Siz kimi ittiham edir, kimə nifrin yağdırırsınız…ay gülməşəkərlər- QAZİ ELNURUN KİM OLDUĞUNU, NƏLƏR YAŞADIĞINI BİLİRSİNİZMİ??? – KAMİL HƏMZƏOĞLU YAZDI
20-06-2023, 10:44
Bilənlər bilir ki, 3 ilə yaxındır (İkinci Vətən Müharibəsinin ilk günündən) bütün günü yollarda, Şəhid və Qazi ailələrində oluram…
Və bu səbəbdən bəzən ölkədə baş verənlərdən, olanlardan-keçənlərdən…bir qədər gec xəbər tuturam…
Dünən, 18 iyun tarixində İmişlidən, Şəhid ailələrini növbəti ziyarətdən qayıdandan, Bakıya dönəndən sonra FB-dən xəbər tutdum ki, bəs Qazimiz dövlətin ona verdiyi AVTOMOBİLİ yandırıb…
Və gördüm ki, MARIQDA yatanlar, fürsət gözləyənlər…QAZİmizi “yıxıb-sürüyürlər”…
Hansı ki, çoxları müharibədə QAÇIB gizlənmiş, Bakıdan kənara çıxmamışdılar…
Amma düzünü deyim ki, bir az öncə (bu gün axşam saatlarında) bildim ki, söhbət hansı Qazimizdən gedir(miş)…
Qazi Hacı Vəliyevin paylaşımından xəbər tutdum ki, maşınını yandıran Qazimiz Ələtli Elnur Səmədov imiş…
O Elnur Səmədov ki, İKİ DAYISI ŞƏHİDdir…
O Elnur Səmədov ki, evin TƏK VƏ SUBAY oğlu olmasına, atasını vaxtısız itirməsinə, yaşlı anasının XƏSTƏ olmasına baxmayaraq, ŞƏHİD DAYILARInın və ŞƏHİD ƏMİSİ OĞLU Rüfətin QISASINI almaq üçün İkinci Vətən Müharibəsinə könüllü şəkildə qatılıb…
Və müharibədə BİR GÖZÜNÜ Vətən yolunda itirib, biri gözü də cəmi 10 FAİZ GÖRÜR…
Başı, bədəni…hər yeri yaralı, qəlpələrlə dolu…
İki dayısı Birinci Qarabağ Savaşının Şəhidi, bir əmisi Birinci Vətən Müharibəsinin iştirakçısı, bir əmisi oğlu 2010-cu il Şəhidi olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNƏ KÖNÜLLÜ GEDƏN, BİR GÖZÜNÜ İTİRƏN, BİR GÖZÜ CƏMİ 10 FAİZ GÖRƏN, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 2 MEDALLI QAZİ ELNUR SƏMƏDOV… – FOTOLAR
Əsl Vətən sevdalısı… Əsl Vətən fədaisi… İliyinəcən, ruhuyla, qanıyla, canıyla əsl Azərbaycanlı, əsl Azərbaycan türkü, əsl Azərbaycan övladı, əsl Azərbaycan vətəndaşı… 1990-cı il təvəllüdlü… Ələt, Qaradağ doğumlu…Əslən Şamaxılı, Nərimankəndlili… Evin-ailənin 3 övladından biri, tək və subay oğul… Elnur Səmədov… Elnur atasını illər öncə itirib… Səhhətində xeyli ciddi problemləri olan, əsa ilə güclə hərəkət edən anası-Nur, … Oxumağa dava etİki dayısı Birinci Qarabağ Savaşının Şəhidi, bir əmisi Birinci Vətən Müharibəsinin iştirakçısı, bir əmisi oğlu 2010-cu il Şəhidi olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNƏ KÖNÜLLÜ GEDƏN, BİR GÖZÜNÜ İTİRƏN, BİR GÖZÜ CƏMİ 10 FAİZ GÖRƏN, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 2 MEDALLI QAZİ ELNUR SƏMƏDOV… – FOTOLAR
EtikXəbər
Və 3 ilə yaxın vaxt keçsə belə SƏHHƏTİ hələ də düzəlməyib, bütün günü AĞRILAR içindədir…
Və yenidən ciddi MÜALİCƏYƏ ehtiyacı var…Bu EHTİYACI da məhz DÖVLƏT QURUMLARI ödəməlidir, onun növbəti müalicəsini də dövlət öz üzərinə götürməlidir…
Ancaq Onu bəzi qurum və şəxslər o qədər cana yığıb, cana doydurublar ki, axırda HALAL haqqı olan avtomobilini yandırıb, bununla ERİRAZINI bildirməyə çalışıb…
Necə deyərlər, gücü özünə, buna çatıb…
Kaş belə etməyəydi, bu addıma getməyəydi…Yenə səbrli olaydı…
Və çox əfsuslar və təəssüflər olsun ki, onu tanımayan GÜLMƏŞƏKLƏR iki gündür AĞIZLARINA GƏLƏNİ yazır, Qazimizə nifrin yağdırırlar…
Nə veclərinə ki???!!!
Ağrıyan, acıyan, sızım-sızım sızlayan onların canı deyil ki???!!!
Sadəcə, AYIB!!!
Allah Elnur balamızı qorusun, Yar və Yardımçısı olsun!
Və yenə də SƏBR, SƏBR, SƏBR!!!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az