Tarixin açılmayan səhifələri: Osmanlı Sultanı Qızılbaş Şahı Hüseynə nə üçün təşəkkürnamə göndərdi?
15-11-2023, 09:34
1696-cı ildə Osmanlı İmperiyasının Avstriya və Rusiya ilə mübarizəyə başının qarışdığından istifadə edən Bəsrədəki Huveyzə tayfası üsyan edərək, şəhəri işğal etdi. Osmanlı imperiyasının bu çətin vəziyyətində Səfəvilər köməyə gəldi və Şah Hüseyn Bəsrəni bu tayfanın əlindən alaraq açarları Rüstəm xan adlı səfiri ilə Ədirnədə olan Sultan Mustafa II-yə göndərdi. Bu qaragün dostluğu böyük məmnuniyyətlə qarşılandı və səfir qonaqpərvərliklə və təriflərlə qarşılandı. Bundan əlavə, Rüstəm xan geri qayıdarkən bəylərbəyi rütbəli keçmiş Rəis-ül Küttab mühasib Mehmet bəy, şaha minnətdarlığını bildirən məktubla səfir təyin edilmiş, ağır hədiyyələr birlikdə Səfəvi hökmdarının yanına göndərilmişdir. P.S. Gördüyümüz kimi Osmanlı-Səfəvi münasibətlərində bu cür gözəl hallar da baş vermişdi. Qızılbaş şahları həmişəki kimi özlərini ən gözəl şəkildə göstərmiş oldular. İstinad: İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi, C. 3, Ankara, 1995, s. 250. Cihat Aydoğmuşoğlu, Safevi Devleti, İstanbul, 2022, s. 135. Məmmədtağıbəy Nağıbəyov Milli Kimlik