İki türk xaqanının qanınını daşıyan hökmdarımız - Gödək Əhməd

8-06-2023, 00:01           
İki türk xaqanının qanınını daşıyan hökmdarımız - Gödək Əhməd
1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmməd atasına qarşı qiyam qaldırdı və sonra Osmanlı imperatorluğuna sığındı.Fateh II Mehmed də onu yaxşı qarşıladı və sonra qızı Gövhər Sultanla evləndirdi.1476-cı ildə isə bu izdivacdan Gödək Əhməd dünyaya gəldi.
Ağqoyunlu dövlətində Uzun Həsənin hakimiyyətinin sonuna doğru başlamış olan siyasi hərc-mərclik, feodal pərakəndəliyi Rüstəm padşahın da hakimiyyətdən getməsinə rəvac verən amillərdən oldu. Ona qarşı birləşmiş müxalif güclər Uğurlu Məhəmmədin oğlu Gödək Əhmədi hakimiyyətə gətirmək üçün fəaliyyətə keçdilər:
“902-ci(1496/97-ci) ildə Həsən bəyin oğlu Uğurlu Məhəmmədin oğlu Gödək Əhməd kürəkəni olduğu Rum hökmdarı Sultan Bəyazid xandan qaçıb bir gəmiyə minərək Anadolu tərəfinə keçdi.Ərzincandan Azərbaycana gəlmək üçün saxladıqları atlara minib bir neçə nəfərlə Təbriz tərəfinə yönəldi. Uğurlu Məhəmmədin qızı ilə nikahı olan Hüseyn bəy Əlixaninin yardımı ilə Rüstəm bəyə qarşı üsyan qaldırıb onu məğlub etdi.
Beləliklə, [Gödək Əhməd] Təbrizdə taxta oturdu və Rüstəm bəy də oldürüldü”.
Tarixçilərin bir qisminin fikrincə, əslində Gödək Əhmədi Ağqoyunlu taxtına
gətirən qüvvələrin başında Osmanlı sultanı II Bəyazidin şəxsən özü dururdu və hələ 1496-cı ilin əvvəllərində bir qrup müxalif Ağqoyunlu əmirini təmsil edən “Həsənəli Tərhan İstanbula gəlib sultan II Bəyazidə Azərbaycan və Əcəm İraqının müdafiəsiz qaldığını bildirərək Əhməd bəyi Osmanlı qoşunu ilə Ağqoyunlu ərazisinə göndərməsinin vacib olduğunu” bildirdiyində sultan bu planı bəyənmişdi və Gödək Əhmədə yardım etmişdi.
Sultan Əhmədin hakimiyyətə gəlir-gəlməz Osmanlı qayda-qanunlarını tətbiq etmək siyasəti, bəlli ki, Osmanlı sultanı II Bəyaziddən qaynaqlanmışdır.
Ağqoyunlu padşahı Sultan Əhmədin həyata keçirmək istədiyi islahatlara qarşı çıxan siyasi güclərin arasında qaynı Hüseyn bəy Əlixani və Müzəffər Pörnək də vardı ki, [Gödək Əhməd] onların hər ikisini öldürdü. Bu zaman “Eybə Sultan Qacar və Qasım bəy Pörnək İraqda ona qarşı çıxdılar. Gödək Əhməd onların düşmənliklərini böyüklü-kiçikli hər kəsə bildirib qüvvələrini birləşdirdi. Qış aylarında ordusu ilə İsfahana gəldi.
İki tərəf qarşı-qarşıya gəldi. Gödək Əhməd öldürüldü”.Beləliklə, Osmanlı
nümunəsində islahatlar həyata keçirmək istəyən Sultan Əhməd də müxalif güclərin qurbanı oldu.
Gödək Əhmədin islahatları:Əhməd ruhanilərə və mülki idarə başçılanna arxalanmaqla hərbi-feodal əyanlarını zəiflətməyə çalışırdı. Bu dövrdə Osmanlı Türkiyəsində dövlət hakimiyyətinin mərkəzləşdirilməsi sahəsində böyük uğurlar qazanılmışdı və əmirlər Əhmədi "Rum padşahlarının üsulu ilə" hərəkət etməkdə günahlandırırdılar.
Xandəmir yazırdı ki, Əhməd rə iyyətə və əkinçilərə ədalət qaydalarının tətbiq olunduğunu elan etdi. O, "şəriətin himayə bayrağını qaldırdı və hökm verdi ki, vergilər şəriətə uyğun surətdə qoyulsun, vəzirlər, divan məmurları kəndlilərə şəriətdən xaric bir dinar və bir man (buğda) da almaqla əziyyət ve rməsinlər, rəiyyəti divan vergilərindən azad bilib, heç kəsi ixracat və şiltaqatla incitməsinlər".
Sonra onun fərmanı ilə mülk sahiblərinin soyurqal hüquqları ləğv olundu, çalma
sahibləri (ərbabi-əmaim) vergilərdən azad edildilər. Əhməd sələflərinin hərbifeodal əyanlara vermiş olduqları imtiyaz fərmanlarını qanunsuz elan etdi. O, bununla xəzinəni zənginləşdirməyə çalışır, vergiləri azaltmaq üçün zəmin yaratmaq istəyirdi. Onun islahatı tayfa əmirlərinə qarşı yönəldilmişdi, ruhanilərin isə soyurqalları saxlanılmışdı. Feodal sinfınin qabaqcıl nümayəndəsi kimi Əhməd başa düşürdü ki, kəndlilərin vəziyyətini yüngülləşdirmədən şəhər iqtisadiyyatını və kənd təsərrüfatını yüksəltmək mümkün deyildir.
Monqol hakimləri tərəfindən tətbiq olunmuş vergi və mükəlləfiyyətlərin
ləğv edilməsi, islama,şəriətə qayıtmaq ideyaları xalq kütlələri arasında geniş
yayılmışdı. Əhmədin, həmçinin onun sələfləri olan Yaqubun və Uzun Həsənin
islahatları bu ideyaları həyata keçirmək cəhdləri idi.
Əhmədin islahatına əsasən yalnız şəriətdə nəzərdə tutulan vergi və mükəlləfiyyətlər saxlanılmışdı: torpaq vergisi olan xərac və üşr (onda bir), maldarlıqdan, əmlakdan və ticarətdən - zəkat, qeyri-müsəlmanlardan alınan can vergisi -cizyə, monqollar tərəfindən tətbiq edilmiş və "Qanun"da nəzərdə tutulmayan 20-yə yaxın vergi və mükəlləfiyyət ləğv olundu.
İxraca, şiltaqat, biyar və müsəlmanlardan adambaşına, ev hesabına alınan ən ağır
vergilər də ləğv edilmişdi.Şəhər iqtisadiyyatının və ticarətin inkişafına əngəl törədən tamğa da bu sırada idi. Tamğanın ləğv olunması Ağqoyunlu hakimlərinin həyata keçirdiyi islahatın ən mühüm məqsədlərindən biri idi.
Hakimiyyətin mərkəzləşdirilməsinə yönəldilmiş islahat cəhdləri bu dəfə də
nəticəsiz qaldı. Bu dövrdə islahatı həyata keçirməyə qarşı çıxmış siyasi qüvvələr
daha güclü idi. Əhməd cəmi 7 ay hakimiyyətdə olmuş və 1497-ci ildə əmirlərin qiyamı zamanı qətlə yetirilmişdi.
Tural Qaffarov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.