PAXILLIQ - JEALOUS (JILIS) - ЗАВИСТЬ - "AZƏRBAYCAN" XALQINI MƏHV EDƏN YEGANƏ AMİL
7-04-2023, 11:12
Vaxtilə işlədiyim Akademiyanın Fiziologiya institutunda (1967-1982) biokimyaçı kimi xərçəng əleyhinə dərman axtarırdım, ABŞ-dakı Nobel Mükafatı Laureatı, C vitaminini kəşf etmiş, mənşəəcə hunqar türkü olan SENT JÖRJİ ilə yazışırdım. Onun ideyası əsasında Azərbaycan elmində ilk dəfə istiqamətli isntez ideyasını irəli sürdüm.
Müdafiədən azacıq sonra. Prezident özü öz elitası ilə gəlmişdi İnstitutda direktorun geniş zalındakı elmi məruzəmə. Rəhmətlik Xudu Məmmədovu da gətirmişdi özü ilə. Və sonradan dost olacağım u dinamik düşüncə tərzi ilə möcüzə təsiri başığlayan böyük alimlə ilk dəfə orada tanış oldum.
Məruzəm qurtaran kimi, Prezident özünəxas çanlı nida və güclü həyacanla - sözləri vurğuynan deyə-deyə, ruscan:
"- Вот это настоящая наука !!!" deyib, məruzəmə nida qoydu və çox təriflədi kimyəvi formulalarla zənginləşdirdiyim işi.
Ondan sonrakı çıxışlar yağ kimi getdi. O zaman mənim bu işlərimin Azərbaycanda, yəqin ki, bütün SSRİ-də ilk dəfə "İstiqamətli sintez"ə (İS) (Направленный синтез) təkan verəcəyi ideyasını öz çıxışında söyləyən Xudu müəllim oldu.
Nə deməkdir İS?
Sən xəstəliyin molekulyar səviyyədə gedişatını bilirsən və əvvəlcədən elə maddələr yeridirsən orqanizmə ki, onlar xəstəliyi törədən kimyəvi faktorla toxumada birləşib sən müəyyən etdiyin reaksiya ilə onu bloklayır və xəstəliyi kökündən kəsir.
Mən təzəcə müdafiə etmiş biokimyaçı kimi xərçəng şişi əleyhinə tio (kükürd)- və selensemikarbazon tipli kimyəvi maddələrin sintezindən danışırdım. Və kimyəvi reaksiyalarla sübut edirdim ki, bu tip maddələr şişlərin pərvazlanmasına təkan verən ketonları sintez edən Qlioksilaza 1 və 2 fermentlərinin mərkəzi ilə şiş toxumasında asanlıqla birləşib onu ingibisiyaya (fəaliyyətini dayanmaq) uğrada bilər. Şişin sürətlə artımı dayanar, ingibitorun
(- semikarbazonların) nizamla yeridilməsi ilə ketonların şişə daxil olması dayandırılar, u tərəfdən qida ala bilməyən şiş hüceyrəsi məhvə məhkum qalar.
Bu məruzədən sonra, Akademiyanın prezidenti Həsən Abdullayevin təklifi ilə məni elə u gün kiçik elmi işçidən Baş elmi işçi vəzifəsinə keçirdilər, 3 otaq ayırıb qrup təşkil etdilər, 4 nəfər də işçi verdilər.
Hələ əlavə olaraq, Prezident təklif etdi ki, bu perspektivi (məni) ABŞ-a Sent Jörjinin yanına göndərək bir illiyə. Sənədlərimi topalyıb, verdim Akademiyanın müvafiq şöbəsinə. Sent Jörjiyə də yazdım, tez də cavab gəldi ki, məmuniyyətlə qəbul edərəm Bostondakı laboratoriyamda. Sonra ingilis dili müəlliməsi tutub, dili öyrənməyə başladım.
Sonra həmin məruzə ilə Xudu müəllimin rəhbərliyi altında Akademiyanın Prezidium iclasında, bir sıra kimya institutlarında çıxış etdim. Məqsədimiz kimyaçıları dediyim növ maddələri sintez etməyə cəlb etmək, volantirləri tapmaq idi. Sonra dünyada çox məşhur olan Riqa Üzvi Sintez - və Novosibirsk Üzvi Kimya institutları ilə kontraktlar bağladım.
6 aylığa məni Moskvaya məşhur Onkologiya Mərkəzinə elmi ezamiyyətə göndərdi Prezident. Orada Kaşşirskdə - prof. Şapotun Şişin biokimyası laboratoriyasında eyni məruzə ilə çıxış etdim.
İş çox bəyənildi əsasən yəhudi mənşəli "rus" alimləri tərəfindən. Mənə də, mənimlə getmiş bir zəkalı işçimə də laboratoriyada yer ayırdılar. 6 ay çalışdıq orda. Prof. Preobrajenskayanın laboratoriyasında tətbiq etdiyimiz bir maddənin şişə qarşı effektivliyinə görə bir Elmi ixtira lisenziyası da aldıq.
***
Moskva səfərindən qabaq laboratoriya müdirimin qarın ağrısı tutdu. Bu cür sürətlə addımlamağım, onun yuxusuna haram qatdı:
"- Sabah bu ermənistanlı gədəsi mənim laboratoriyamı da alacaq əlimdən..." fikirləri onu oxundan çıxarmışdı.
