Rusiyaya nəyi xatırlatmalıyıq?..
21-08-2023, 14:28
BMT TŞ-dakı müzakirələr də atıq arxada qaldı. İndi Rusiyanın ermənipərəst mənbələri məyusluqla yazırlar ki, guya BMT TŞ Laçın dəhlizindəki vəziyyəti qiymətləndirə bilmədi. Guya ki, Azərbaycan 250 gündür, Dağlıq Qarabağı blokadada saxlayır! Amma BMT TŞ –nın bu məsələ ilə bağlı hər hansı qərar və ya sənəd qəbul etməməsi bir daha onu göstərdi ki, yalan ayaq tutar, amma yeriməz.
Odur ki, ermənilər özlərinə yer tapa bilmirlər, çünki İkinci Qarabağ savaşında "erməni hərbi gücü” haqqındakı mif dağıldığı kimi, indi də "erməni diplomatiyası”, "hər şeyə qadir erməni lobbisi” haqqındakı mif də dağıldı.
Odur ki, qoy, vurnuxsunlar, özlərini oda-közə vursunlar. Bəlkə indi bizim bu otuz ildə nə çəkdiyimizi anlayarlar. Halbuki bizim vəziyyətimiz diametral dərəcədə əks idi – son otuz ildə biz haqlı olduğumuz halda BMT-dən və böyük dövlətlərdən haqqımızı ala bilmirdik, Ermənistan isə TŞ-dan öz yalanının təsdiqini ala bilmədi! Nə demək olar? Bunun özü də böyük nəticədir – BMT TŞ heç də həmişə haqqı təsdiq edə bilməsə də, yalanın tərəfini də tutmadı. Bir daha deyirik ki, bunun özü də böyük nəticədir...
Bəs bundan sonra nə olacaq? Ekspertlər, daha çox da hərbi ekspertlər belə hesab edirlər ki, növbəti anti-terror əməliyyatı labüddür. Əlbəttə, bu cür yanaşmaları inkar etmək olmaz. Xüsusən də nəzərə almalıyıq ki, TŞ bizim haqlı hərəkətlərimizə hər hansı irad bildirmədi. Ona görə ki, hamı bilir ki, Azərabcyan keçmiş Dağlıq Qarabağa qarşı heç bir blokada-filan tətbiq etməyib, bir yolun, marşrutun əvəzində bir neçəsini təklif edidbdir. İrəvan isə "Laşın dəhlizi!” deyib durubdur. Özü də hər hansı keçid məntəqəsi-filanı olmayan Laçın dəhlizi!
Sual olunur: axı niyə görə Laçın dəhlizi? Onlar niyə görə başqa marşrutlardan istifadə edə bilməzlər? Öz ərazisinə girişi-çıxışı müəyyən etmək kimin hüququdur? Bunu Azərbaycan etməlidir, yoxsa onun əvəzində Ermənistan? Ümumiyyətlə, dünyada bir dövlətin ərazisindən başqa birisinə xüsusi güriş-çıxış olmadan daxil olmaq mümkündürmü? Biz dəfələrlə bu məqamı qeyd etmişik və bir daha bildiririk ki, bəlkə də Avropa ölkələri arasında belə bir praktika var, amma Cənubi Qafqaz hələ Avropa demək deyil. Sual olunur: Bəs niyə Azərbaycan vətəndaşları, bizim yük daşıyan nəqliyyatımız Ermənistandan keçib Naxçıvana gedə bilmirlər? Axı İrəvanın "məntiq”inə görə bunun üçün hər hansı icazə-filan, xüsusi prosedur olmamalıdır! Bəs onda niyə bizim üçün bu imkanı yaratmırlar?..
Məsələ də elə bundadır ki, BMT -də artıq bu məqamlardan xəbərdardırlar və daha bir erməni yalanı əsasında qərar qəbul etmək niyyətində deyillər.
O ki qaldı bundan sonra hərbi əməliyyatların başlanıb-başlanmayacağına, biz artıq ilgəyi separatçıların boynuna keçirtmişik, amma onu qəfil çəkməyə tələsmək lazım deyil. Ona görə ki, burada Rusiya amili də var. İkinci Qarabağ savaşında biz əlbəttə, ilk növbədə şanlı ordumuzun sayəsində qalib gəldik. Amma burada bir məqam da vardı: Rusiya loyallıq nümayiş etdirməsəydi bizim üçün çətin olardı, ən azı proses uzanardı.
Amma Kreml nisbi loyallıq nümayiş etdirdi və bizə işğal altında olan ərazilərimizin böyük hissəsini qaytarmağa mane olmadı. Məhz bu detalı ermənilər ruslara hələ də bağışlaya bilmirlər –ona görə ki, bu otuz ildə onlar Rusiyadan yalnız dəstək görmüşdülər. Bunları niyə görə deyirik?
Rusiyanı özümüzdən incik salmağa tələsməməliyik. Arabir ona aramızdakı geosiyasi konsensusu da xatılatmalaıyıq: biz sözümüzün üstündə dayanmışıq, NATO-ya, Avropa İttifaqına doğru getmirik, amma Rusiya da bizim maraqlarımızı nəzərə almalıdır...
Hüseynbala Səlimov