəyik.
Şəmsəddin Əbu Abdullah Zǝhəbi "Duvəl-əl-islam" kitabında yazır ki;
"Babəki Mutəsimin yanına gətirdikdə ondan soruşdu: "Babək sənmisən?" Babək dedi: "Əmirin quluyam””.
Masudi qeyd edir ki, "Oxuduğum "Bağdad xəbərləri" adlı kitabda belə yazılmışdır: Babək Mutasimin yanına gəldikdə bir müddət danışmadı. Sonra Mutǝsim: "Babək sənmisən?" deyə ondan soruşdu. Dedi: "Bəli mən sənin nökərin və qulunam!"
Məsudi başqa yerdə yenə yazır ki, (Bu zaman) Babəki gətirdilər və onun üzünü Mutasimə tərəf çevirdilər. Mutǝsim, "Babak sanmisan?" deyə ondan soruşdu. Babək cavab vermədi. Mutəsim sualını bir neçə dəfə təkrar etdi. Lakin Babək susub durmuşdu. Afşin ona sarı əyilib dedi: "Vay halına, əmirəlmöminin səndən söz soruşur, sən isə susursan". Onda Babək dedi: "Mən Babəkəm". Bu zamanda Mutǝsim səcdə edib, onun əllərinin və ayaqlarının kəsilməsinə əmr verdi".
Gördüyünüz kimi müəllif ikibaşlı danışır. O, gah Babəkin xəlifəni saymadığını, gah da xəlifəyə mən sənin nökərin və qulunam söylədiyini yazır.
Üvfi "Cavami-al-hekayət və ləvami ər-rəvayət"də yazır ki; "İbn-Səyyah deyir ki, Babək Xürrəmi tutulan zaman mən bir neça başqa adamla onu ötürməyə təyin olunmuşduq. Yolda ona dedik ki; Səni xəlifənin yanına apardıqda o səndən: "Babək sənsənmi?"deyə soruşsa, cavabında belə de: "Bəli, ey əmirəlmöminin!Sənin qulunam, günahgaram və ümüd edirəm ki, əmirəlmöminin məni əvf edib, təqsirimdən keçəcəkdir"".
Üvfi yenə yazır ki, "Mutəsim Babəki öz yanına tələb etdi. Babəki əli-qolu bağlı onun hüzuruna gətirdikdə soruşdu: "Babək sənmisən?" Babək yalnız: "Bəli" deyib susdu", qaş-qabağını saldı, hətta üzünün rəngi belə qaçmadı.
Nizam-əl-Mülükdə "Siyasətnamə" əsərində yazır ki;
"Mutasimin gözü Babəkə sataşanda dedi: "Ey it! Nə üçün dünyada bu qədər fitnə törətdin?" O, heç cavab vermədi...". Sonra Hamdullah Mustovfi "Tarixe-qozide"da qeyd edir ki; "Babəki Mutasimin yanına gətirdikdə soruşdu: "Babək sənmisan?" Dedi: "Bəli, əmirin quluyam". Qanından keçsinlər deyə o, çoxlu pul, dövlət təklif etdi, qəbul olunmadı".
Xondamir də "Xulosat-al-axbar fi bəyəni əhvat-il-axyar"da bu məsələyə toxunaraq yazır ki, "Babək Xilafət qəsrinə çatdıqda onun qanından keçsinlər deyə Mütəsimə çoxlu pul, dövlət təklif etdi. Lakin onun bu təklifi rədd olundu".
Mənbələrdən oxuduğunuz ki, Babək əsir düşəndə güya canını qurtarmaq üçün həm xəlifəyə, həm də Səhl ibn-Sunbata yaltaqlanaraq çoxlu pul təklif edibdir. Əvvəla, xəlifənin Babəkin puluna bir ehtiyacı yox idi. İkincisidə, Bəzz işğal olunandan sonra Babokin nəyi qalmışdı ki, nəyidə təklif edǝydi.
Baxın, Təbəri bir tərəfdən yazır ki, Babək aman istəyir və bunun müqabilində oğlunun əsir olmasına razı olaraq onu girov qoyur. Digər tərəfdən də qeyd edir ki, Babək oğluna tapşırır ki, əsir düşmə, əgər düşsən özünü öldür. İndi bütün bunları necə başa düşək və hansına inanaq?
Əbu Məhəmməd Əhməd ibn-Osəm əl-Kufi do "Kitab-al-Futuh" əsərində yazır ki;
"... xəlifə əl-Mutəsimin qızıl fərmanı gəldi. Bu Babǝkǝ aman verilməsi barədə idi. Afşin adam çağıtdırıb fərmanı Babǝkǝ çatdırmağı əmr etdi. Lakin Babəkin nə uşaqlarından, nə də döyüşçülərindən heç birinin bu fərmanı Babəkə çatdırmaq cürəti olmadı".
Babəkin xəlifənin məktubunu cırdığını yazanlar belə var. Əbu Fallah Əbd-ul-Heyy ibn-lmad Hənbəli "Şəzərat-32-23- hab fi axbəri min zəhəb" adlı əsərində 222-ci il (836-837) hadisələrindən söz açır və yazır ki;
"Mutəsim onlara aman verməyə hazır olduğunu yazıb göndərdi. Lakin o, (Qeyd: yəni Babək) məktubu cırdı və nalayiq sözlər dedi".
Beləliklə, görürük ki, mənbələrdə Babəkin müsəlman olması ilə yanaşı, onun guya kafir, xristian, atəşpərəst və s. bir-birinə zidd məlumat necə verilirsə, saray səlnaməçiləri eyni qaydada Babəki qorxaq kimi qələmə verməyə çalışırdılar.
Mübariz Mehrəli, "Babək müsəlman olub" əsəri.