Bakıda bu qədər milyonçu kişi dura-dura Sabir kimi bir şairin müalicəsini bir arvad xeylağı - Həmidə xanım Cavanşir boynuna götürdü

31-05-2023, 00:06           
Bakıda bu qədər  milyonçu kişi dura-dura Sabir kimi bir şairin müalicəsini bir arvad xeylağı -·
Mirzə Ələkbər Sabir dünyasını dəyişəndə Üzeyir bəy Hacıbəyov yazırdı: Qoy ədəbiyyat tariximizdə qalsın ki, Bakıda bu qədər milyonçu kişi dura-dura Sabir kimi bir şairin müalicəsini bir arvad xeylağı - Həmidə xanım Cavanşir boynuna götürdü.
Həmidə xanımın "Xatirələrim" əsərində Sabirin müalicəsi, söhbətləri, zarafatları haqda geniş məlumat var.
Böyük şair ölüm yatağında belə qafiyəli sataşmalarından qalmırmış. Mirzə Cəlilin samavarı sönəndə... bu misraları söyləyir:
Mirzə, samavarın dərda ki dərda...
Bir istikan indi, o biri fərda...

Həmidə xanım yazır ki, Sabir yaman çayxor idi...
Həmidə xanım Tiflisdən, Xankəndindən həkim qrupu gətirdib şairi konsilum etdirir. Həkimlər, "qara çiyəri əməliyyat olunmalıdır" qərarı çıxarırlar. Sabir cərrah müdaxiləsinə razı olmur. Mirzə Cəlil onu dilə tutmaq istəyəndə deyir:
- Mirzə, mənim ciyərim pul kisəsi deyil e... istəyəndə açasan, bağlayasan...
Sabir şeiri misilsiz incidir ...
Həmidə xanım zər qədri bilən...
Mehriban Vezir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.