İranın lütlənməsi - YUNUS OĞUZ yazır

3-04-2023, 16:27           
İranın lütlənməsi -
Felyeton

Lütlənmə iki cürə olur; biri hərfi, digəri isə məcazi mənada. Hərfi mənada insan vücuduna aiddir, məcazi mənada isə daha çox insanın yaşamaq tərzinə şamildir, məsələn biri o birindən soruşur ki, nə var, nə yox? O birisi də cavab verir ki, soruşma qardaş, yaman lütlənmişəm, yəni kasıblamışam. İndi hər iki anlam İranla bərabər yaşayır, lütlənmə bu ölkənin içinə getdikcə inamla soxulur, onu parçalayır, dağıdır. Hə, bunun bir anlamı da var; siyasi lütlənmə...

Bir gün Mola Nəsrəddin düzdə gedirmiş. Görür ki, buludlar göy üzünə qara pərdə çəkdi. Bir azdan ildırım çaxdı, bir yağış yağmağa başladı ki, tut ucundan göyə çıx. Molla baxır ki, bu yağış onu iliyinə qədər isladacaq, tez əynində nəyi var çıxardıb bir daşın altına qoyur, özü də oturur daşın üstündə, Gözləyir ki, yağış dayansın. Bir azdan buludlar dağılır, günəş adamın üzünə gülməyə başlayır. Tez paltarlarını daşın altından çıxardıb geyinir və yoluna davam edir. Bir az gedəndən sonra görür ki, qarşıdan bir nəfər gəlir, amma leysan onu islanmış cücəyə döndərib. Adam da baxır ki, Mollanın paltarları qupqurudur, təəccüblənir. Xoşdan, beşdən sonra adam deyir ki, mən islanmışam, paltarlarım özümdən ağırdır. Sənin əynin isə qurudur, niyə? Molla da qazanmaq fürsətini heç əldən buraxarmı? Cavab verir:

-Bu mənim duamın gücündəndir.

Adam ona yalvarır:

-Mənə də o duanı öyrət. - Əlini qurşağına atıb pul kisəsindən bir qızıl pul çıxardıb ona uzadır. - Al, bu da haqqı.

Molla qızıl pulu alır, o üzünə, bu üzünə çevirir, sonra qurşağına basıb deyir:

-Lütlən.

Adam heç nə başa düşmür, Çaşbaş halda soruşur:

-Necə yəni lütlən?

Molla sakit halda cavab verir:

-Çox sadə, yağış yağanda paltarlarını çıxart qoy daşın altına, mənim kimi lüt-üryan otur daşın üstündə.. .

İndi İran deyilən bir dövlət özü bütün mənalarda lütlənib, hamını da lüt görmək istəyir. Buna görə də aftava istehsalını gücləndirib ki, hamını lüt görsün. Zatən aftava adam lüt olanda işə düşür. Onun boğazı xoruldayaraq qışqırır:

-Lütlən!!!

Sanki adam lüt olanda aftafa həzz alır. Bu aftava da, elə bil İran kimi ibnədir.

A kişi, lüt adama, hətta dövlətə birtəhər baxırlar, e... e... elə bilərlər ki, biz də buşmenik və başlayarlar bizi də onlar kimi qırmağa. Zatən İran da bunu istəyir, çünki, özünün paltarları daşın altındadır. Qırmağa başlayanda tez yeni libasını geyinəcək.

Deyir Qumda ciddi müzakirələr gedir ki, aftafanın qarşısında lütlənmək üçün onu hansı əldə tutmaq lazımdır; sağ əldə, yoxsa sol? Uzun aylar, illərdən sonra belə qərara alındı ki, kim sağ əlilə yazırsa aftafanı sağ əlində tutsun, kim solaxaydırsa sol əlində.

Bu da lütlənmənin yeni növüdür. Əsas odur ki, əlinizə aftafa alın, sonrakı proses avtomatik gedəcək.

Hələ mən demirəm ki, İran xalqı necə lütləndirib, yəni xalq olmaz dərəcədə kasıblayıb. İndi xalq sentyabr ayından küçələrə çıxıb etiraz edir ki, biz lütlənmək istəmirik, onsuz da lüt və it günündə yaşayırıq. İran da qoşunu, ləşkəri tökür onun üstünə ki, dedim lütlənəcəksən, vəssalam.

İran deyilən bir ölkədə o qədər böyük, ağlasığmaz inflasiya yaranıb ki, müəllimin bir aylıq maaşı iki günə güclə çatır. Day, bundan betər lütlənmə olar? Xalq lütləndikcə mollaların daşın altındakı paltarları coxalır. Hə, bir orası da var ki, xalq öz ayıbını görməsin deyə nəşə, həşiş istifadəçilərinin sayını çoxaldır. Hə, onları çəkəndən sonra nə ayıb, nə lütlənmə? İstəyirsən, lap başı üstə dur. Dililə də deyir ki, lütlənməyə öyrən, yəni kasıb yaşamağı öyrən. Biz beləyik, yesən də bu xiyardır, yeməsən də bu xiyardır. Kim lütlənmək istəmir, etiraz edir, ya terror edirlər, ya da basırlar Evin həbsxanasına. Evin həbsxanasında sevinə-sevinə soyundururlar, lütləndirirlər. Dörd divar arasında çarən nədir? Bax, burada aftafa xorultusu, ibnəlik işə düşür.

Oradan çıxanda kağıza da imza atırsan ki, bəs söz verirəm həmişə lüt gəzəcəm. İmza atmayıb, neyləyəcəksən? Dörd divar arasında səni soyundura-soyundura, həm də kameraya çəkiblər. Di get... gedir də...

Terrorda öldürülənlərin vəziyyəti Evin həbsxanasından bir qədər yüngüldür. Mollalar fikirləşirlər ki, ölən adam onsuz da lütlənir. Nə olsun ki, kəfənə bükürlər. Ondan sonra yenə lütdür.

Terror demişkən. Bizim səfirliyə hücum edən o terrorçu görün nə müşahibə verib. Deyib ki, dövlət səfirlik işçilərinə xəbər yollayıb ki, lütlənin. Səfirlik də qəti etiraz edib ki, heç elə şey-zad yoxdur. Bizim ədəb-ərkanımız var. Mən də ona görə ora hücum etdim ki, hamısını birnəfəsə topdan soyundurum. Heyf alınmadı.

Ta neyləyək. İran viran olub. Lütlənə-lütlənə gedir. Suriyanı, Yəməni, İraqı, Livanı lütləndirib. O ölkələrin əhalisi ordan-burdan paltar tapıb əyinlərinə keçirmək istəsələr də, İran qoymur. Deyir mən viran olmuşam, siz də viran olun. Cəhənnəmə gedən özünə yoldaş axtarar axı...

Azərbaycanı da lütləndirmək istəyirdi. Gözləmədiyi halda daş qayaya rast gəldi. Bizim tərəf dedi ki, a kişi, nə danışırsan, nə lütlənmək? Hətta biz gecələr də paltarla yatırıq. Özünlə bizi də yarğanın dibinə çəkmə. O de.. Ermənistanı lütləndirmisən, ağ günə çıxıb? Get atını başqa cığırda çap. İndi İran bizdən küsüb ki, siz lütlənmirsiniz.

Ə, get lütlən də. Əhalin paltar axtaranda görəcəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.