TÜRK ONLARDAN və ya TƏBİƏTDƏN NİYƏ QORXMALIYDI
19-06-2023, 11:45
DAİMA TÜRKÜN NÜVƏSİNƏ ÖZÜ NÜFUZ - ƏSƏRLƏRİ İLƏ DİFFUZİYA ETMƏYƏ SƏY GÖSTƏRƏN ÇOX HÖRMƏTLİ, ZƏHMƏTKEŞ ALİMİMİZ DR. AYDIN QASIMILI YAZIR :
"Çünkü Türk öncə Təbiətdən-Onda baş verən qorxunc hadisələrdən-Şimşəkdən, İldırımdan, Qasırğadan, Zəlzələdən QORXDU (böyütmə mənimdir-T.A.), sonra Onlara alışdı, Onunla çulğalaşdı, Onun ÖVLADI oldu !
TARİYEL AZƏRTÜRK:
Amma Mən deməzdim: "Çünkü Türk öncə Təbiətdən - Onda baş verən qorxunc hadisələrdən - Şimşəkdən, İldırımdan, Qasırğadan, Zəlzələdən qorxdu",
ƏKSİNƏ,
"Çünkü Türk Təbiətdən - Onda baş verən qorxunc hadisələrdən - Şimşəkdən, İldırımdan, Qasırğadan, Zəlzələdən YARANDI !"
Çünki İNCİL yazır ki, hörmətli Aydın bəy, Allah Yeri, Göyü, Suyu yaradıb onları bir-birindən ayırdıqdan sonra, Yerdə bitgi örtüyünü və canlıları yaratdı və onlara "TİRRİK" dedi".
TİRRİK sözü (indi biz DİRRİK deyirik - yaşam, həyat) ilkin versiyası "arameycə" yazılmış İNCİL`də türkcə gedir. O həqiqətən də TÜRK sözüdür. İribunyedən (gil yazıda İəvan) aşkar edilmiş 3 min illik türkdilli gil yazılarda bu sözə olduğu kimi rast gəlinir.
"A TİRRİYƏ SUİ DİLƏ Kİ, ZADƏ UŞ YİYƏ" -
(Beyninə su verib becər ki, Zadən - Nəslin sənnən ağıl uma) anlamında.
Çünki İNCİLİN ilk BEREŞİT (hebruca) - BƏRƏKƏT (türkcə) - GENEZİS (yunanca) kitabı Türkün gil yazılı mətnlərindən köçürmədir.
Çünki u kitabın ilk səhifələri "Sumeriya" adlandırılan ölkənin UR şəhərində ~ 4700 il bundan qabaq dünyaya gəlmiş İBRAHİM Peyğəmbər (ABRAHAM) tərəfindən Hannaneydə yazılıb.
Mənşəəcə yəhudi olan şumerşünas S.N. Kramer yazır ki, İBRAHİM Hannaaneyə Şumeriya Akademiyasından öyrəndiyi hazır mətnlərlə, bilkilə, zəngin folklor nümunələri ilə gəlmişdi. U mətnləri, u bilik mənbələrini gil lövhələrə qazıyan isə Türk idi (T.A.).
Allahın TİRRİK (HƏYAT, YAŞAM) dediyi kəlmə TÜRK adının kökündə durur.
Odur ki, Allah Yeri, Göyü, Okeanları bir-birindən ayıranda və Yür üzünə bitgi və heyvanları səpəndə bu cür ağır neytronlu Təbiət hadisələri Şimşəksiz, İldırımsız, Qasırğasız, Zəlzələsiz-Vəlvələsiz (yəni enerjisiz) keçinə bilməzdi.
Adicə suyun (H2O) hidrogen və oksigen ionlarına ayrılması üçün az qala bir İldırım boşalması qədər enerji tələb olunur.
Neçə giqavatt enerji tələb edən bu hadisələrin özündən TİRRİK > TÜRK yaranırdı.
VƏ GÖYDƏKİ ŞİMŞƏK ÇAXMALARINI MƏRD OX ADLANDIRIB ONA MƏRDK ADIYLA SİTAYİŞ EDİRDİ,
BƏLKƏ GÜNƏŞƏ, ODA, ATƏŞƏ PƏRƏSTİŞLİYİNİ DƏ BU SIRAYA QOŞAQ ?
VƏ TÜRK ONLARDAN və ya TƏBİƏTDƏN NİYƏ QORXMALIYDI ?
Sayğılarla.
Tariyel Azerturk
tEREF.AZ
_____________
Mikelangelo - Allah Yeri, Göyü, Kainatı yaradarkən