"Mən İsrailin xəritəsini ürəyimə çəkmişəm. Mənə bunun mümkün olmadığını deməyin".
3-07-2023, 00:04
1897-ci ildə Teodor Hertsl İsrail dövlətini qurmaq üçün Avropa yəhudilərini I Sionist Konqresinə dəvət edir. Avropadakı yəhudi zənginlərdən biri ona rişxənd edərək deyir ki, İsrail dövlətinin qurulması mümkün deyil. O isə qətiyyətlə tarixi cavab verir:
- Mən İsrailin xəritəsini ürəyimə çəkmişəm. Mənə bunun mümkün olmadığını deməyin!
Həmin konqresdə çıxış edərkən Teodor Hertsl deyir ki, 50 il sonra İsrail dövləti qurulacaq! Elə də olur 1948-ci ildə Yaxın Şərqdə iki dövlət qurulur İsrail və Fələstin. Elə ilk gündən də İsraili məhv etmək, yox etmək üçün ona savaş elan edirlər. Amma 2000 il sürgün həyatı yaşamış bir xalq daha heç yerə getməyəcəyini iradəsi və qətiyyəti ilə sübuta yetirir.
Teodor Hertsl hüquqşünas idi. O "Yəhudi dövləti" kitabını qələmə alarkən hələ heç kim 52 il sonra İsrailin qurulacağını xəyal belə edə bilməzdi. Amma Hertsl həmin kitabda qurulacaq yəhudi dövlətinin necə bir dövlət olacağını, necə çalışacağını, ədalət sistemindən təhsil sisteminə, əmək sisteminə qədər hər şeyi xəyal edərək yazırdı. Bu kitab dünya tarixinə təsir etmiş kitabdır. Çünki onun müəllifi yola başlayarkən yalnız olduğu halda bu gün ərəblər də daxil olmaqla milyonlarla insanın yaşadığı bir ölkəyə çevrilib.
Əhalisinin hər 10 nəfərindən biri fəlsəfə elmlər doktorudur. Yəni elm adamıdır! Yaxın Şərq kimi çətin bölgədə isə öz demokratikliyini qoruyub saxlaya bilib.
Kitabıstan
Teref.az