MƏN YƏHUDİYƏMMİ?

24-11-2023, 11:57           
MƏN YƏHUDİYƏMMİ?
Sadəlik yeni fizika qanunların tapılmasında məhək daşıdır.
Əgər o qanunlar zərifdirsə demək ki, doğru yoldasınız…
–Kip Torn
Qravitasiya dalğalarının eksperimental kəşfinə görə 2017-ci il Fizika üzrə Nobel Mükafatı laureatı Kip Tornun (Thorne) bu sözləri sadəlik və zərifliyin fizikada vacib keyfiyyətlər olduğunu göstərir. Görkəmli amerikalı fizik hesab edir ki, əgər təklif olunan yeni qanun və ya nəzəriyyə həddindən artıq mürəkkəbdirsə, o, güman ki, düzgün ya da əsaslı deyil. Əksinə, qanun sadədirsə onun reallığı əks etdirmə ehtimalı daha yüksəkdir.
Bu fikrin köklərini Elm tarixində – ən fundamental kəşflərin mövcud nəzəriyyələrin sadələşdirilməsi yolu ilə edildiyində görmək mümkündür. Məs., Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi İsaak Nyutonun cazibə nəzəriyyəsinin əhəmiyyətli dərəcədə sadələşdirilməsi deyilmi? Və ya Ceyms Maksvellin elektromaqnetizm nəzəriyyəsi elektrik və maqnetizm qanunlarını birləşdirilməsi və sadələşdirilməsidir.
Elmdə sadəliyin dəyərli olduğunu göstərən bir neçə səbəb var.
Birincisi, sadə nəzəriyyələri başa düşmək və onu yaymaq daha asandır. Bu, onların Elm Dünyası tərəfindən qəbul görməsi və qalıcı təsir göstərməsi ehtimalını artırır.
İkincisi, sadə nəzəriyyələrin doğru olma ehtimalı daha yüksəkdir. Bunun səbəbi onların daha az fərziyyə və parametrlərə malik olmasıdır, yəni onların səhv olma ehtimalı azdır.
Təbii ki, sadəlik elmi nəzəriyyəni qiymətləndirmək üçün yeganə meyar deyil. Nəzəriyyə həm də geniş data spektrini izah etməli və dəqiq proqnozlar verməyi bacarmalıdır. Lakin sadəlik önəmli xüsusdur və çox vaxt nəzəriyyənin düzgün yolda olduğuna işarədir...
***
Namizədlik dissertasiyamın müdafiəsində opponentim məşhur riyaziyyatçı, SSRİ EA-nın müxbir üzvü, prof. Y.A. Bueviç (Ю.А.Буевич) idi. Sonralar ABŞ-a köçüb NASA ilə əməkdaşlıq etmiş, Kaliforniya Universitetində dərs deyirdi.
Müdafiə zamanı verilən suallardan birinə çox qarma-qarışıq, amma doğru cavab vermişdim.
Səsvermə bitəndən sonra yaxınlaşıb “Yoxsa sən də mənim kimi yəhudisən?” deyə sual verdi. . Özümü itirib, “Xeyr, bunu hardan çıxardınız?” deyə “köntöy” bir cavab verdim.
Opponentim heç vaxt unutmayacağım bir izah verdi öz sualına:
“Bax, oğul, təəssüf ki, elmi ideyaları, yeni kəşfləri anlaşılmaz edən, onun qavranmasını çətinə salan əsasən yəhudi alimlərdir. Onlar elə bilirlər ki, çətin düsturlar, mürəkkəb çıxarış və qrafiklərlə gördükləri işi daha qiymətli edirlər. Amma bu belə deyil, Elm sadəliyi sevir, çünki ancaq belə olan təqdirdə onu yaymaq, izah etmək daha asandır” dedi və əlavə etdi: “Verilən sualı sadə cümlələrlə izah etməli idin, axı sən yəhudi deyilsən”…
https://t.me/ibrahim_nebioglu
İbrahim Nəbioğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.