TÜRK BAYRAĞI VƏ GEYİMİNDƏN QORXAN İNGİLİSLƏR

31-07-2023, 14:24           
TÜRK BAYRAĞI VƏ GEYİMİNDƏN QORXAN İNGİLİSLƏR
Səfəvi İmperiyasının başçısı II Şah Abbas (1642-1666) dünyada ad çıxarmış sərkərdə idi, qonşu Rusiya, Osmanlı və Moğollara qarşı bütün döyüşlərdə zəfər çalıb, Səfəvini Şərqin hegemonu etdi hətta Somali və İndoneziyaya gəmiylə səfərlər etdiyi məlumdur.
1640-cı illərdə Hindistanda krallığa çevrilən talançı Ost-Hind (ingilis şirkəti) ərtafındakı dövlətlərə basqın edirdi. Bundan zərər görən Mrauq-Arakan dövləti (indiki Banqladeş və Myanmarın sahilyanı ərazisində) bir-çox ölkələrə kömək məktubu yazar və bircə Səfəvi İmperiyasından müsbət cavab alar, Şah II Abbas onlara kömək edəcəyinə söz verər. Artıq ingilislər orda bir-neçə dəfə qətliamlar etmiş və xeyli mallar daşımışdı. Mrauq-Arakan sakinləri top-tüfəng filan gözlədiyi halda Səfəvi elçisi onlara çoxlu bayraq və Səfəvi ordusuna aid geyimlər (həmçinin atlara, fillərə aid) verər. Məqsəd bu idiki, onu geyinən və bayraq tutan Mrauq döyüşçülərini uzaqdan görən Ost-Hind döyüşçüləri orada Səfəvi qoşununun olduğunu zənn edəcək və belə də oldu. Həmən hadisədən sonra artıq ingilislər ölkəyə toxunmadı hətta Mrauq-Arakan dövləti Səfəvi İmperiyasından asılı olmaq istəsə belə Şah II Abbas bu təklifə rədd cavabı vermişdir.
Elman Həsənli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.