İNDİ DƏ QARABAĞ TOPONİMİ HAQQINDA

19-04-2023, 13:18           
İNDİ DƏ QARABAĞ TOPONİMİ HAQQINDA
Heç kəs şübhə etmir ki, Qarabağ toponimi türk dilinin məhsuludur. Amma o nə gerçək məna verir bu dildə, hələ onu tam açıb ortaya qoyan yoxdur. Əfsus ki, indiyə kimi tarix ədəbiyyatında dominantlıq edən belə bir fikir var ki, Qara – qara (rəng), Bağ isə bağ (meyvə ağacları olan sahə) deməkdir. Düzgün deşifrədir. Fəqət məntiq yoxdur. Bağ adətən yaşıl olur, ən müxtəlif rəngə çala bilir, amma qara olmur. Təbiətin bu məntiqi ilə razılaşan "ağıllılarımız" Baq sözündə Allah axtarır, toponimə hər hansı təsəvvüf boya (mistiklik) vermək məqsədilə ora-bura, həmişə olduğu kimi hətta farsa əl atırlar.
Vaxtilə mən toponimə daha məntiqli izah verməyə çalışırdım.
Qara və ya Kara – quru, torpaq və Bağ – bağ, üzümlük, bağ, vətər – anatomik termin kimi, əlaqə, sarğı kimi anlamlarda işlənən sözlərdən yaranıb termin deyirdim. Bunların hamısından əlbəttə, ilkin termin, yəni bağ daha yararlıdır. Ona görə də regionun adı Bağ Torpaq, yaxud Bağlar məkanı, obrazlı desək, Cənnət Torpaq, Cənnət Yer, Cənnət Məkan mənasını verir.
Ona görə ki, Ete Eli və Karia ölkəsindən bura miqrasiya barədə məlumatım yox idi. Bu yaxınlarda tərkibində QARA saxlayan bütün tür toponim və etnonimləri araşdırarkən məlum oldu ki, bu ellər hamısı Kiçik Asiyanın QARİA ölkəsindən buralara köç etmiş tarixöncəki Pelasqların (Palasçıların) törəmələridir. Belə ki:
KARİAKAÇAN > KARAKAÇAN,
KARİAPAPAK > KARAPAPAK,
KARİAKALPAK > KARAKALPAK,
KARIACAN > KARAÇAY
Bunlar barədə aşağıda geniş yazmışam. Və bu siyahıya lap bu günlərdə
KARİABAĞ > QARABAĞ - da əlavə etməli oldum.
Toponimin və Etnonimin ikinci hissəsindəki BAĞ da türk dilindən alınmadır: belə ki, BAGİ türk dilində ifaçı, ifaçı qadın, müğənni deməkdir. Bu da, əlbəttə, ərazinin digər vacib funksiyasını ifa edən mətləbdir.
Qarabağ sözünü Qarapapaqla da bağlayan var. Tamamilə doğru! Deyirəm bəlkə qanyaddaşı bu iki elin eyni torpaqdan çıxmasını unutmayıb?
Qərbi Azərbaycanda və Qarabağda ETE ELİ ilə bağlı kənd adları sübut edir ki, qədim türklər quru yolla şərqə - Azərbaycana və hətta Sibirə də köç etmişlər (xəritəyə bax):
İrəvan xanlığının Sərdarabad mahalında İTİKÖY (ETE KÖYÜ – kəndi), həmin əyalətin Şirakel nahiyəsində İTLİCƏ (KİÇİK ETELİ) kəndi ETE TÜRKLƏRİNİN miqrasiyadan sonra məskən saldıqları yerlər olub.
XVIII əsrin ortalarında Göyçə mahalında Azərbaycan türklərinin ETİL adlı kəndləri olub. Kəndin adını ET adlı Qıpçaq tayfaları ilə bağlayırlar. Lap dərini bilməməzlikdəndir. Vaxtilə Dərələyəz qəzasında olmuş İTQIRAN (ƏSLİNDƏ ETE KURAN - ETE OBASI) kəndi; Kuren, Kuran - türkcə hərbi düşərgə, maldar elin dayanacaq yeri deməkdir.
Qarabağda Xocavənd rayonunun EDİLLİ (ETE İLLİ >ETE ELLİ - T.A.) kəndi eyni mənşəli adlardır.
QARABAĞA ETE ELLİLƏR DÜNƏN GƏLƏ BİLMƏZDİLƏR.
QARABAĞ - KARİA - QARA ÖLKƏSİNİN MÜĞƏNNİLƏR TAYFASI ANLAMINI VERİR.
"Bizim Qarabağda uşağı vursan
Muğamat üstündə ağlayacaqdır".
misraları Qarabağ ellərinin ən bariz keyfiyyətinin, onun dərin köklərinin izharıdır.
1925-də 2 ay Bakıda olmuş Sergey Yesenin yazırdı:
"Nahaq yerdən müəslmanlar (biz Azərbaycan türklərinə ərəbin verdiyi ada işarə edir) demirlər ki,
"OXUMAYAN ŞUŞALI, YAZMAYAN ŞİRAZLI DEYİL".*
Qarabağ xanəndələrinin oxuyan səslərinin kökləri Ögey dənizi ilə Aralıq dənizinin qovuşan sularından su içib. O heç vaxt sönməz!
Bir dəfə biri yazırdı ki, millətin Qarabağdan qovulması onun genində mutasiya törətmək, milləti öz mənəvi dünyasından təcrid eləmək deməkdir. Biz Qarabağ SƏSİNİ birdəfəlik itirə bilərik. Bu sözlər uzun müddət bir biokimyaçı kimi məni xofda saxladı. Ərazinin mühiti və iqlimində formalaşmış genin digər mühitdə mutasiyaya varması mümkündür.
Ancaq Qarabağdan kənarda böyümüş, Kənan Bayramlı sübut etdi ki, onun səsi QARABAĞDAN deyil, KARYABAQİ`DƏN gəlmiş - ULU KARYALI MÜĞƏNNİ ULU XAN BAYRAM BABASINDANDIR.
U səs heç vaxt solmaz.
Tariyel Azerturk
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.