***
Bir dəfə Moskvadan qabaq, daha böyük bir kəşfin lap qapısı ağzında, astanasındaydım. Gedib doğma kəndim Nüvədi (Zəngəzur) dağlarından qardaşım Həmzə Vəli ilə qazıb çıxardığım xalq təbabətində bütün növ şişlərin əleyhinə işlənən ÇİLƏDAĞ biitgisinin kokümsöv gövdəsini gətirib, laboratoriyamda onnan ekstraksiya etdiyim dərmanları xərçəng ştampı vurduğum və şiş əmələ gətirdiyim təcrübi siçovullarda yoxlayırdım. Dərmanım 3-4 həftəlik şişləri belə tamam reqressiyaya uğradır, heyvanları tam sağaldırdı.
Səs Akademiyanın Prezidenti Həsən Abdullayeva çatdı. O da kəşflərin dəlisiydi, istəyirdi Akademiyasını dünya səviyyəsində tanıtsın. Özü öz elitasıyla, ikinci dəfə, siçovulları saxladığım vivariyaya - onlara baxmağa gəldi. Xəstə və sağalmış heyvanlara baxıb, həddən ziyada sevindi.
Çilədağla aldığım ekstrakt bir sıra volontir xəstələrdə belə yüksək effekt verirdi. Ən yaxşı müalicə effekti isə dərman Mədəaltı vəzinin xərçəngində nümayiş etdirirdi. Ən yüksək aktivliyi u orqanizmin immun sistemini yüksəltməkdə göstərirdi. Çilədağ ilə bağlı işlərim tezliklə Moskvada şiş əleyhinə keçirilən elmi simpoziumun materiallarında dərc olundu. Direktor və müdirim özümü orada iştiraka buraxmasydılar da.
Bəli, laboratoriya müdirim, bir yaşlı professor onsuz da iri olan burun körüklərindən (pərələrindən) alov püskürməyə başladı.
3-4 ay ərzində özünə yer tapa bilmirdi qoçaq. Hər gün direktorun yanına girib,
"- Əşi, a kişi, vallah yalandır, ona inanmayın, o aldadır hamınızı".
Nə var, nə var, təcrübələrim barədə ona "doklad" eləmirdim. Qalmışdı relsdən kənarda. Partlayırdı içində paravoz kimi qaynayan buxarında. Axırda aramızı vurdu direktorla, bizi üz-üzə qoydu iblisanə şəkildə, mən də gənc idim, qabağınnan yeyən deyildim, emosiyam aşıb-daşırdı, savadsız direktorun anasını ağladırdım həmişə, mübahisədə də ferment kimi daha da ingibisiya etdim onu camaatın yanında.
Kəşfim bununla bağlandı... Karyerim cəhənnəm, perspektivli elmi işlərim, gələcəkdə Akademiya nəzdində "Xərçəng Şişlərinin Biokimyası İnstitutu" yaratmaq fikrim saralıb, soldu, ABŞ-a elmi səfərim də Atlantik Okean sularında qərq oldu "uçacağım təyyarənin suya enməsi ilə". Xəzan yarpaqlarına çevrildi bütün ümidlər. İndi üstündə doyunca gəz. Yarpaqların həzin xışıltısından həzz al...
Niyə ki, baş əyən deyildim heç kimə, niyə ki, ətrafımdakı karyeristləri gözümdəki oxla vururdum. İlk növbədə direktorun özünü.
Prezidentin də üzün döndərdi məndən, yeni elmi istiqamətli sintez ideyamdan ona sabunsuz girən direktor.
***
UNUTMAYIN, GƏNCLƏR:
Direktorlar, müdirlər, nazirlər iş yoldaşlarızdan daha paxıl, daha içiqurdlu olurlar. Onların qaraciyərlərini mür (gil yazıda - mikroskopik qurd) vurub. Ona görə də çoxu adətən qaraciyər sirrozundan tələf olur. Cəhənnəmə vasil olurlar. Onlardır millətin inkişafının qarşısın alan təkhüceyrəli murdarlar.
***
Do not be stupid and gullible, do not climb into the soul of the senior in the hierarchy (boss, director, minister) without soap - they are envious, zealous simple individuals. They are basically single-celled careerists!
***
Не будьте глупыми и доверчивыми, не лезьте в душу старшего по иерархию (шефу, директору, министру) без мыла - они завистливые, ревностные простые индивиды.
Они в основном, одноклеточные карьеристы!
***
XUDU MÜƏLLİM NAĞIL EDİRDİ:
"Bir rus oğlan işçim var. Göndərmişəm onu Moskvaya elmi ezamiyyətə. Gör avropasayağı yalataqlığın dərəcəsinə bax eee adamda. Mənə zəng vurub, "Xуду Сурxаевич, слышал я по радио, говорят, что, в следующие дни в Баку будут ветренные и дождливые, берегите, пожалуйста. себя. Оденьте свой плащ!"
Bunu azərbaycanlı edə bilməz ee, o, Moskvadan hədiyyəynən gələr, ancaq avropalı bu cür girir adama.".
Deyib, acı-acı gülürdü.
Tariyel Azerturk
Teref.az
___________________________
Şəkildə- 13 il işlədiyim və aspiranturasına girdiyim Fiziologiya İnstitutu.
Mən - 1971-ci il. Aspiranturada 3-cü kurs. Şəkil laboratoriyamın həyətə baxan balkonundan alınıb.