Geyim Mədəniyyəti Tarixçəsi

25-06-2023, 10:04           
Geyim Mədəniyyəti Tarixçəsi
Hər xalqın öz mədəniyyəti var.Bəs xalq mı mədəniyyəti formalışdırdı,yoxsa əksinə?Əlbəttə mədəniyyyət.Çünki,insanların xalqlara bölünməsi üçün fərqlər ortaya çıxmalı idi.
Bəs mədəniyyət nə vaxt formalaşdı?Bu sualın cavabı Neolit və Eneolit dövrünə aiddir.Çünki,bu dövrdə insanlar bir çox sənət sahələri ilə tanış oldu.Neolit inqilabı deyilən daşişləmə,toxuculuq və s. kimi yeniliklər ortaya çıxdı.Tarixə boylanıb baxanda ilk dövlətlərin,sivilizasiyaların Eneolit dövründə ortaya çıxdığını görürük.Misir,Şumer dövlətləri kimi.
Bəs niyə biz sivilzasiyaların başlanğıcını bu dövrdən götürürük?Çünki,bu dövrdə əkinçi,maldar toplumlar ortaya çıxır,toxuculuq kimi sahə geyim kimi bir kültürün başlanğıcını qoyur.Niyə Mezolit,Paleolit dövründə mədəniyyət yaranmadı?Çünki,bu dövrdə mədəniyyət yaradacaq təfəkkür inkişaf etmədi.Əxlaq normaları gözlənmirdi.Sadə geyim mədəniyyəti yox idi.Çox ərlilik prinsipləri,yada qan bağlarının olmaması necə bir mədəniyyət ortaya qoysun?
Məni qınayacaqlar ki,geyimi önə çəkirsən?Buyurun tarixə baxın.Neolitdə ortaya çıxan toxuculuq paltarın yaranmasına səbəb oldu.Ardınca gələn dövrdə isə biz ən qədim mədəniyyətlərin,dövlətlərin təməllərini görürük.Əslində geyim mədəniyyətin başlanğıcı yox son mərhələsi idi.Biz bu mərhələdən sonra bir növ geyim mədəniyyətinin formalaşdığını görürük.
Qədimdə indiki kimi hara getsən eyni çeşit geyimlər tapılmazdı.Geyim bir növ xalq simvoluna çevrilmişdi.Məsələn,Heredotun Sakları “Şişpapaqlılar” adlandırması.Yada çin mənbələrində Göytürklərə “paltarını sağda ilikləyənlər” deyilməsi.Yada İskit kurqanından tapılan Qızıl Geyimli Adam.
Romalılar dizə qədər olan paltar geyindiyi halda,İskitlərdə,Hunlarda qurşaqdan topuğa qədər şalvar,fars vəya çinlilərdə çiyindən topuğa qədər uzun paltar geyinilməsi görünmüşdür.Yada ərəblərin başlarına kəfiyyə taxması səhrada istidən başını qorumaq üçün istifadə olunub.Amma bu gün dünyada ərəb milli geyimi olub.
Milli geyim dedim.Bəli.Xalqlar dünyada geyimləri ilə tanınır.Və Milli Geyim anlayışı var.Deməli bu geyim elə də ucuza alınacaq mövzu deyil.Əsrlərlə formalaşan bu Milli Geyimlərdə xalqın adətindən,yaşam tərzindən,simvolundan nəsə xatirə qalmışdır.Bu səbəbdən milli geyimdir.
Mədəniyyət bir xalqın tarixi və ən əsası əxlaqın nümunəsidir.Geyim mədəniyyəti də əxlaqın bir təcəssümüdür.Bir xalqın,insanın təfəkkürünün zühur etdiyi nəsnə geyimdir.Geyim təfəkkürün aynasıdır.Heç kim geyimlərə əxlaqlı və əxlaqsız demir.Geyimin içindəki vücudun sahib olduğu məhrəm orqanlara da demir.O vücudun içində yatan RUHa deyirlər.O ruhlarınız ilə milli kimliyi,ideologiyaları,kültürü kirlətməyin.Ya ruhu kirli olun şəxsi həyatınızda tam sərbəst yaşayın.Yada təmiz ruhla Milli kültürə tövhə verməyə gəlin!
Ramin Hüseynsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.