Güney Azərbaycanın milli qəhrəmanları: Cəmşid xan Əfşar və Əbdülsəməd xan Əzəm Əfşar
30-05-2023, 16:41
Cəmşid xan Mecidül Əs Səltənə Afşar Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindəndir.Onu mübaliğəsiz Güney Azərbaycanın Məmməd Əmin Rəsulzadəsi adlandırmaq olar.1918-ci ildə o Güney Azərbaycanı erməni,aysor və rus işğalından xilas etmək üçün Heydər Əmioğlu ilə birlikdə Türkiyəyə gedib Osmanlı qoşunlarını öz qardaşları Güney Azərbaycan türklərini düşmənlərin birləşmiş qüvvələrinin qətliamından xilas etmək qçün ölkələrinə dəvət edirlər.Kommunist inqilabçı Heydər Əmioğlu türklərin Güney Azərbaycanda milli türk hökuməti qurmaq ideyasını dəsdəkləmədiyindən geri dönür.Cəmşid xan Əfşar isə Nuri Paşanın ordusunda diviziya komutanı olan Əli İhsan Sabis paşanın rəhbərliyi altında əvvəlcə Vanı erməni işğaqlından azad edirlər sonra isə Güney Azərbaycan ərazisinə daxil olub erməni,aysor və ingilis hərbi birləşmələrini darmadağın edərək ərazilərimizi işğaldan azad edirlər və 1918-ci il iyunun 8-də Təbrizi azad edirlər.
Meşrutiyet döneminde Türk şeherlerini Kürdlere qarsı bir ordu quraraq qurtarır.
Birinci Rus İşqalından sonra İstanbula köçür. Orada İttihad Tereqqi ve Türk Ocaqlarına qoşulur. Türk edebiyatı ve tarixi haqqında Türkce meqaleler yazır.
Érmeni ve Asoru qeltiamları olunca Urmu ve Günéy şeherlerinde Érmeni ve Asoru ve İngiliz güçlere qarşı savaşmaq üçün géri dönür ve bir ordu qurur.
Sonra Osmanlı ordusu ile birlikde yérli Türk ordusunun qomutanı olaraq Tebrize girir ve oranı qurtarır. İttihad Hökümeti başqanı olur. Türkleşme sürecini başladır ve İlk Türkce siyasi dergini yayınlayır.
Osmanlı dağılınca Ruslar évi, müzesi, Türkce elyazma kitabxanası ve var yoxunu talayır. Gürcüstana géçir.Bolşeviklerden sonra ise İrana dönür ve Reştde ölür. Qebri sonralar dağıdılır ve izi qalmır.
Bütün İrançı ve Azerbaycançı Rusçu ve Farsçılar onun adı ve xatiresini silmeye çalışdılar ve adı géçende de Pan Türkist diye adlandırırlar. ta ki son dönemde men onu yeniden bulup ve belgelerle yirmiye yaxın meqalemle tanıtmağa başladım...
Afshar tayfasi Azerbaycanin tarixinde böyük rol oynamisdir.Asagida resmleri verilen Azerbaycan xalqinin qehremanlari Ebdülsemed xan Ezem Es Seltene Afshar ve Cemsid xan Mecidül Es Seltene Afhsar 1-ci dünya savasi zamani Güney Azerbaycan kend ve seherlerinin rus,ermeni,assur isgalindan qorunmasinda ve dinc türk ehalinin bu qansiz vehsilerin qetllerinden xilas etmek ücün böyük qehremanliqlar göstermisler.Afshar tayfasinin xani Serdar Ebdülmelik xan Imanlinin oglu olan Ebdülsemed xan Ezem 1917-ci ilde döyüs zamani esir alinaraq assur-ermeni cheteleri terefinden xaincesine qetl edilmisdir.Cemsid xan Mecidül Es Seltene Afhsar Urmi türk herbi birlesmesinin komutani idi.1918-ci ilde Osmanlilarin kömeyi ile Güney Azerbaycanda yaradilan "Ittihad" Hökumetinin bascisi oldu.Cemsid xan Afhsar Güney Azerbaycanin milli medeniyyetinin,maarifinin ve edebiyyatinin inkisafinda mühüm rol oynamisdir.
Ələsgər Siyablı
Teref.az