Eynullanı Çingiz müəllimlə Şahvələd bəy tutdurdu...

21-06-2023, 00:06           
Eynullanı Çingiz müəllimlə Şahvələd bəy tutdurdu...
2006, 2015, 2023
Bu şəkil 2006-da, iyulun 10-da çəkilib, o vaxt işlədiyim, "Реальный Азербайджан" redaksiyasının yerləşdiyi binanın həyətində. PA rus dilində çıxırdı, təsisçi və baş redaktor o vaxt da, indi də yaxşı tanınan Eynulla Fətullayev idi. Ötən 17 il ərzində dörd il həbsdə yatan Eynulla da, toplumda ona münasibət də çox dəyişib, təbii.
Eynulla tutulandan sonra "Реальный Азербайджан"la yanaşı çıxan, şef-redaktoru Şahvələd Çobanoğlu olan "Gündəlik Azərbaycan" qəzetinin cavan əməkdaşları arasında belə bir yarızarafat-yarıgerçək lətifə gəzib dolaşdı:
- Eynullanı Çingiz müəllimlə Şahvələd bəy tutdurdu.
- Nə danışırsan?! Niyə? Necə?!
- Kürəyinə vurub "Yaxşıdı!" deməklə, dəstəkləməklə.
- O necə olur?
- Eynulla hakimiyyət puluna hakimiyyətyönlü, amma oxunan qəzet buraxmalıydı, oxunması üçün hakimiyyətliyönlü materillarla yanaşı obyektiv, tənqidi materiallar da verirdi, bəylərin fitvasıyla tənqidi çox verdi, balans pozuldu, axırı da məlum...
Eynullanın hakimiyyətyönlü materiallarının arasında belə bir cümlə var idi, Hikmət Hacızadə mənə gülə-gülə sitat gətirdi:
- Eynulla nə yazır?! "Президент вырвал оранжевое знамя революции из рук оппозиции!"...
O vaxt, Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəlməsiylə bağlı narıncı inqilab söz-söhbətləri geniş yayılmışdı. Söhbət olaraq qaldı... Mən işlədiyim qəzetdə hətta redaktorumun yazdığı, hakimiyyətyönlü materialları oxumurdum, önəm vermirdim. Hikmət oxuyurdu. Qəzetdə ölkə başçısıın ciddi islahatlara hazırlaşdığı haqqında da nağıllar yer alırdı, amma az idi, qəzet bunlara görə yox, başqa yazılara görə alınırdı.
"Реальный Азербайджан" və "Gündəlik Azərbaycan" qəzetləri həqiqətən də ölkənin ən oxunan qəzetləri arasında idi. "Реальный" 25 000, "Gündəlik" 11 000 tirajla çıxırdı, hamısı da satılırdı, bir qədər geçikəndə köşklərdə tapmaq olmurdu. Daha sonra "Реальный" 29 000 çatdı! Müqayisə üçün - "Реальный"dan əvvəl "Azərbaycan"ın ən oxunan rusdilli qəzeti olan "Зеркало"-nun yalnız şənbə buraxılışı 10 000 tirajla çıxırdı, həftəiçi çıxan nömrələrin tirajı 5 000 civarında olurdu, heç də hamısı satılmırdı, "vozvrat"ı var idi.
"Реальный Азербайджан"ın tirajı ö dövrün Azərbaycan dilində ən oxunan qəzeti "Yeni Müsavat"dan da artıq idi, hesabınızı ondan götürün. "Gündəlik Azərbaycan" isə tirajını sürətlə artırırdı və belə gətsə, "Yeni Müsavat"a çatacaqdı.
Belə bir populyar qəzetdə müxbir və redaktor işləyərək, hər nömrəyə 1-2 yazı yazırdım. Hər materialda müəllifin adı və kiçik şəkliylə yanaşı e-mail adresi də yazılırdı, qəzet RA saytında dərc olunurdu deyə dünyanın hər yerində, daha çox Rusiyada yaşayan oxuculardan məktub alırdıq.
Polis polkovnik-leytenantı, adam oğurluğuyla, kidneppinq və qətllərlə məşğul Hacı Məmmədov haqqında oxunan 40 məqalə və 2 hekayə yazmışdım, biri Love Story. 21-ci ildə mühacirətdə yazdığım "Heç kim qatil doğulmur" detektiv hekayəsi H.Məmmədov haqqında yazdığım əsasında yazılıb, süjet orijinal deyil. Arqument.az onun təkrar nəşrini verməyə başlayıb, I hissənin linki divarımdadır, bu postdan aşağıda.
Love Story-ni hələ ayrıca yazacam, plandadır. Onun özü də, yazılma tarixçədi də bir ayrıca maraqlı hekayətdir
Redaksiya Sovetski küçəsinin yaxınlığında təzə binada yerləşdə də, həyətində, daha doğrusu azca aralı qara daşdan köhnə divar var idi, Azı 70 yaşı olardı, şəkildə görünür.
