Universitetimizin qadın müəllimləri ilk siralara keçdilər, .... - O anlarda BİZLƏR MİLLƏT idik
22-06-2023, 00:06
ANASINI TANIMAYAN MANQURT NƏSİl
Söyüdlüdə qarşıdurma zamanı 10 nəfər xəsarət alıb, daha 6 nəfər saxlanılıb.
Qoca qarılara təcavüz səhnələri çox iyrənc idi. Allah Aytmatova rəhmət eləsin! Anasını, bacısını tanımayacaq dərəcədə mənəviyyatsız manqurt bir nəsil ərsəyə yetirmişik.
O iyrənc hərəkətləri törətmiş konkret adamları nəzərdə tutmuram. Bunu mümkün edən ictimai mühüt, insanlar toplumundan danışıram. Bu toplumun günahı həmin iyrənc təcavüzləri törədənlərdın heç də az deyil...
Dostum Azər Азер Рашидоглу neçə gündür ki, hayqırır. Amma səsinə səs verən yoxdur. Bəziləri o dərədə həyasızlaşıb ki, baş verənlərə bəraət qazandırmağı belə özlərinə rəva görürlər.
Dövlət başçısına mədhiyyə demək üçün sıraya düzülüb növbələrinin nə vaxt çatacağını mütücəsinə gözləyən "aydınlarımız" ağızlarına su alıb susublar. Elə bilirlər ki, bunula manqurtlaşmış ruhlarını çürümüş, iylənmiş mənəvi saman tayasında gizlədib, bir qədər keçəndən sonra yenə də xalqa milli və dini dəyərlər haqqında möizə oxuyacaqlar. Haqlıdırlar. Elə də olacaq. Çünkü toplumumuz da mənən çürüyüb...
1988-ci ildə mitinqlərin başlanması yadıma düşdü. Daxili qoşun hissələri nümayişə çaxmış tələbələrin qarşısını Sabirin heykəlinin qarşısında aldı. O vaxt Bakıdakı yerləşdirilmiş sovet daxili qoşun hissələrində xidmət edənlər azərbaycanlılar deyil, SSRİ-nin digər millətrinin nümayəndələri idi. Qarşıdurma təhlükəsi real idi. Bu an universitetimizin qadın müəllimləri ilk siralara keçdilər, yolun ortasında bardaş qurub öz tələbəlinin qarşısında sipər yaratdılar. Əsgərlər nə edəcəklərini bilmədilər...
O anlarda BİZLƏR MİLLƏT idik. İndi yox. İndi bizlər daha çox Aytmatovun manqurtlar toplumunun bənzəriyik...
RAUF MORQƏDİRO
Terefg.az