Şeyx Səfyə "türk piri" deyən Sədi Şirazi, onun sözlərindən sonra ağladı. Səbəb isə..

23-11-2023, 07:09           
Şeyx Səfyə "türk piri" deyən Sədi Şirazi, onun sözlərindən sonra ağladı. Səbəb isə..
Ömrünün gənclik illərində kamil bir mürşid axtarışında olan Səfiəddin bu niyyətlə Şiraz şəhərinə gedərək məşhur sufi şeyxi, görkəmli Azərbaycan alimi Şihabəddin Şührəvərdinin (1145-1234) şagirdi olan Şeyx Nəcibəddin Bozğuşu (o da Azərbaycan türküdür) görmək istəmiş, lakin ora çatan zaman Şeyxin ölüm xəbərini eşidərək çox məyus olmuşdur.
Maraqlıdır ki, İbn Bəzzazın yazdığına görə, Səfiəddin Şiraz şəhərində olarkən məşhur fars şairi Sədi Şirazi ilə (öl. 1292) görüşür və onunla söhbət edir. Səfiəddini <«türk piri» adlandıran Sədi Şirazi şeirlər divanının öz əli ilə yazdığı bir nüsxəsini ona bağışlamaq istəyir, lakin...
Oxuyuruq:
? "Pəs vida səbəbi ilən anun hüzurinə vardı. Şeyx Sədi öz əshabinə dedi: «Bu türk piri səfərə varur, təbərrüklər ilən hədiyyələr həzrətinə isar etmək vacibdür». Hər kimsə kəpənəkdən, papuşdan, yolun azuqindən və hər nəstə kim təriqə gərəklüdür, həzrətinə hazır etdilər. Həzrət Şeyx çün ol halı gördi, qamusın iyəsilərinə bağışladı və yüzini anlardan çevirüb, heç nəstə qəbul etmədi. Şeyx Sə'di çün bu halı gördi, dedi:
«Ey pir, çün bunları qəbul eyləməzsən, mənüm əş ar divanum ki, öz xəttüm ilən yazmışam, qəbul eylə ki, yolda yoldaşun olsun». Həzrət Şeyx buyurdi:
«Tanrınun divanından könlüm ol qədər doludur kim, özgənün divanı anda sığmaz və sənün divanun ilən Tanrıya yetmək olmaz. Şeyx Sə'di çün bu sözi andan eşitdi, bir saət başını aşağa salub, andan sonra baş qaldurub der idi: «Könlüm ol qədər Tanrınun divanından doludur kim, sənün divanundan bizarəm. Bu sözi təkrar eyləyüb, əllərin başına urub ağlar.
? İstinad: Şeyx Səfi təzkirəsi («Səfvətüs-səfа»nın XVI-cı əsr türk tərcüməsi).
P.S. Gördüyünüz kimi, Sədi Şirazinin də Şeyx Səfiyə müraciətən "türk piri" ifadəsindən istifadə etməsi bir çox şübhəli suallara cavab verməkdədir.
Milli Kimlik
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.