Surəti söyən iki təbəqə: səmimi elçibəyçilər və Elçibəy ideyaları ilə alver edənlər…

4-08-2023, 00:09           
Surəti söyən iki təbəqə: səmimi elçibəyçilər və Elçibəy ideyaları ilə alver edənlər…
Dünya səviyyəli siyasətçiləri tədqiq edəndə belə bir nəticəyə gəlmişəm ki, bu sahədə dəqiq elmlərin nümayəndələri daha böyük uğurlarla imza atırlar. Çünki siyasət həm də dəqiq və rasional yanaşmanı sevir. Belədirsə, gəlin biz də siyasətə dəqiq hesablamalar kontekstindən yanaşaq.
Bəllidir ki, Surət Hüseynov Elçibəy hakimiyyətini devirib. Bundan sonrakı proseslərdə hakimiyyətə Heydər Əliyev gəldi. Məntiqlə, Elçibəyin devrilməsini istəməyənlər, həm də Heydər Əkiyevin hakimiyyətə gəlişinə razı olmayanlardı.
Ancaq, maraqlıdır ki, hazırda Surət Hüseynovu ən sərt söyənlərin sırasında Elçibəy ideyaları ilə alver edib, bu hakimiyyətdə olmazın imtiyazlarını qazanan insanlara daha çox rast gəlirik.
Onda dəqiq hesablamalar bunu deməyə əsas verir ki, bu adamların hakimiyyətlə əməkdaşlığı imitasiya xarakterlidir, üzdə onunla barışsalar da, ürəklərində hakimiyyətə nifrət edirlər və istənilən vaxt ona zərbə vurmağa hazırdılar. Bu hakimiyyət belələrindən xüsusilə ehtiyatlı olmalıdır.
Ölünü söyən heç bir təbəqəni təqdir etmirəm. Ancaq səmimi Elçibəyçilərin hissləri ilə siyasi dəllaların etirazlarını qətiyyən bir tərəziyə qoymuram!
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.