Şəkil çəkiləndə Eynullanın həbsinə 9 ay qalmışdı, sonra qəzetlər bir ay da işləyə bildi, sonra isə bağlandı və xeyli başqa kədərli hadisələr baş verdi. Başımızın üstündə təhlükə həmişə var idi, bilirdik, Eynulla tez-tez hədələnirdi, 3 cangüdəni var idi, iki gənc idmançı, üçüncüsü mənim yaşıdım, Əfqanıstan və Qarabağ müharibələri veteranı, qazi, həbsdə də yatmış polkovnik İlham Aslanov. Mənim bütün yazılarımı oxuyurdu, nə demək istəiklərimi, demək istəyib yazmadıqlarımı 100-də 100 tuturdud. Mən ona "yoldaş polkovnik" deyirdim, o mənə "yoldaş general".
- Yoldaş polkovnik, mən general deyiləm axı? Hərbi rütbəm var - kapitandlr, sizdən xeyli kiçiyəm.
- Mənim üçün generalsız, jurnalistika generalı.
Gördüyüm ən ağıllı-savadlı zabitlərdən biriydi, təmiz rus dili öz yerində, Azərbaycan dilini də unutmamışdı, yaxşı bilirdi, üstəlik yaxşı ingilis dili, üstəlik dünya ədəbiyyatını bilən adam, evində yaxşı kitabxanası. Bir dəfə söhbət çox sevdiyim, kitabı məndə olmayan Cabua Amiracibinin "Data Tutaşxia" romanından düşdü, söhbət zamanı məlum oldu ki, romanı yaxşı bilir, evdə də var. Sabahısı kitabı mənə gətirdi, çoxdan oxuduğum, telefilminə hələ sovet vaxtı baxdığım kitabı ləzzətlə bir daha oxudum. Bizdə qaçaqlar haqıında hekayə, povest, romanlar var, amma ona bərabəri, dərin və fəlsəfi, ədalət axtarışı olan roman yoxdur, məncə. Kim daha yaxşısını tanıyırsa, desin, oxuyum. Səhv etdiyimə sevinərəm. Həmişə o roman səviyyəsində heç olmasa bir hekayə yazmaq istəmişəm.
"Yoldaş polkovnik" İlham Qarabağ müharibəsində yaralanmışdı, boğazına güllə dəymişdi. sağ qalsa da sanki pıçıltıyla ucadan danışırdı. Mənə demişdi ki, Surət Hüseynovun "naçştaba" - qərargah rəisi olub. "Siz" deyirdik bir birimizə, "müəllim" də deyirdik. Bir dəfə söhbət edəndə:
- Yoldaş polkovnik, ağıllı-savadlı adamsız, Surət Hüseynov qiyam edəndə, sonra ölkə başçılığı iddiasına düşəndə ona demədiz ki, bu daşı tök ətəyindən, sən gedə biləcəyin yol deyil?
- Demişdim. Çox nəzakətlə, ehtiyatla da olsa, demişdim Surət müəllimə. Amma unutmayın ki, mən qərargah rəisi idim, o isə korpus komandiri, mənim rəisim. Öz bildiyi, mə
- - İlham müəllim, ağıllı-savadlı adamsız,
"Реальный Азербайджан"da H.Məmmədov silsiləsində yazdığım sənədli Love Story hekayəsinə görə hədələnmişdim, döyülməklə yox, ölümlə. Redaksiyaya zəng gələndə mən olmamışam, Natiq Cavadli cavab verib, qadın "Sultansoya de, onun sağ tikəsini qulağı boyda eləyəcəm!" tapşırıb. Elə də önəm vermədim, amma ehtiyat tədbirləri gördüm.
O hekayə çoxlarını maraqlandırıb, orada adı çəkilənlərin qohumlarını qıcıqlandırmışdı. Onların hisslərini anlayıram, amma yazmamaq da olmur, olmaz da.
"Реальный Азербайджан" hakimiyyətə bağlı qəzet olsa da, yarımmüstəqil, əsas da ki, oxunan mətbuatda öz yerini tutdu, məsələn indiki "Azərbaycan" qəzeti kimi makulatura olmadı, elə ona görə də Eynulla Fətullayevi tutdular, bizi də redaksiya binasından çıxardılar, istintaqa çəkdilər, MTN-də dopros elədilər. Doprosa tanınmış vəkil Rashid Hajili ilə getmişdim, oradakı söhbət bir ayrıca hekayənin mövzusudur.
Azərbaycanda 1993-2023-cü illərin mətbuat tarixi mübarizə, uğurlar və məğlubiyyətlər, azca məmnuniyyət və sevinc, daha çox itkilər, kədər, dərd və faciələrlə doludur...
Məmnuniyyət və hüzur anlarından birini tanınmış heykəltəraş MirTeymur çəkib.
Cingiz Sultansoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.