Kissincersayağı diplomatiya...

2-06-2023, 14:10           
Kissincersayağı diplomatiya...
Bir dəfə Henry Kissincerdən soruşurlar:
- Diplomatiya nədir?
- "Ooo, bu universal yəhudi metodudur, icazə verin misal üzərində izah edim. Siz Sibirdə bir kasıb oğlana Rokfellerin qızını almaq istəyirsiniz. Bunun üçün oğlandan soruşursunuz:
- Yəhudi qızla evlənmək istəyirsən?
- Nəyimə lazımdır, kəndimizdə qız doludur.
- Yox,o qız milyarder qızıdır!
- Onda bu hər şeyi dəyişir- mən razı!
Bundan sonra mən gedirəm İsveçrəyə, orada bank sahibi ilə görüşürəm deyirəm ki, sizə Sibirdən bir oğlan tapmışam, sırf sizin bankınıza prezident kimi yaraşan adamdır!
- Nəyimə lazımdır Sibirdən, burda insan yoxdur ki?
- Amma o Rofellerin kürəkənidir!
- Onda bu hər şeyi dəyişir. Gəlsin!
Sonra mən gedirəm Rokfellerin yanına. Deyirəm ki, sənə Sibirdən bir kürəkən tapmışam.
- Bizim ailə hamısı maliyyəçidir, Sibirdən olanı neynirəm.
- Elə o da İsveçrə bankının prezidentidir.
- Hə, onda bu vəziyyəti dəyişir. Və qızını çağırır.
- Qızım sənə maliyyəçi ər tapmışıq.
Qız isə: - Maliyyəçilər hamısı cılız və zəif olurlar, istəmirəm!
- Yox qızım bu Sibirdəndir , çox möhkəmdir .
Və qız razılaşır. Bax bu sırf diplomatiyadır"
Henry Kissincer
ABŞ dövlət xadimi, Nobel sülh mükafatı laureatı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.