Batin alimi yazır: İndiki Əl-Aksa məscidi əsl Əl-Aksa deyil!
30-10-2023, 10:04
Müasir möminlər Əl-Aksanın, yəni uzaqdakı məscidin nə və harda olduğunu anlamadan bir-birlərini qırırlar. Bu həqiqətən cəhalətdir və buna görə sufilər yaşadığımız dövrü "cahiliyyə" dövrü adlandırıblar.
İlk İlahi varlıqların, yəni Azəri xudaların sufi məntiqində Əl-Aksa - "Xaos eli" və ya "Oğuz eli" deməkdir. Bu rəmz altında onlar, Taş Oğuz göylərində yaradılmış İç Oğuz elini, yəni cənnəti nəzərdə tuturdular. Mən, "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqaləmdə bu cənnətin yaradılma üsulu haqda yazmışam (sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Əsl Əl-Aksa məscidinin yerdəki obrazı isə Xaldeyada, yəni Xelatda Türk pirlərinin (Eloxim) tikdiyi Babil qülləsidir. Azərbaycanda tikilmiş Süleyman peyğəmbərin bu qızıl qülləsi axirətdə açılacaq və bu açılış, dünyanın Allahla bağlı bütün suallarına cavab olacaq. Bütün bunlar haqda mən kitab və məqalələrimdə çox yazmışam (məqalə:
"Тайна метафизического золотого храма царя Соломона", sayt: https://firudin.blogspot.com/2023/09/blog-post_19.html?m=1). Müasir alimlərin dərindən düşünmə qabiliyyəti olmadığından, onlar yazdıqlarıma münasibət bildirmirlər. Lakin zamanında Allahın bu "qapısı" açılacaq və hər şey hamıya aydın olacaq. Buna heç kimin şübhəsi olmasın. Çünki, Allahın axirətdə işi, Əzəl yazıda yazdıqlarını həyata keçirməkdən ibarətdir .
Firudin Gilar Bəg
30.10.2023