Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru Sənubər Eyyubova

2-12-2023, 15:44           
Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru Sənubər Eyyubova
Sənubər Əyyubova 1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində anadan olub. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir və 1924-cü ildə Sənubər daha 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirir.
İnstitutu bitirdikdən sonra onu təyinatla Qubaya göndərirlər. Sənubər Əyyubova burada dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edir. Seminariyanı bitirən qızlar ölkənin müxtəlif yerlərinə müəllim işləməyə göndərilirdilər. Sənubər xanımın səyi ilə Qubada qadınlar klubu da açılır. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdı Bakıya gəlir. Burada isə maarif komissarlığında şöbə müdiri olur. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir.
1937-ci ilin yayında pedaqoji institutun tələbələri üçün Şuşada təkmilləşdirmə kursları təşkil edilir. Sənubər xanım da uşaqlarını götürüb Şuşaya gedir. Və bir neçə gündən sonra Sənubər xanım həbs olunur. Həyat yoldaşının da həbs olunduğunu həbsxanada öyrənir. Sənubər xanıma çoxlu işgəncələr versələr də, heç bir qondarma ittihamı ona qəbul etdirə bilmirdilər. SSRİ XDİK-nın 29 may 1938-ci il qərarına əsasən “xalq düşməninin arvadı” kimi Qazaxıstana sürgün olunur. Burada o Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə məhkum edilir.
1947-ci ildə sürügündən qayıdır. Bəraət alana qədər Kürdəmirdə, Şamaxıda baytar həkimi kimi işləyir. Övladlarının hər ikisinə ali təhsil verir. 1956-cı ildə bir çox günahsız repressiya olunmuş şəxslər kimi ona və ərinə də bəraət verilir. Bakıda yaşamaq hüququ bərpa edilir. Və o Bakıya qayıdaraq pedaqoji fəaliyyətinə davam edir. Bir müddər BDU-nin prorektoru vəzifəsində də çalışıb. 1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib. 1970-ci ildə, 65 yaşında dünyasını dəyişib.
Ailəsi:
Sarı Şəmistan Sənubər Eyyubovanın əmisi oğludur.
1928-cı ildə Qubanın prokuroru Mehdi Məhərrəmovla ailə qurub. Bakıya qayıtdıqdan sonra Mehdi Məhərrəmov Respublika prokurorunun müavini kimi fəaliyyət göstərir. Mehdi Məhərrəmov 1937-ci ildə həbs olunaraq güllələnir. Bu evlilikdən Alanqo adlı qızları və Çingiz adlı oğulları olub.
Allah rəhmət eləsin
Sevinc Alxas Abdulla ·
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.