Azərbaycan tarixinin 13+1 mühüm hadisəsi - professor Kərim Şükürovun siyahısı

7-07-2023, 00:05           
Azərbaycan tarixinin 13+1 mühüm hadisəsi -
"Atabəylər dövləti ölkəni etnik və siyasi cəhətdən birləşdi"
3. Səlcuq fəthləri
Azərbaycan torpaqları türk dünyasının tərkib hissəsi olmuşdur. Hun imperiyası (IV-VI əsrlər) və Xəzər xaqanlığı (650-969) Azərbaycan tarixində də mühüm iz qoymuşdur. Bu imperiyalar Azərbaycanın şimalında mövcud olub, burada cərəyan edən hadisələrdə iştirak etməsinə baxmayaraq, ölkədə güclü siyasi hakimiyyət yarada bilmədi. Səlcuqların və ya oğuzların XI əsrin əvvəllərindən başlayaraq siyasi hadisələrdə iştirakı ilə vəziyyət dəyişdi.
Səlcuqlar hunlar və xəzərlərdən fərqli olaraq, cənubdan hərəkət etdilər. Səlcuq imperiyasının yaranması (1038-1157) və İslam dünyasında aparıcı amilə çevrilməsi ilə bölgə və dünya tarixində də ciddi dəyişikliklər meydana gəldi.
- Azərbaycan və digər türk xalqlarının əraziləri vahid türk dövləti tərkibində birləşdirildi.
- Səlcuq imperiyası dağıldığı zaman Azərbaycan ərazisində meydana gələn Atabəylər dövləti (1136-1225) ölkəni etnik və siyasi cəhətdən birləşdirməyə nail oldu.
- Monqol-tatar imperiyası və onun dağılması nəticəsində Azərbaycanda yaranan dövlətlər zamanı bəzi miqrasiyalar baş versə də, əhali fundamenti və dini vəziyyət həlledici təsirini davam etdirdi.
- Azərbaycan Qaraqoyunlu (1410-1468) və Ağqoyunlu (1468-1510) dövlətlərini yaradan tayfa birlikləri səlcuq coğrafiyasında (qaraqoyunluların mərkəzi Van, ağqoyunluların mərkəzi Diyarbəkir idi) siyasi arenaya qədəm qoydu.
- Səlcuqların Azərbaycanla eyni zamanda Anadoluda da möhkəmlənməsi, 1071-ci ildə Malazgirt döyüşündə Bizansa qalib gəlməsi, ilk xaç yürüşlərinin qarşısını alması ilə Azərbaycana qərbdən gələn təhlükəni Anadolu səlcuqları, sonralar isə burada meydana gələn türk dövlətləri, xüsusilə Osmanlı dövləti qarşıladı.
- Avropa diplomatiyası Osmanlı dövlətinə qarşı mübarizə üçün Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətləri ilə yaxınlaşmaq siyasətini hazırladı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.