Osmanlı - Rusiya birliyi Səfəvilərə qarşı...

25-01-2024, 09:14           
Osmanlı - Rusiya birliyi Səfəvilərə qarşı...
Osmanlı Sultanı 3 cü Əhmədin və Rusiya çarı 1 ci Pyotrın əmrinə əsasən 1723 cü ildə Osmanlı və Rus orduları Səfəvi dövlətinə qarşı hərbi əməliyyata başlayırlar. Az bir vaxt ərzində rus ordusu Bakı və Dərbənd qalaları daxil olmaqla Xəzərboyu ərazini, Osmanlı ordusu isə Səfəvi dövləti ilə Osmanlı imperiyasının sərhədlərində nisbətən zəif cəbhə olan Çıldır və Qars əyalətlərindən Səfəvi dövlətinin torpaqlarına girərək Tiflis və Qori qalaları daxil olmaqla Tiflis əyalətini və Borçalı torpaqlarını ələ keçirirlər.
Qarşı - qarşıya gələn iki imperiyadan birinin mühüm strateji ərazi olan Qafqaza - Avropa və Asiyanın intensiv ticarət əlaqələrini təmin edən ən qədim " ipək yolu" na nəzarətdən məhrum etmək, nəticə etibari ilə də Avrasiya regionunun böyük bir hissəsində geosiyasətin həmin dövlətlərin maraqları üzərində qurulmasının qarşısının alınması məqsədilə, Avropa ölkələrin münaqişəninn siyasi həllinə girişirlər. Nəticə 1723-1724 cü illər Azərbaycan Torpaqlarının Osmanlı və Rusiya arasında bölüşdürülməsi qənaətinə gəlinir. 1724 cü ildə imzalanan müqavilə ilə razılaşmayan Şah 2 ci Təhmasib təəssüf ki, Şimaldan rus, qərbdən Osmanlı və şərqdən Əfqan hücumlarına tab gətirə bilmir.
İtirilən torpaqların əksəriyyəti isə Osmanlı imperiyasının nəzarətinə keçir.
Itirilən ərazilərdən biri də Gəncə - Qarabağ bəylərbəyliyi idi. Ərazinin müfəssəl dəftəri, hansındakı ərazinin işğal sonrası coğrafi bölgüsü və s var. Oxumaq istəyənlərə əvvəldən deyim. Material kiril əlifbası ilə yazılıb.
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (2000) pdf: https://www.avetruthbooks.com/.../gence-qarabag...
Nasibli Gulnar
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.