Sizi deyirəm ey MED...İ...A Əhmədin jurnalistləri ... - Aydın Can yazır...

29-11-2023, 17:48           
Sizi deyirəm ey MED...İ...A Əhmədin jurnalistləri ... - Aydın Can yazır...
GünAYDIN, Vətənim!
BUnu M.V. Lomonosov (xahiş də edirəm sınıq (lomannıy) və ya lom(aoxşar)burunov kimi oxumayasınız - vərdiş etmişik axı hər şeyi öz dilimizə çevirməyə) adına MDU-da 40 il jurnalistika fakültəsinin dekanı olmuş Yasen Zasurskinin tələbələri bilməyib,
4 illik MED...İ...A Əhmədin jurnalistləri hardan bilsin BUnu?
DEMƏLİ...
1997-ci ildə "Nezavisimaya qazeta"nın baş redaktoru Vladimir Tretyakova (allah ondan razı olsun, çap etmədiyi yazıma görə götürdü mənə "NQ"-nin stajoru vəsiqəsini verdi tələbə yoldaşım Mehman Qaffarlının təklifi ilə) MDU jurfakının tələbələri əməlli təpinmişdilər - öz aləmlərində. Bu Vladimir Tretyakov da bizim rəhmətlik dekanımız Tofiq Rüstəmov kimi, o qədər abırlı adam idi ki, səsinin tonun bir az qaldırsan, tər götürəcəkdi onu qarşısındakının tərbiyəsiz olmağına görə, sanki o günahkar idi adamın tərbiyəsiz olmağında.
Əlqərəz, Vladimir Tretyakov bu "qaşqaldaq"ların yazdığını oxuyub, oturub bir neçə cümləlik cavab yazıb:
"Hörmətli jurfak tələbələri! Sizin yazdığınızı oxudum və Sizin hesab etdiyiniz kimi, sizi küçümsəmədim. Hətta istədim ki, izahat da verim
Amma və lakin... gördüm ki, siz hələ gəlib o mərhələyə çatmayıbsınız və bilmirsiniz ki, məni ittiham etdiyiniz yazınızın janrından asılı olaraq, yazıya heç vaxt birinci şəxsin təkində başlamaq olmaz, yəni "Mən"...lə başlanılmaz BU yazı.
Elementar janr tələblərini hələ öyrənə bilməyənlərin redaktorluq işində kimisə ittiham etmələri absurddur. Hörmətlə, gələcəkdə Sizləri qəzetimizdə işləməyə layiq jurnalist kimi gözləyən Vladimir Tretyakov".
Anlada bildim?
"Bildiniz nə deyirəm?" (Allah Şirməmməd Hüseynova rəhmət eləsin!)
Ümumiyyətlə, "deyə bildimmi?" (Allah Azad Mirzəcanzadəyə rəhmət eləsin!)
(Allah mənə də can sağlığı, uzun ömür və səbr versin! Ki... belə bilgiləri-faktları-olayları çatdırım, həm bilmədiklərimi öyrənim, həm də bilməyənlərə öyrədim! (istəsəniz, "amin" deyə bilərsiniz))
Aydın Can
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.