İRANLI professor SƏFƏVİLƏRİN hakimiyyətə gəlməsinin FARS ədəbiyyatına necə zərbə vurduğundan gileylənir

24-06-2023, 14:52           
İRANLI professor SƏFƏVİLƏRİN hakimiyyətə gəlməsinin FARS ədəbiyyatına necə zərbə vurduğundan gileylənir
Professorun dediyinə baxsaq məlum olur ki, Səfəvi xanədanı heçdə İran mədəniyyətinin daşıyıcısı və qoruyucusu deyildi. Farsca olan ədəbiyyat Osmanlı və Moğol sarayında özünə yer tapmış, ancaq Qızılbaş diyarında tənəzzül etmiş. Beləliklə bundan əvvəlki yazılarımızla üst-üstə düşür.
Bir daha Səfəvi imperiyasını Azərbaycan xarakterli, mədəniyyətli dövlət kimi görmək istəmiyənləri insafa dəvət edirik.
"Firdovsi, Nizami, Rumi, Sədi və Hafizin yazdığı, Əbu əl-Fəzlin tarix mətnləri və ülviləşdirici bəhsində qüsursuz ifadəsini tapan farscanın ehtişam və incəliyinə nə olmuşdur bəs? Farscanın başına gələn şey budur: SƏFƏVİLƏR.
Səfəvi xanədanının iqtidara gəlməsi ilə bərabər şiəlik doktrinasının dövlətin mexanizm formasına yön verməyə başlayıb hakim ideologiyası halına gəlməsi, İrandakı farsca ədəbiyyatın gözəlliyini gedərək itirməsinə səbəb oldu. Bu dövrdə iranlı münəvvərlər Səfəvi sarayını tərk edib Hindistan hökmdarlarına sığınarkən, cənubi livanlı şiə ilahiyyatçılar da qatırlarına minib şərqə, İsfahana doğru yola çıxmışdır.
Bu proses, dövlətin ideoloji qurğularındaki dəyişikliyin tətiklədiyi bir beyin axınıdır: Səfəvi dövrü İranında farsca ədəbiyyatın boş buraxdığı yeri şiəlik doldurarkən, farsca ədəbiyyat varlığını -ingilis müstəmləkəçiliyi ilə gələn ingiliscənin məğlubiyyətinə uğrayanadək- Hindistanda davam etdirmişdir...
Nəticədə farsca ədəbiyyatın onuncu və on üçüncü əsrlər arasındakı parlaq günləri artıq keçmişdə qalmışdır. On altıncı əsrdə Səfəvilərin yüksəlişə keçməsi ilə bərabər, farsca şeir Osmanlı ve Moğol saraylarındakı ehtiraslı iqtidar sahiblərinin oyuncağı olmuş, bu saraylardakı mühacir iranlılar padşah xanımları və uşaqlarının xülyalarını qane edən acınacaqlı absurdluqda şeirlər yazmışdır. On doqquzuncu əsrin əvvəlində Mirzə Saleh Şiraziyə çatdığı halı ilə farsca bütün canlılığını və gücünü itirmiş bir dildir artıq".
Mənbə: Hamid Dabashi, "İran: Ketlenmiş Halk", Çeviren: Emine Ayhan, səh.52-53.
Ramil Əkbərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.