MİLAN KUNDERA (1929-2023) DÜNYADAN GETDİ

13-07-2023, 11:04           
MİLAN KUNDERA (1929-2023) DÜNYADAN GETDİ
XX əsrin ən böyük nasirlərindən biri, çex əsilli fransız yazıçısı Milan Kundera vəfat edib.
Qələminə görə Nobel mükafatına layiq, amma Vladimir Nabokov, Umberto Eko, Horxe Luis Borxes kimi ala bilməyən yazıçılardan biri.
Böyük oxucu auditoriası vardı, kitabları aparıcı dünya dillərinə tərcümə olunub.
Siyasətə qarışmayaraq böyük ədəbiyyat yarada biləcəyinə inanan naivlərdən olmayıb, ən güclü və tanınan "Varlığın dözülməz yüngüllüyü" romanını siyasətə qarışdığı üçün getmək zorunda olduğu mühacirətdə yazıb. Amma siyasəti də büt eləməyib.
Rus dilində dəqiq haçan oxuduğumu unutduğum və sovet gerçəkliyini anlamağa kömək edən "Varlığın dözülməz yüngüllüyü" 1984-də yazılıb. Əsərin əsas hadisələri 1968-ci ildə baş verir, "Praqa Baharı" əvvəlcə fondur, sonra xaricə qaçmağa məcbur olan qəhrəmanların taleyinə birbaşa təsir göstərir. Xatırladıram, Praqa Baharı Xruşşuvun yumşalma, istilənmə siyasətinin təsiriylə Çexislovakiada, əsas paytaxtında siyasi dəyişiklər tələbİ və SSRİ-nin cavabı olaraq Çüxoslovakiyaya qoşun yeritməsi, kütləvi həbslər, repressialar, işdən qovulmalar olan bir dövridi.
Orxan Pamuk, Svetlana Aleksiyeviç və başqa Avropa yazıçıları və ziyalılarıyla birlikdə gələcəyi görürmüş kimi 2019-cu ildə Avropanı Vladimir Putin kimi iddialı və populist siyasətçilərdən müdafiə etməyə çağıran açıq məktub imzalayıb.
İndi vaxt-imkanım yoxdu, haqqında hələ yazacam.
SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.
Чингиз Султансой
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.