Batin alimi yazır: Quran dərkolunmaz müqəddəs kitabdır

11-04-2023, 08:04           
Batin alimi yazır:
Son zamanlar, ermənilərə havadarlıq edən İran, Azərbaycanda qarışıqlıq yaratmaq məqsədilə ələ aldıqları din adamlarını, mollaları fəallaşdırmışdır. Əsl İslamın mahiyyətini anlamayan bu din xadimləri, mollalar da möminlərimiz vasitəsilə xalq arasında İranın saxta şiəliyini təbliğ edirlər. Mən, islamın, xristianlığın, musəviliyin və ümumiyyətlə bütün dinlərin əsl mahiyyətini, batini mənalarını bilən sufi-batin alimi kimi tam məsuliyyətimlə bildirirəm ki, nə İranın, nə də dünyanın heç bir alimi müqəddəs kitabların, dinlərin əsl mənalarını dərk etmir və edə də bilməz. Bütün qədim ədəbiyyatları, müqəddəs kitabları - insaniyyəti və onlar üçün göydəki cənnəti, bütün dinləri, fəlsəfələri yaradan ilk pirlər nəsli yazmışlar. Tövratda bu ümmət - "Am Əhəd, Səfa Əhəd" adlanır ki, bu da ilk xudalar nəsli və onların vahid sufi "dili" deməkdir. Quranda bu ilk ümmət - İsrail oğulları, onların vahid dili isə Süleyman peyğəmbərə ən ali elm kimi verilmiş "Quş dili" adlanır. Başqa sözlə, bütün qədim ədəbiyyatlar, müqəddəs kitablar ilk xudaların sufi məntiqi ilə yazılmışdır və onları yalnız sufi-batin arifləri anlaya bilər. Qədim mənbələrdə bu sufi xudalar - Allahın Özünə qulluq üçün seçdiyi Xəzər, yəni Azəri Türk bəgləri kimi qeyd olunurlar. Qədim Misirdə bu ölümsüz Xızır, yəni Osiris (Asar/Azər) Allahının varisləri - "Qor yolu ilə gedənlər" adlanırdı ki, bu da "sufizmin tərikə yolu ilə göydəki cənnətdə ölümsüzlük qazananlar" deməkdir. Əhdi-ətiqdə Qor Allahının yolu ilə gedənlər aqarlılar, yəni İsmailin anası Həcərin nəsli və ya ismaililər (izmaililər) adlanır. Onların vətəni də Azərbaycanın Gelat (Xelat) elidir ki, ərəb mənbələrində ismaililər - ifrat Gelat şiələri kimi məlumdurlar. Məhz Qor yolu ilə gedən və yaradılışın sirlərini tam bilən İsmaili natiqləri mətnlərdə karilər (kurra) kimi qeyd olunur. Bu ilk şiə natiqləri sonrada "danışan Quran" adlandı və Quran, yəni Qərəə rəmzi də batinilərdə Qor deməkdir.

Alban mənbələrində Quran rəmzi Qarni kimi qeyd olunur və Gel-Gelarküni elinə, onun altında gizlədilmiş mağaraya aid edilir. Əgər nəzərə alsaq ki, batini mənada Gel rəmzi İlah deməkdir, razılaşaraq ki, Quran - İlahın bətnində (ilkin materiyanın daxilində) yaradılmış məkan, aləm mənasındadır. Bu aləm, Misir fironu Amonun Gel şəhərində yaratdığı kosmik Atum Allahın rəmzi mənasındadır. Məhz bu Gel eli digər mənbələrdə - Gelat, Gelar, Gilan və s. kimi qeyd olunur. Mətnlərə görə, qədim Misirin bütün mətnlərini bu Gel kahinləri yazmışlar.
Bütün bunlar o deməkdir ki, şiəliyi və bütün dinləri Gelat ismaililərinin sufi-batiniləri yaratmışlar. İslamda "danışan Quran" kimi tanınan bu Gelat natiqləri Avropa mənbələrində "Quş dili" bilən Gel oğulları, gelardlılar kimi qeyd olunurlar. Quranı, Tövratı, İncili və digər müqəddəs kitabların əsl mənasını da yalnız onlar anlaya bilirdilər. Qor Allahının yolu ilə gedən bu İsmaili natiqlərindən başqa bu dünyada heç kim müqəddəs kitabların əsl mahiyyətini anlaya bilməz.

Bu gün özlərini ayətullah adlandıran, lakin dərindən düşünmə qabiliyyəti olmayan fars mollaları heç vaxt Quranı dərk edə bilməzlər. Ayətullah - Allahın sübutu, dəlili deməkdir. Bu ayətullahın ya möcüzə göstərmə qüdrəti, ya da onun sirrullahı, yəni Allahın hikmət və marifətini bilməyi ilə bağlıdır. Allahın sirrini, hikmətini və marifətullahı yalnız və yalnız, Onun Özünə qulluq üçün seçdiyi Azəri pir-bəgləri anlaya bilərlər.
Quranda bilən, "anlayan qövm" adlanan tayfa məhz Gelatın ismaili natiqləri sayılan Gelar bəgləri olmuşlar. İsmaililərin baqiətullah, yəni bəg-ayətullah adlandırdığı natiq də, sufizmin başqa səviyyəsinə yüksəlmiş Gelar bəgi mənasındadır. Adi insan, mürşidsiz heç vaxt Quranı və digər müqəddəs kitabları dərk edə bilməz.

Bu gün sosial şəbəkələrdə dinlərin əsl mahiyyətindən xəbəri olmayan, yalnız ərəb dilini bilən saxta din xadimlərinin, din "alimlərinin" fəaliyyətində canlanma açıq-aşkar görünür ki, bu da qeyd etdiyim kimi İranla bağlıdır. Bu elmsiz "din xadimlərinə" bildirmək istəyirəm ki, Quranın və bütün müqəddəs kitabların birbaşa, yəni zahiri mənaları özlüyündə heç bir dərin məna ifadə etmir. Quranı, dünyanın ən müqəddəs kitabı edən, onun batini mənalarıdır. Yalnız batini mənaları anlayan insan Allahın hikmət və marifətini dərk edə bilər.
Bu gün İranı, Quranın batini mənalarını anlamayan cahil mollalar idarə edir. Əgər hökumətimiz İrandakı
molla rejiminin saxta şiəliyini ifşa etmək istəyirsə, qədim yazıların batini mənalarının açılması istiqamətində iş aparmalıdır. Batini mənaların açılması, bütün qədim sirlərin, həqiqətlərin də üzə çıxmasına səbəb olacaqdır və nəticədə Azərbaycan dünyanın ən müqəddəs və xoşbəxt ölkəsinə çevriləcəkdir.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.