Rusiya imperiyasını xilas edən Osmanlı vəzirinin səhvi və I Pyotrun arvadı Yekaterina

18-05-2023, 09:34           
Rusiya imperiyasını xilas edən Osmanlı vəzirinin səhvi və I Pyotrun arvadı Yekaterina
Tarix bəlkə də başqa cür yazılacaqdı. 1722-1723-cü illər I Pyotrun Azərbaycana yürüşü baş tutmayacaq, Rusiyanın böyük dövlət olmaq planları birdəfəlik məhv olacaqdı…

Osmanlı tarixinin bu günə qədər də davam edən ən böyük dedi-qodusu Osmanlı imperiyasının baş vəziri Baltacı Mehmet Paşa ilə I Pyotrun arvadı Yekaterinanın arasında olanlar (bəlkədə olmayanlarla) əlaqədardır.


Bir qədər əvvələ gedək. Rusiya çarı İvan Qroznı zamanından Rusiya və Osmanlı arasında davam edən rəqabət başladı. I Pyotrun dövründə Rusiya özünün əsl yüksəlişini yaşamağa başlayır. Ruslar türklərin Dəmirbaş adlandırdıqları XII Karlı Poltava döyüşündə məğlub edir və gözlərini yeni üfüqlərə Osmanlı torpaqlarına dikirlər. Bəhanə isə İsveç kralının Osmanlıya sığınması olur. Buna qədər isə XII Karl Rusiyanın genişlənmə prosesi xəttini götürdüyünü başa düşərək onunla sonu uğursuz bitən müharibəyə başlamışdı.

1709-cu ildə məşhur Poltava döyüşündə İsveçi məğlub edən Pyotr fikirləşirdi ki, artıq öz inkişafı ilə Avropa dövlətlərindən geri qalan Osmanlını tezliklə məğlub edəcək. Bu məsələdə Osmanlı sərhədləri daxilində yaşayan çoxsaylı xristian əhalisinin yaşaması da ona böyük ümidlər verirdi.

Təxribatlar öz nəticəsini verir. 1710-cu ildə Sultan III Əhməd Rusiyaya müharibə elan edir və yeni Sədri – Əzəm təyin olunan Baltaçı Mehmed Paşa 200 minlik ordu ilə İstanbuldan rus qoşunlarına doğru göndərilir. Onun ardınca Osmanlı donanması və Krım xanın qoşunları da səfərbərliyə alındı. Osmanlı qoşunları Rus qoşununu Prut çayı sahilindəki Stanileşti kəndi yaxınlığında mühasirəyə alır.

Birdən-birə Şərqi Avropada Prut çayı sahilində 140 minlik Osmanlı ordusu ilə üz-üzə gələn I Pyotr Osmanlı haqqında yanıldığını başa düşür. 1711-ci il İyulun 20-də rus ordusu mühasirəyə alınmağa başlayır. Ruslar toplarla möhkəmləndirilmiş hərbi düşərgə qura biləsələr də, onların sayca 2 dəfə çox olan yeniçəri orudusunun qarşısında duruş gətirə bilməyəckləri gün kimi aydın idi.


I Pyort tam ümidsiz idi. Və bu anda gözləmədiyi şəxs bir fikir irəli sürür. Pyotrun hələ rəsmi nikah qurmadığı arvadı Yekaterina ona türklərə təslim olmağı təklif edir.

I Pyort tərəfindən türklərə barış təklif olunur və 60 minlik rus ordusunun öz çarları ilə birlikdə tam məhv edilmək fürsəti yarandığı anda Baltacı bu təklifi dərhal qəbul edir və məşhur Prut sülhü imzalanır.Deyilənə görə Krım xanı Dövlət Gəray Sədrəzəm müqaviləni imzalayanda qəzəbdən ağlayırdı. Türklər I Pyotrun gözlədiyindən qat-qat aşağı tələblərlə müqaviləni imzalamağa razı olmuşdu və nəticə olaraq türk ordusunun qəzəbli baxışları altında rus ordusu tam silahlı vəziyyətdə, həm də şeypur və təbil çalaraq mühasirədən çıxmağa başlayır.

Biabırçılığın həddi-hüdudu yox idi. Türklər hətta rus ordusunu tatarların quldur basqınlarından qorumaq üçün öz süvarilərini də ayırmışdılar.

Və bu günə qədər də Rusiya prezidenti Putunin belə Türkiyəyə səfəri zamanı münasibət bildiridiyi hadisə barədə dedi-qodu söhbətləri yarandıqca yaranır. Yekaterinanın öz qulaqlarındakı sırğalarını belə açaraq 7 araba dolusu ləl-cəvahiratın paşaya rüşvət verilməsi məsələsi müzakirə olunmağa başlayır. Həm də rus çarının arvadının paşa ilə ikilikdə görüşərək hədiyyələri şəxsən təqdim etməsi barədə şayiələr söz-söhbətləri daha qızışdırır.

Nəticə etibarı ilə Çar Pyort öz həyatını Baltacı Mehmet paşanın Osmanlı ordusuna komandanlığına borclu idi. Pyotr sonradan bu hadisə haqqında “quş qəfəsdə idi və ondan istifadə edə bilmədilər” cümləsini təkrar etməyi sevirdi.

Paşanın rüşvət alması və şəxsən Yekaterina ilə görüşməsi barədə xəbərlər onun sədrəzəmlikdən çıxarılması və sürgünü ilə nəticələnir. İnsanlar haqlı ikən qələbənin bir addımlığında olduğu halda Paşanın hərəkətini müzakirə edirdilər.

Doğrudanmı bir nəfərin, həm də heç bir rəsmi statusu olmayan bir qadının gətirdiyi bir məktubla iki ölkənin taleyi necə müəyyən edilmişdi?!

Tarixçilər bilir ki, Prut savaşının əsl qalibi Böyük Pyotr idi. Öz ölkəsinin taleyini xilas edən Pyotr isə bu qələbəsini arvadı Yekaterinaya borclu idi. Prut Savaşı zamanı Pyotr ile evli olmayan Yekaterina bu müharibədən sonra Çar ilə rəsmi nikah qurmaq fürsətini də qazanmış olur. 1724-cü ildə Pyotr Yekaterinanı imperatriça elan etdi və tacqoyma mərasimi baş tutdu. Cütlüyün oğlan övladları yox idi. Ona görə də o, öz xanımını vəliəhd elan etdi. 1725-ci ildə Pyotrun ölümündən sonra keçmiş kəndli qızı olan Yekaterina rus taxtına çıxır.


Yekaterina və Baltacı arasında əfsanələr çox güman ki, doğru deyil. Ancaq həqiqət budur ki, sülhün imzalanmasında Paşaya verilən hədiyyələrin də böyük rolu olmuşdu. Prut sülhü imzalanmasaydı, Osmanlı imperiyası onun dağılmasına aparan prosesdə ən böyük xarici faktorlardan biri olan rus təhlükəsini böyümədən aradan qaldıra bilərdi.

Günay Hüseyn
tribunainfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.