İsmayıl Şıxlının “Dəli Kür” əsərində kişi obrazları
18-05-2023, 10:54
İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır. Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanının baş qəhrəmanı Göytəpə kəndinin sayılıb-seçilən adamlarından olan Cahandar ağadır. Cahandar ağa əsərdə ziddiyyətli obraz kimi təqdim olunur. Cahandar ağa xasiyyətcə qorxmaz, cəsarətli, sözünü üzə deyə bilən adamdır. O, əsərdə özünün arvadı ola-ola başqasının arvadı olan Mələyi götürüb qaçması ilə böyük bir səhv edir. Cahandar ağa bütün əsər boyu bu etdiyi səhvin cəzasını ödəyir. Bu hadisədən sonra hər şey Cahandar ağanın əleyhinə işləyir. Cahandar ağanın ağsaqqal yaşında evli olduğu halda evli bir qadın olan Mələyi qaçırması onun bütün etibarını ailəsi və cəmiyyət arasında yox etdi. Cahandar ağa bu hərəkəti ilə qaçırdığı Mələyin əri olan Allahyarın və özünün arvadı Zərnigar xanımın qürurunu ayaqlar altına atmışdı. Cahandar ağanı ziddiyyətli edən bir səbəbdə o idi ki, o, cahillik göstərib, başqasının arvadı olan Mələyi götürüb qaçması ilə yanaşı kiçik oğlu Əşrəfin oxuyub, təhsilli olması üçün əlindən gələni edir. Belə ki, Cahandar ağa yeganə Göytəpə kəndinin sakini idi ki, oğlu Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Cahandar ağa belə bir xarakterdə insan idi ki, özü başqasının namusuna sataşır, lakin özü hər kəsdən namus tələb edir. Cahandar ağa üçün başqasının namusunun bir önəmi yox idi. Onun üçün özünün kişilik qeyrəti hər şeydən üstün idi. Belə ki, Allahyar tərəfindən atı Qəmərin quyruğu kəsiləndə acımadan bir göz qırpımından atı öldürür. İsmayıl Şıxlı “Dəli Kür” romanında Cahandar ağanı qüdrətli insan, çətin zamanda ayaqda durmağı bacaran, çar kazaklarının qabağında duruş gətirə bilən, camaatın havadarı, xilaskarı kimi təqdim edir. Cahandar ağa xaraktercə ailəsinə, namus, qeyrət məsələsinə çox böyük həssaslıqla yanaşan adam idi. Cahandar ağa başqalarından tələb etdiyi namus anlayışına özü qəti şəkildə əməl etmirdi. Belə ki, o, başqasının arvadı olan Mələyi götürüb qaçması Cahandar ağaya baha başa gəldi. Cahandar ağanın ən böyük səhvlərindən biri də bacısı Şahnigarı öldürməsi olur. Bu hadisədən sonra onun qəlbində əvvəllər yaranmayan hisslər baş qaldırır. Bu hadisədən sonra yanıqlı, iniltili, sızıltılı nidalar Cahandar ağanın həyat ahəngini pozmağa və tədricən yox etməyə başlayır. Günahsız bacısının xəyalı onu bir an da rahat qoymur. Daxili iztirab, vicdan əzabı, bəlkə də özünə qarşı çevrilən hiddət hissi Cahandar ağanın sabit həyatına dəhşətli bir narahatlıq, qeyri-müəyyənlik gətirir. Cahandar ağa xaraktercə ziddiyyətli təqdim olunsa da, o, düşməni Allahyarı gizli şəkildə, namərdcəsinə öldürmür. Onu qabaq-qabağa döyüşdə məhv edir. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı olan Şamxal bu hadisəyə görə atasından üz çevirmişdi. Ata-oğul bir-birinə düşmən kəsilmişdi. Bu hadisədən sonra qüruru sınan Şamxal evi tərk edir. Daha sonra o, özünə ev tikir və dostunun bacısı Güləsərlə evlənir. Cahandar ağa Şamxalın onun sosial statusuna layiq olmayan bir ailənin qızıyla evlənməsini oğluna bağışlaya bilmir. Şamxal əsərdə çox ləyaqətli, dürüst, əməksevər, mərd, namuslu biri kimi təsvir olunur. Belə ki, o, atasının başqasının arvadı olan Mələyi götürüb qaçmasından sonra o evdə qalmır və eyni zamanda atasından heç bir mülk tələb etmir. Şamxal Cahandar ağadan qorxmayıb, cavan olmasına baxmayaraq, atasının üzünə ağ olub, onun səhvini kişi kimi üzünə deyir. