Pişəvəri hökuməti Cənubi Azərbaycanı necə görürdü...

22-04-2023, 16:15           
Pişəvəri hökuməti Cənubi Azərbaycanı necə görürdü...
"Güney Azərbaycanda 21 Azər hərəkatının qələbəsindən sonra 1945-ci ilin dekabr ayının 31-də Mir Cəfər Bağırov Milli Hökumətin liderlərinə bir məktub yazdı və bildirdi ki, Siz Cənubi Azərbaycanda hakimiyyəti ələ aldınız, bundan sonra nə etmək istəyirsiniz? Muxtariyyat, yoxsa İrandan ayrılmaq istəyirsiniz?
1946-cı ilin yanvar ayının 16-da Pişəvəri, Şəbüstəri, Padeqan, Cavid və Məhəmməd Biriya Bağırovun sorğusuna 12 bənddən ibarət bir cavab yazdılar. Onlar yazırdılar ki, bizim ölkəmiz Azərbaycan Milli Demokratik Respublika adlanmalıdır;
Biz İran daxilində Azərbaycanın muxtariyyəti perspektivini görmürük, bu gün İran zəifdir o muxtariyyəti verir, sabah güclənən kimi onu bizim əlimizdən alacaq;
Biz 3-5 il təxminən Monqolustan Xalq Demokratik Respublikası kimi müstəqil olub sonra Sovet Azərbaycanına birləşməyə üstünlük veririrk;
Bizim Azərbaycan Milli Demokratik Respublikamız əhalisinin 95 faizindən çoxu azərbaycanlı olan Təbriz, Ərdəbil, Urmu, Miandoab, Marağa, Salmas, Xoy, Mərənd, Miyanə, Ənzəli, Maku, Əhər, Herovabad, Zəncan, Qəzvin və Həmədanı əhatə etməlidir;
Bu məktuba əlavə edilən xəritə Şimali Kürdüstan vilayətini də öz içinə alır və Şimali Kürdüstanla sərhədlər onların dövlət quruluşu aydınlaşandan sonra müəyyənləşəcək.
Həmin o məktuba əlavə edilən xəritəni nəhayət ki, mən arxivdən tapa bildim. Onu bura əlavə edərəm. Ümid edirəm Sizlər üçün də maraqlı olacaq".
Cemil Hasanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.