Batin alimi yazır: Əslində Qədir-Xum nə bayramıdır?
7-07-2023, 20:12
Qəbul olunmuşdur ki, Qədir-Xum bayramı, peyğəmbərimizin imam Əlini varis elan etməsinin bayramıdır. Lakin batini mənada bu çox dərin mənalar verir ki, bu məqalədə mən bu bayramın əsl mahiyyətini açacağam.
Hər şeydən əvvəl onu xüsusi qeyd etmək vacibdir ki, batini mənada Məhəmməd peyğəmbər adi insan yox, qədim Misirdə Osiris kimi məlum olan Asar (Azər, Aşşur) Allahın obrazıdır ("Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır", sayt: http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1). Sufizmdə rəsul (ras-el) rəmzi Asar-El kimi də oxunub, Osiris Allahı mənasını verir.
Bu obraz, Tək Allahın obrazı olduğu üçün müxtəlif mənbələrdə müxtəlif adlarla qeyd olunur. Ən əsas mənbə isə Tövrat kitabıdır ki, yazılara görə Allah dünyanı yaradanda bu kitaba baxıb yaradırmış.
Sirr deyil ki, Quran kitabında yazılan hadisələr bilavasitə Tövratla bağlıdır və mən bu haqda yazmışam ("Əsl İslam Tövratdan başlanır", sayt: https://firudin.blogspot.com/2023/06/sl-islam-tovratdan-baslanr.html?m=1). Yalnız samitlərlə yazılan Tövrat kitabının dili burada "ilk insanların vahid "səfa əhət" (M HD SF HT) dili" kimi qeyd olunur. Bu kitabda ilk insanlar mənasında olan "M" rəmzi İslamda ümmə/imam kimi qəbul olunub ki, Quranda onlar müjdəçi və xəbərçi sayılaraq peyğəmbərlər adlanırlar. Onların əhəd rəmzi ilə qeyd olunması - bu peyğəmbərlərin xudalar olması, onların dillərinin səfa adlanması isə bu ilk Allahlar nəslinin dillərinin sufi "dili" olması anlamındadır. Ən qədim mənbələrdə yəhudi (Ya-Xuda) dedikdə də, bu xudalar nəsli nəzərdə tutulur ki, bunlar Xəzər, yəni Azəri Türk bəgləri olmuşlar və mən bu haqda yazmışam ("Qurandakı İsrail oğulları - Azəri bəgləridir!», sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Tövrat kitabı mətnlərdə "ktuv Aşuri" adlanır və sufi məntiqində bu "Azəri kitabı", yəni Asar, Osiris Allahlarının kitabı deməkdir. Başqa sözlə, Tövrat kitabı ilk Azəri xudaları olan Asar (Osiris) Allahlarının kitabıdır. Bu gün Azəri pir-bəglərinin, seyid-şıxlarının ad-soyadlarında, onların yaşadığı ərazinin toponimlərində Xuda, Əhəd rəmzlərinin çox sayda olması, bu müqəddəslər nəslinin məhz Azəri, yəni Asar, Osiris Allahlarının törəmələri olması deməkdir.
Qədim Azəri xudalarının dilində Əli, yəni "L" rəmzi El kimi oxunur və Allah mənasını verir. Mənbələrdə El Allahı - amoreylərin Allahı hesab olunaraq "El amurru" adlanır ki, amurru rəmzi amorey, yəni mar deməkdir. Marlar isə Midiya əhalisidir və onların vətəni Azərbaycanın cənub bölgəsi olmuşdur. Mar rəmzi qədim Misirdə ölüm şahlığı ilə bağlı dərin mənalı rəmzdir və İslamda bu rəmz İrəm cənnəti kimi də qeyd olunur. Bu cənnətin sakinləri isə qədim Misirdə Asar/Osiris, yəni Azər Allahları olmuşlar. Mar rəmzi Azəri pir-bəglərinin, seyid-şıxlarının ad-soyadlarının qarşısında bu günə qədər "mir" kimi qalmışdır və bu müqəddəslər nəslinin ölümsüz Azər, Osiris Allahının törəmələri olmasının göstəricisidir. Deməli, El amurru Allahı Azəri seyid-bəglərinin qədim Allahıdır. Bizlərə El amurru rəmzi "Əli Əmir" (əl möminin) kimi məlumdur və bu rəmz möminlərin ağası mənasında qəbul olunmuşdur. Ruslarda İlya Muromes kimi qeyd olunan El amurru, yəni mirilərin əmiri olan El Allahı, xristianlarda Eliya, İliya və s. kimi də məlumdur.
Bütün bunlar o deməkdir ki, imam Əli - sufi məntiqində ümmə Əli mənasında ilk Azər-Osiris xudalarının obrazıdır. Mən "Ledun elmində İmam Əli obrazı" adlı məqaləmdə bu haqda geniş yazmışam (sayt: http://gilarbek.blogspot.com/2012/08/ledun-elmind-imam-li-obraz.html?m=1). Ərəb mənbələrində mirilərin El Allahı ifrat Gelat şiələrinə aid edilir. Onlar da imam Əlini Allah kimi qəbul edirdilər və mənbələrdə Əli-İlahilər, Əli-Allahilər adlanırdılar.
