BİRCƏLƏRİN CƏHƏNNƏMDƏN KEÇİŞİ
27-07-2023, 13:54
Ədəbiyat elmi deyir ki, bir əsərin kimə ait olduğu bilmirsinizsə öncə onu diqqetlice oxuyun. Eserin hansı dilde yazıldığına diqqet edin. Əsər tərcümə edilmişsə ikinci ipucuna başvurun. əserde keçƏn yer adlarına, (Toponimika Ədebiyatda çox vacib elm sahelerinden biridir. Ş.N ) insan adlarına diqqƏt edin. Əger yer, insan adları da size bir bilgi vermırse, o əserin mentalitetinə, psixologiyasına, kültürüne, orada cərəyan eden insan münasibətlerinin hansı toplumlara aid ola bileceğine diqqet edin. (Psixologiya elmi de edəbiyatın ayrılmaz parçasıdır.)
Bu kriterlər folklor deyerinde olan veya əsrlər öncə yazılmış əsərləre aitdir. Hətda tarixi bilgiləri de ədəbiyat sayəsində tapıb öyrenmek olar. Meselen, tarixin hansısa səhifəsində savaş olmuş. Ama çox az bilgi günümüze gelib çatmış, kimlər savaşmış, nələr olmuş, bilinmirse, bunu da ədəbiyatdan çox asanlıqla öyrene bilərik. Bu 3 düsturu yerine qoyanda bütün problemler çözülür, əsərin kimliyi bəlli olur.
Bircənin ``Cəhənnemden Keçmiş Mələk`` əsərini kosmosda bir kosmonavta oxutsan ve desən ki, yer üzündə bu əsərin doğulduğu bölgəni, coğrafiyanı, hansı xalqın mentalitetinə aid olduğunu tap, əminəm ki teleskopunun istiqameti müsəlman coğrafyasını, oradan da Qafqazı, biraz daha kiçiltsə Azerbaycanı göstərecekdir.
``Cəhənnəmdən Keçmiş Mələk`` əsəri mənə İngilis yazar Anna Sewellin Qara İnci əsərini xatırdatdı. Anna da Bircə kimi heç vaxt yazarlıq iddiasında olmamış, yazarlıq xətrinə cızma-qaralarla oxucusunu əsarətdə saxlamamış, amma yazdığı tek əsərle adını ədəbiyyata möhürlemişdir. Anna 1800-cü illerde İngiltərədə heyvan istismarından, Birce ise 20-ci əsirde qadın istismarından yazır. Hələ də dünyada aktual olan bu iki mövzu haqqında yazılan iki şah əsərden bəhs edərem. Necə ki, bütün istismar edilen heyvanlarin taleyi Qara İncinin taleyi ile eynidirse, bütün isismar edilən, əzilən qadınların da taleyi Bircəninki ile eynidir. Əsəri oxuyan hansı qadın orada özünü, özündən bir parçanı görmədi? Oxuduqca dəfələrle ``bu mənim də başıma gəldi``, ``taleyimiz nece də oxşardır``, ``lənət olsun, bunu mən de yaşadım``, ``nece de oxşar talelərimiz var``, ``Azərbaycan qadını, sen nədən bu qədər dəyərsəzsen?`` kimi ifadələr işletdim. Heç ferqi yoxdur, bu dəyərsizləşdirmə bir kişi, bir qadın və ya ümumiyyətlə toplum tərəfinden edilir, amma edilir. Qəhrəmanımız öz doğma anası terefinden sistematik dəyərsizləşdirməyə məruz buraxılır. Hətda bu proses doğulmadan başlayıb, ölənə qədər də davam edəcək. Bice kosmosa uçsa belə, hə, nə olsun, uçdum, geri gəldim deyəcək. İçindəki o boşluğu əsla heç nə ilə doldura bilməz. Necə ki, mənim də, bacımın da, qonşu qızın da, tanıdığım, tanımadığım minlərcə Azərbaycanlı qadının da o içindeki boşluğun dolmadığı kimi.
