Tarixdə Azərbaycan qadınları - Fətəli şahın sevdiyi Tavus xatun
Bu gün, 10:04

Qacar dövlətinin şahı və Ağa Məhəmməd Şah qacarın varisi olan Fəthəli Şah Qacarın bir neçə həyat yoldaşı olub. Onlardan biri də Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın bibisi Ağabəyim ağa idi.
Lakin şahın sevimli xanımı Tavus xanım “Tacüddövlə” ləqəbi almış vaxtının çoxunu da elm, xətt, sənətlə keçiridi. 15 yaşında Şah ilə ailə quran Tavus xanım İsfahanda anadan olub və gözəlliyi ilə saray xanımları arasında seçilirdi.
Fəthəli şah onun üçün, Çeşmə adlanan xüsusi saray tikdirmişdi. Tavus xanım da bu sarayı elm-irfan sahiblərinin məkanına çevirmişdi. Sarayda yerləşən Xurşid-Gübəş taxtı adlanan taxt, şahla evlilikdən sonra Tavus taxtı adını almışdı. Bu saraydan başqa qadın sənət və elm adamları ilə davamlı məclislər keçirdiyi başqa bir saray da tikdirmişdi. Bu saraya Tacüddövlə sarayı adlanırdı.
Belə ki, hər il Novruz bayramından sonrakı 13 gün boyunca bu sarayda dövlət, elm, fikir, sənət adamları toplanır, məclislər təşkil edilirdi.
Qeyd edim ki, Tavus xanım Şahın birinci xanımı olmasına baxmayaraq İbrahimxəlil xanın qızı Ağabəyimə xüsusi sevgi göstərirdi. Tavus xanım otağa daxil olanda oradakı digər hərəmlər ayağa qalxar və ona ehtiram nümayiş etdirərdilər. O, isə Ağabəyim ağaya qarşı belə ehtiram nümayiş etdirirdi. Ağabəyim xanımın daxil olduğunu görəndə Tavus xanım dərhal ayağa qalxar və ona ehtiramını göstərərdi.
Qeyd edim ki, Fəthəli şah səfərdə olanda ona yazdıqları məktubları ilə ona böyük dəstək verirdi. Ərinin vəfatından sonra həyatının tamamını elmə, şeirə və ibadətə sərf edən Tavus xanım bir neçə dəfə həccə getmiş, həyatının sonlarında isə Nəcəfdə yaşamışdır.
1881-ci ildə rəhmətə gedib və Qəbri də Nəcəfdə İmam Əli məqbərəsinin olduğu yerə yaxındır
Prof.Dr.Zaur Aliyev
TEREF