Mirzə Rza Xan İrəvani Şəhzadə Ərfəüddövləni tanıyın- VİDEO/FOTO

29-07-2023, 16:04           
Mirzə Rza Xan İrəvani Şəhzadə Ərfəüddövləni tanıyın- VİDEO/FOTO
Tiflisdə xanım Stasyuleviçin pansionunda rus dilini öyrəndiyim vaxtlar rus dili dərslərinə Vano Əlixanov adlı balaca oğlan da gəzirdi. O, hər dəfə gələndə özü ilə səhər yeməyi, ələlxüsus, şirniyyat gətirərdi və halallıqla öz dostlarına paylayardı. Onu da qeyd edim ki, ən çox hallarda mənimlə bölüşərdi. Bir dəfə mənə o bir neçə konfet verən zaman xanım Stasyuleviçdən dərs alan və nədənsə məndən xoşu gəlməyən bir qız ona dedi: «Tatara məgər konfetlər vermək olarmı?..»
Balaca Vano ona tamamilə ciddi şəkildə amiranə avazla dedi: «Ona niyə konfetlər verməyim? Nə vaxtsa o, Tiflisdə baş konsul olacaq və Tiflisdə yaşayacaq, şahın anadan olduğu günü qeyd edəcək, fişəngbazlıq təşkil edəcək, məni bu ziyafətə dəvət edəcək və öz növbəsində məni şirniyata qonaq edəcək!»
Təxminən 20 ildən sonra mən yenə də Tiflisə qayıtdım, amma bu dəfə bir baş konsul kimi. İlk dəfə şah əlahəzrətlərinin anadan olduğu günü qeyd edəndə öz məktəb yoldaşım Əlixanovu xatırladım. Əla bir ziyafət təşkil etdim. Vano Əlixanovu yanıma dəvət etdim. Evimin eyvanından fişəngbazlığı göstərərək ona şirniyyat təklif etdim və uşaqlıq illərində peyğəmbərcəsinə söylədiyi sözünü ona xatırlatdım».
Bəs kim idi o "tatar"?
Onun babası Mirzə İbrahim İrəvan xanı Hüseynqulu xan Sərdarın vəziri olub. Rus imperiyası İrəvan xanlığını işğal edəndən sonra ailəsi köçür Təbrizə.
Beləliklə gələcəyin görkəmli dövlət və siyasi xadimi Mirzə Rza xan 1853-cü ildə Təbriz şəhərində Hacı Mirzə Şeyx Həsən İrəvaninin ailəsində dünyaya göz açır.
Şəhzadə Ərfəüddövlə kimi tanınan Mirzə Rza Xan İrəvani Nasirəddin şah Qacarın general-adyutantı, Qajar dövlətinin Rusiya və Osmanlı imperiyalarına elçisi olub.
Mirzə Rza xan 1899-cu ildə Niderlandın Haaqa səhərində keçirilmiş Birinci Beynəlxalq Sülh Konfransının Qacar dövlətini təmsil edən ilk nümayəndəsi kimi iştirakcısı olmuş, orada müharibələrin dinc yolla həlli üçün müharibə qanunları və adətləri haqqında bir sıra beynəlxalq konvensiyaların, bəyannamənin qəbul olunmasından təsirlənərək "Məsnəviyi-sülh" poemasını qələmə almış, həmin poemanı konfransda fransız dilində oxumuşdur.
Mirzə Rza xanın mülklərini Gürcüstanda və Monakoda ziyarət edə bilərsiniz.
Talea Yahyayeva

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.