Əsər iki hissədən ibarətdir. Bakıya qədərki, Bakıdan sonrakı həyat. Hər şey o qədər tanış ki, bütün yaşanmışlar o qədər səni xatırladır ki. Kənddəki həyat məni üzsə də, Baki fəsli qorxudan üreyimi ağzıma getirdi. Kənd, baxmayaraq sıx sıx güllebaran edilir, Bakıdan min dəfə daha güvenli idi. Bakı – sözün həqiqi menasında insana akulanı xatırladır. Fərqi yoxdur, istər qadın ol, istər kişi, böyük şəhərlər kəndden gələn hər kəs üçün təhlükəlidir. Durduğun yerde başına böyük bəlalar gələ biler, nece ki o bəla Bircenin de başına gəlmiş. Bakı hissəsini oxuyarkən dayana bilmedim, müəllifə mesaj atdım. Dedim ki, mənce, çox şeyi yazmamısan, keçişdirmisən. ``Mən də sənin kimi xariçdə yaşasaydım, çox şey yazardım. Hələ bu qədər yazmışam, qadınlar təşəkkür edəcəklerinə, məni linc edirler. Demədiklərini buraxmırlar.`` dedi.
Bu da həyatın ironyası. Sen qalx Cəfər Cabbarlının Sevil əsərindən 100 il sonra qadın əsəri yaz, seni qadınlar özləri linç etsinlər. Fikir verin çox yazar qadın əsəri yazmaq ister. Buna cəhd edər, amma nadir qadın əsərler var ki, onlar hamı tərəfindən qəbul edilir, oxunur. Məsələn, ``Anna Karenina``, ``Kürk Montolu Madonna``, ``Sevil`` kimi əsərlər əsirlər keçsə de oxunacaq. Mən, ədəbiyatdan az çox anlayan biri olaraq, ``Cəhənnəmden Keçmiş Mələk`` əsərinin sadaladığım əsərlərdən heç bir eksiyinin olmadığını, ədəbiyatın bütün standartlarına cavab verdiyini, əsirlər keçsə də, aktual olacağını düşünürəm. Sadəcə Azərbaycanda deyil, İslam coğrafiyasında hər bir qadının mütləq oxuması gərəkən bir əsərdir Bircənin romanı. Eyni zamanda bütün dünya qadınlarının oxuması gərəkən bir romandır. Müselman qadınların çağımızda nə kimi problemlərlə mücadile verdiyimizi anlamaları, bize daha tolerans davranmaları üçün misilsiz bir qaynaqdır. Eyni zamanda yetişkin qızların başucu kitabı olmalıdır bu əsər. Çoxumuzun analarımızın bize ömür boyu vere bilməyəcəyi nəsihetlerdən daha çox ders var bu kitabda. Sadəcə böyük şəhərlərin akula kimi bizi udmasına necə dirənməliyik, qadın olaqar necə özdəyər qazanmalıyıq kimi həyati vacib məsələləri örnəkleri ilə öyrədir, həyatımıza işıq tutur bu roman.
Bircenin geniş ədəbiyat mütaliəsi, öz kültürünə, dilinə, folkloruna, hətda şivəsinə bağlılığı bize nadir bir eser bəxş etmişdir. Bizim de görevimiz bu əsəri dünya miqyasına çıxartmaqdır. Əsər ən azından İngilis diline tərcümə edilmelidir, tanıdılmalıdır. Coğrafiya bu əsərin qədəri olmamalıdır.
Bunu da qeyd etməden yazımı bitirmek istəmirəm. Əsərdə lehcədə işlənen çoxca kəlimələrdən istifadə olunur. Deyəsən, kimse bunu qüsur olaraq bildirmişdi. Əslinde bu yazarın deyil, redaktorun bəlkə də diqqətsiliyi vəya bilərəkdən əksik buraxdığı detaldır. Möterize içinde o kelimelerin ədəbi dildə mənasını da yaza bələrdilər. Amma mən əsla o detallara taxılmadım, onları əsəri anlamam üçün maneə olaraq görmədim, tam tərsi xoşuma geldi. Romanın diline dadlı bir kalorit qatır.
Şeyda NƏSİBLİ
Teref.az