Azərbaycan tarixinin 13+1 mühüm hadisəsi - professor Kərim Şükürovun siyahısı

8-07-2023, 00:05           
Azərbaycan tarixinin 13+1 mühüm hadisəsi - professor Kərim Şükürovun siyahısı
"Nadir şah dini islahat keçirərək, həm sünnilər, həm də şiələri yaxınlaşdıran cəfəriliyə keçməyə cəhd etdi"
4. Səfəvilər dövlətinin meydana gəlməsi
Səfəvilər dövləti (1501-1736) İslamın qəbul edilməsindən sonra Azərbaycanda yaranan türk-islam dövlətlərinin varisidir. Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə nail ola bilmişdi. Onun əsas fərqlərindən biri İslamdakı mövqeyi ilə bağlı oldu. Əvvəlki dövrdə Yaxın Şərq və Mərkəzi Asiyada aparıcı dini məzhəb sünnilik idi. Səfəvilərin şiəliyi dövlət dininə çevirməsi təsadüfi olmayıb, məqsədyönlü şəkildə həyata keçirilən bir siyasət idi. Şah İsmayıl (1501-1524) bununla dövlətin və hakimiyyətinin daha da möhkəmləndirilməsinə çalışırdı. Buna baxmayaraq, şiəliyin dövlət dininə çevrilməsi ciddi dəyişikliklər ilə müşayiət olundu.
- Məzhəb dəyişikliyi dövlətçiliyin möhkəmləndirilməsindən daha dərin oldu. Səfəvi dövləti əsas rəqibi olan Osmanlı dövlətindən (1299-1923) tez dağıldı.
- Nadir şah dini islahat keçirərək, həm sünnilər, həm də şiələri yaxınlaşdıran cəfəriliyə keçməyə cəhd etdi. Bu dini islahat baş tutmadı. Səfəvi ənənəsinə uyğun olaraq şiəlik üstün mövqeyini saxladı.
- Azərbaycanda İslam dininin müasir mənzərəsinin formalaşmasına təsir göstərdi. Dini statistikaya görə, Azərbaycan müsəlmanlarının 75%-ni şiələr, qalanını isə sünnilər təşkil edir.
Milli Kimlik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.