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı isə Cahandar ağanın digər oğlu Əşrəfdir. Əşrəf İsmayıl Şıxlının “Dəli Kür” romanında ədibin gələcək nəsilləri oxumuş görməyinin göstəricisi idi. Belə ki, Əşrəf Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Əşrəf Qori Müəllimlər Seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini idi. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı isə romanda rus Əhməd, poçt Əhməd kimi tanınan ədibin maarifçi fikirlərini yayan obraz idi. Əhməd kənddə öz yaşadığı evdə müəllimlik edib, kənd uşaqlarının oxuması, hərif tanıması üçün əlindən gələni edir. O, Qori Müəllimlər Seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini olan Əşrəfin ilk müəllimi olmuşdu. Bu obraz sadəliyi, savadlılığı, mehribanlığı ilə kənd uşaqlarının sevimlisi olmuşdu. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi obrazıda Allahyar idi. Allahyar əsərdə namusu ləkələnmiş şəxsdir. Onunla Cahandar Ağa arasında əvvəlcədən heç bir düşmənçilik olmayıb. Onlar arasındakı bu düşmənçiliyin əsas səbəbi Cahandar Ağanın Allahyarın arvadı olan Mələyi götürüb qaçması idi. Cahandar Ağa ilə Allahyarın düşmənçiliyində Allahyarın heç bir günahı yox idi. Əgər Cahandar Ağa onun arvadını götürüb qaçmasaydı, heç Allahyarda onu tanımazdı. Allahyar Cahandar Ağanın atı Qəmərin quyruğu kəsdirməklə, qızı Salatını qaçırtmaqla, onun evinə gecə hücüm etməklə oda bacardığı qədər onun namusuna sataşır. Yazıçı əsərində Allahyara haqq qazandırır, çünki Cahandar Ağanın elədiyi böyük qəbahət idi. Onun etdiyi bu hərəkət heç bir əxlaqa sığmırdı. Cahandar ağa qolunun gücünə güvənib, cəmiyyətin nizamını pozub, başqasının arvadını evinə gətirmişdi. Allahyarın Cahandar Ağa ilə tək problemi arvadı Mələyi qaçırması idi. İsmayıl Şıxlı “Dəli Kür” romanında Çernyayevski ilə Kipiani xətti ilə maarifçilik fikirlərini əsərində yaymışdır. Onlar Göytəpə kəndinə gəlib, oradakı sakinlərlə danışıb, təhsil vermək üçün Qori Müəllimlər Seminariyasına uşaq aparmaq istəyirdilər. Lakin onların qarşısına ilk çıxan maneə Molla Sadıq olur. Molla Sadıq elmə, maarifə qarşı çıxan bir adam idi. O, icazə vermir ki, Göytəpə kəndinin sakinləri öz övladlarını Qori Müəllimlər Seminariyasına göndərsinlər. Çünki elmli adamlar Molla Sadığın gözünün düşməni idi. Cahandar ağa oğlu Əşrəfi Molla Sadıqla məsləhət etmədən Qori Müəllimlər Seminariyasına göndərsinə görə onlar arasında ədavət başlamışdı. Molla Sadıqla Cahandar ağa Çernyayevski ilə Kipianinin xahişinə görə yenidən üz-üzə gəlməli olurlar. Belə ki, Molla Sadıq icazə vermirdi ki, kənd camaatı uşaqlarını təhsil almağa göndərsin. Molla Sadıq Cahandar Ağadan daim qisas almağa fürsət axtarırdı. İsmayıl Şıxlı “Dəli Kür” romanında Molla Sadığı məkrli və xəyanətkar biri kimi oxucuya təqdim edir. Beləliklə, Molla Sadıq Cahandar Ağadan qisas almaq üçün onun düşməni olan Allahyarla birləşib, Cahandar Ağanın qızını qaçırdır. Həmçinin, o, kazaklarla əlbir olub Cahandar Ağaya arxadan zərbə vurur. Molla Sadıq Cahandar Ağaya oğlunu Qori Müəllimlər Seminariyasına oxumağa göndərməsinə, elmə-təhsilə verdiyi dəyərə, kəndə uşaqları təhsilə cəlb etmək üçün gələn Çernyayevskiyə köməklik etdiyinə görə düşmən olmuşdu. Beləliklə də, Molla Sadıqla Cahandar Ağa əzəli düşmən oldular. Amma Molla Sadıq Cahandar Ağadan intiqamını mərd şəkildə almadı. O, Cahandar Ağanın dul bacısı Şahnigarı meyxanaya aldadıb, gətirdib, rüsvay edir. Buna dözməyən Cahandar Ağa bacısını öldürür. İsmayıl Şıxlının bir yazıçı kimi böyük şöhrət qazanmasında bu əsərin çox böyük rolu vardır. Ədibin yaratdığı obrazların müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır. İsmayıl Şıxlının “Dəli Kür” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Atakişiyeva Həcər
Teref.az