Allah ya yoxdur ya da pisdir.

30-06-2023, 13:26           
Allah ya yoxdur ya da pisdir.
Allah istəsəydi indiki dünyadan yaxşısını yarada bilərdimi ?
Yaxud yaxşı insanlar, yaxşı heyvanlar, bundan da yaxşı təbiət yarada bilərdimi ?
Təbii, düzəldərdi, dindarların dediyi məntiqlə götürsək.
Bəs nəyə düzəltmədi ?
Dinin məntiqinə görə insanların təxminən 90-95 faizi cəhənnəmə 5-10 faizi cənnətə gedəcək.
Bəs allah bunu eləyə bilərdimi əksinə olsun ?
Bəli.
Allah hər şeyə qadirdi və hər şeyi biləndi.
Bəs niyə etmədi ?
Şeytan qoymadı ?
Allah ki, hər şeyi biləndi, onda niyə şeytanı yaradırdı ?
Şeytanı yaratmışdısa insanı niyə yaradırdı ?
Allah bilirdi ki, insanı yaratsa şeytan onu aldadıb cənnətdən çıxarılmağına səbəb olacaq.
Belə bir misal çəkək. Tutaq ki, iki allah var, biri bizim allah biri də başqa allah. Bizim allahın yaratdığı dünyada insanların 90 faizi növbə-növ əziyyət, əzab çəkir. Öləndən sonra da 90 faizi əbədi cəhənnəmdə əzab çəkəcəklər.
O biri allah isə dünyanı, insanları elə yaradıb ki, dünya cox gözəldir, insanlar çox xoşbəxtdir, nə bu dünyada nə də o dünyada günahkarlar, canilər, qatillər yoxdur. Bir sozlə hər iki dünyada xoşbəxtlik əhvalı var. O allah da insanların xoşbəxtliyinə baxıb xoşhallanır.
Bəs bizim allah nə edir ? Adəm və Həvva 5 gün cənnətdə yaşadı, sonra qovuldular yerə. Ondan sonra müsibət başladl. Bizim Allah yerdə elə bir dramatik əsər yaratdı ki, 1000 dənə dramatur yığılıb birlikdə elə bir dramatik əsər yarada bilməzdilər. Bu dramın davamı getdi o biri dünyaya və orada da əbədiləşdi.
İndi kənardan bir baxan olsa, o biri allahın da bizim allahın da yaratdığına baxıb nə deyər?
Özgə vaxtı deyirsiz meşələr qələm ola dəryalar mürəkkəb ola yenə də allahın tərifini yazıb qurtarmaq mümkün olmaz.
Bəs indi bu müqaisəyə şəxsən siz nə deyirsiz?
Bu, yaşadığımız vəzyyəti anlatmaq üçün bir xəyali görüntü idi. İndi isə belə real bir görüntü yaradaq. Tutqaq ki, dünyada iki qitə var, biri avropa biri siə afrika. İndi avropa dövlətlərinin yaratdığı idarəçilik, yaşama tərzi və firavanlığı yaxşıdır yoxsa afrikanınkı ? Yəni söhbət ondan gedir ki, bizim yaşadığımız həyat 90 faiz bu dünyalı o dünyalı əzab, işgəncədirsə, onda ya allah pis, ədalətsiz allahdı ya da o yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.