Qədir-Xumda peyğəmbərimizin İmam Əlini varis elan etməsi, Əli rəmzi ilə bağlıdır. Sufizmdə Əli rəmzi El, yəni vilayət, ölkə, məmləkət mənasını verir. Türklərin Moyun Çor, Bilgə Xaqan, Gül-Təkin və s. abidələrində iddia edilir ki, Türk xaqanı Tolis – Tanrı tək Tanrı yaratmış və Tanrıda olmuş, oranı El etmiş müdrik xaqandır. Başqa sözlə, Türk xaqanı İlahdan (ilkin materiya) göydə El, yəni El-İlah - Allah yaratmışdır. Xəzər, yəni Azəri xaqanının göydə el, vilayət yaratması - Kitabi Dədə Qorqudda, Taş Oğuz elinin İçində İç Oğuz elini yaranması kimi qeyd olunur. Bu yaradılış haqqında mən "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə yazmışam (sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Başqa sözlə, imam Əli obrazı - Türk xaqanının göydə yaratdığı Asar, Osiris Allahının ölüm şahlığının, yəni cənnətin obrazıdır.
İmam Əlinin Qədir-Xumda varis elan olunması Qədir və Xum rəmzləri ilə bağlıdır. Qədir rəmzi qədim Misir yazılarında göylərdə yaradılmış Xator İlahəsi kimi qeyd olunur. Bu məntlərə görə Xatorun Qor adlı oğlu vardır və mənbələrdə Xator rəmzi “Qorun Evi” mənasını da verir. Qor isə Asar/Osiris Allahının oğludur və axirətdə o Osiris Allahını dirildən Mehdi mənasındadır. Qədir mənasında olan Xator, Xadra rəmzlərinin batini mənaları haqqında mən "Ramazan haqqında bilmədiklərimiz" adlı məqalədə yazmışam (sayt: http://gilarbek.blogspot.com/2012/07/ramazan-haqqnda-bilmdiklrimiz.html?m=1).
Xum rəmzi qədim Misir yazılarında Kem kimi keçir və Yuxarı Misirin digər adı mənasındadır. Kitabi Dədə Qorqudda Xum/Kem rəmzi - Qam, yəni qam-şamanlıqla yaradılan ölkə mənasında - “Qamu yerdə Əhədsən, Allahü Səmədsən” ifadəsində keçir. Deməli, Əhəd, yəni Azəri xudaları göydə, qamlıqla yaradılan Qam ölkəsində Asar/Osiris xudaları kimi yaşayırlar. Qədir-Xum dedikdə də pir-firon Amonun qamlama vasitəsilə göydə yaratdığı ruhlar dünyası, yəni cənnət eli, Əli vilayəti nəzərdə tutulmalıdır.
Peyğəmbərimizin imam Əlini varis kimi elan etməsi, axirətdə göydə yaranacaq ikinci ruhlar dünyası, cənnətin imam Əlinin mənsubiyyəti ilə bağlıdır.
Əli, yəni göydəki cənnət eli, vilayəti qədim Misirdə - Osiris ölüm şahlığında ölümsüzlük qazanmış benu (Baş) ruhlarının dünyasıdır. Nəbi rəmzi də batıni mənada - göydə ölümsüzlük qazanmış və quş kimi uçan benu ruhu deməkdir. Mənbələrdə benu eli - Elbenu, yəni Alban kimi də yazılır. Alban mənbələrində Əli rəmzi Alu kimi qeyd olunur və Albaniya ölkəsi mənasında qeyd olunur. Bu mənbələrə görə, Albaniya ölkəsi - Ərənşahlar nəsli olan Gelarküni nəslindən bir nəfərə vəd olunmuşdur və mən "Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: http://gilarbek.blogspot.com/2013/03/cnnt-haqqnda-hqiqtlr-v-onun-vrslikl.html?m=1). Başqa sözlə, imam Əli obrazı - Alban Ərənşahlar nəslinin axirətdə gələcək bir nümayəndəsinin obrazıdır. Məhz o öldükdən sonra ruhu göyə qalxaraq Ra-Amon Allahın doğumunu təkrarlayacaq və göydə yaranacaq yeni cənnətin sahibinə çevriləcək. Tövrata görə bu kosmik hadisə, ilk yaradılış zamanı olduğu kimi bu dəfə də Azərbaycanın cənubunda, qədim Midiyanın Gelar elində baş verməlidir. Tövratda qeyd olunan bütün hadisələr, bütün peyğəmbərlərin vətəni olan Gelar eli ilə bağlıdır və mən bu haqda "Əhli beyt - Azəri bəgləridir" adlı məqalədə yazmışam (sayt: https://firudin.blogspot.com/2023/07/hli-beyt-azri-bglridir.html?m=1). Ra-Amon, yəni Rəhman Allah göydəki cənnət elini-vilayətini, qədim Misirdə Gel şəhəri (Geliopol) kimi qeyd olunan Gelar elində yaratmışdır. Bu cənnətin göydə min illər var olmasına nəzarəti, Allahın Özünə qulluq üçün seçdiyi Gelar pir-bəgləri həyata keçirmişlər. Məhz bu bəgləri Allah "Özünün bir hissəsi, davamı" adlandırır. Axirətdə də burada ikinci cənnət eli yaranmalıdır ki, onun da sahibliyini Rəhman Allah bu elin bir nümayəndəsinə vəd etmişdir. Qədir-Xum bayramı batini mənada Rəhman Allahın Öz Dünyasını, axirətdə gələcək varisinə verəcəyinin elan olunmasının bayramıdır.
Firudin Gilar Bəg