Şahmərdan Cəfərov-66

13-08-2023, 00:13           
Şahmərdan Cəfərov-66
Bu bizik.?!
Salam Komandir !
"Qəhrəmanlar ölmür, onlar unudulanda ölürlər "-deyirlər...və zaman keçdikçə bu qəhrəmanlar öz xalqının azadlıq simvoluna çevrilirlər. Təbii ki, onlar öz qəhrəman adlarıını öz xalqının azadlığı uğrunda mübarizə apararaq qazananlardır. Amma təəssüflə deməliyəm ki, Azərbaycanın uzaq və yaxın tarixində azadlıq uğrunda canından keçən elə qəhrəmanlarımız var ki, rejim xüsusi siyasəti nəticəsində həmin qəhrəmanları qəsdən, unutdurmağa çalışıb...İnanmırsız ?!

Qoy onda deyim ki, belə qəhrəmanlardan biri bu gün doğum günü olan 36 yaşında öldürülən istiqlalçı millət vəkilidir. Özü də Naxçıvanda Şərur özünümüdafiə batalyonunun komandanı, Azərbaycan Xalq və Sərhəd hərəkatının tanınmış üzvü, üelçibəyin ən yaxın silahdaşı olub. Bu insan Naxçıvanın xilaskarlarından birinə çevrilmiş komandan Şahmərdan Cəfərovdur.
Ona hərəkatımızın "Şahı" da deyirdilər. O, buna sevinir və özünü Elçibəyin silahdaşı hesab edirdi. O vaxt hamı bilirdi ki, Şahmərdan Elçibəyi həmişə özünə ideal sayıb, onun yolunda canından keçməyə hazır olan şəxs olub.
Və deyərdim ki, elə bu dostluq da onun ölümünü tezləşdirib. Təsəvvür edin ki, Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biri olan Şahmərdan bəy Əbülfəz Elçibəylə görüşdən 2 gün sonra vurulub. Hətta deyilənə görə onu vuran şəxs Culfa polisindən olan Qurban Qurbanov olub.

Yaşasaydı bu il 66 yaşı olacaqdı ...Amma 36 il yaşadı Qoymadılar...
H.Əlievlə soyuqluq isə əgər xatırlayırsızsa, Şahmərdanın Sədərək kəndi üçün mühüm əhəmiyyət kəsb edən Miltəpə postunun geri alınması planına qarşı çıxmasından sonra başlanmışdı.. Daha sonra isə İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublika Daxili İşlər naziri təyin edəndə Şahmərdan bu qərarı dəstəkləmişdi. Bu isə Heydər Əliyevin istəyinə qarşı olmaq deməkdi...H.Əliyev beləşeyləri heç kimə bağışlamırdı...
O, Naxçıvanın, Qarabağın- Azərbaycanın müdafiəsi, müstəqilliyi üçün gecəsini gündüzünə qataraq bütün varlığı ilə savaşıb.
Ölümündən illər ötməsinə baxmayaq, indinin özündə də Naxçıvanda hamı onu hörmətlə yad edirlər. Siyasi dünya görüşündən asılı olmayaraq, sanki hər kəs özünü ona borclu sayır.

Mənim yaddaşımda isə Şahmərdan Cəfərov əzəmətli görünüşü, haqqı bağıran səsi ilə, sərt görünən üzü və o üzün arxasındakı yumşaq və təmiz ürəyi ilə qalıb və qalacaq .

Unutmayaq!!
Ruhu qarşısında təzimlə Baba Allahnəzərov
Terefg.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.