Cənazə namazı qılınmayan, yası tutulmayan Səlcuqlu sultanı...

3-08-2023, 19:36           
Cənazə namazı qılınmayan, yası tutulmayan Səlcuqlu sultanı...
Tarixdə ölümü gizlədilən hökmdarlar çox olub. Onlardan bəzisinin ölümü müəyyən siyasi səbəblərə görə gizlədilib. Belə hökmdarlardan biri də Səlcuqlu Sultanı Məlikşah (1072-1092) olub. Taxta çıxdığında 18, öldüyündə isə 38 yaşında idi.
1092 ci ildə Sultan Məlikşah Bağdad səfəri sırasında yolda təşkil etdiyi şənlikdə yediyi ov ətindən zəhərlənərək vəfat edib. Sultanın necə öldüyündən çox, necə dəfn edildiyi daha maraqlıdır.
Belə ki, Tərkən xatun Məlikşahla evləndiyi ( bu evlilik 1066-1072 ci illər arasında olub) tarixdən etibarən Səlcuqlu dövlət sistemində güclü fiqur halına gəldi. Tərkan xatun taxta azyaşlı oğlu Mahmudu çıxartmaq üçün bir sıra tədbirlərə əl atdı. Əvvəlcə Məlikşahın ölümünü ordudan gizlətdi, daha sonra isə Sultanın nəşini gizlincə cənazə namazı qılmadan sahibsiz kimi Şuniziyyədə dəfn etdirdi.
Bu hadisəni tarixçi İbn əl- Əsir belə təsvir edir:
"Məlikşah kimi bir sultanın cənazə namazının qılınmadığı və arxasından heç kimin yas tutub ağlamadığı başqa bir Səlcuqlu sultanı nə görüldü, nə eşidildi".
Tarixin ən böyük hökmdarını, İslam adına ən çox mübarizə aparan, bu səbəbdən " Cəlaləddin" titulu daşıyan sultanını cənazə namazı qılmadan sahibsiz kimi gizlincə dəfn edərək bütün şöhrət və cəlalını yox etdilər.
Məlikşahın böyük oğlu Börkyaruq sultan olduqdan sonra atasının nəşini İsfahana gətirib adına tikilən Mədrəsəyi- Cəlaliyyədə basdırmışdı.
Tomris Xatun
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.