Meydan hərəkətinin patologiyası üzərinə hörmətli Sabir Rustemxanli ilə söhbətləşməmin davamı 9-cu bölüm
11-08-2017, 07:20
Meydan hərəkətinin patologiyası üzərinə
hörmətli Sabir Rustemxanli ilə söhbətləşməmin davamı
**************************************
Keçən yüzil türk millətinin yazqısı açısından çox önəmli olmuşdur. Birinci Dünya Savaşı ilə Türklərin Anadoludakı varlıqları təhdidlə qarşılaşmışdı. Lakin Rusiyadakı oktyabr inqilabı türklər üçün göydən düşmə fürsət olaraq tarixə girdi. Çünkü Çar Rusiyasının amacı İstanbulu işğal edərək oranı başkənd etmək idi. Böyük Pyotrdan qalan vəsiyyət idi. Borçlar bataqlığına gömülən, sənayeləşmə evrəsi keçirməyən geri qalmış Osmanlının da bu plana qarşı çıxma gücü qalmamışdı. Ruslar İstanbula doğru irəlilərkən Lenin öndərliyində oktyabr iniqlabı gerçəkləşdi. Osmanlı ilə savaş halında olan dünyanın super güclərindən Rusya Atatürkün qurtuluş savaşlarında Türkiyənin müttəfiqi oldu. İdeyaların dəyişməsi dövlətlərin pozisionunu da necə sürətlə dəyişdirirmiş! Ruslar İstanbula girsəydilər ingilizlər gibi yapmazdılar. Milyonlarca rusu İstanbula doldurar və türkləri qətl edərlərdi. Lakin iş tərsinə döndü. Oyktyabr inqilabı necə gerçəkləşdi? Bu qonuda bir sürü araşdırmalar var. Lenini Almanyanın casusu olaraq görənlər də var. Lakin mənə görə Rusyada sosyalist inqilabın gerçəkləşməsinin önəmli səbəbəbkarından biri Mustafa Kamal Atatürk olmuşdur. Bu haqda heç düşünən olmamışdır. Mustafa Kamal Çanaqqalada müttəfiq orduların önünü kəsdi. Mustafa Kamalın Çanaqqala zəfəri bir yandan müttəfiq güclərdə ruh düşkünlüyü yaratdı, bir yandan da müttəfiqlərin Qaradənizə girib Rusyaya hərbi və locistik dəstək sağlamalarını önlədi. Böyləcə rus ordusunda fərar etmələr başladı. Səfalət və yoxsulluq içində savaşdan bezmiş olan rus xalqını və fərari əsgərləri təşkilatlandıran Lenin Çarı devirdi və İstanbulun işğalı ilə bağlı Çarın müttəfiqlərlə gizlin andlaşmasını da 1917-ci ildə ifşa etdi. Yəni sosialist inqilabın bir sürü nədənləri içində Atatürkün Çanaqqalada müttəfiqləri yenməsi də etkili olmuşdur. İşin ilginç yanı Çanaqqalada müttəfiqləri yenən Mustafa Kamal üçün daha sonra sosyalist Rusyanın müttəfiq olması idi. Atatürkün qurtuluş savaşını antiimperyalist olaraq dəyərləndirən Lenin Türkiyəyə silah və altun yardımında bulunurdu.
Rusyadakı inqilab və iç savaşlar üzündən Türk millətinin yazqısında yeni üfüqlər açıldı. Türk ordusu Qafqazlara girdi və Bakıdakı Şaumiyan güclərini yenərək Azərbaycan adında bir dövlətin tarixə girməsinə imkan sağladı. Dövlətlər hərbi güclə qurular. Bu gücü də tarix Anadolu türklərinə sunmuşdu. 1070-ci ildən bəri dünyada türk millətini öncə Səlcuqlar, sonra da Osmanlılar təmsil etmişdilər. Çox təəssüf ki, tək türk kimliyi və mədəniyyəti adı altında dövlətlərimiz qurulmamış və indi də Səlcuqlu, Osmanlı mədəniyyəti deyə bir tək türk mədəniyyəti sinifləndirilməməkdədir. Daha sonrasında da Atatürk Cümhuriyyəti türk millətini dünyada təmsil edəcəkdi.
40 il boyunca Çar Rusiyasının idarəsində bulunan Qars, Iğdır və çevrəsinin Türk ordusu tərəfindən geri alınmasına Lenin qarşı çıxmadı. Böyləcə Türk ordusu İrəvanın doqquz km yaxınlığına qədər irəlilərkən ruslarla deyil, sadəcə ermənilərlə savaşdı. Sonra da Qars andlaşmasıyla bu bölgələr Türkiyəyə buraxıldı. 1946-cı ildə Stalin bu bölgələri geri istəsə də, dünya konjönktürləri Türkiyədən yanaydı. Sırf Stalin təhdidi üzündən Türkiyə NATO-ya daxil olmaq üçün Korə savaşına da əsgər göndərəcəkdi.
Digər yandan çarın devrilişi və mərkəzi iqtidarın çöküşüylə Qafqazda Azərbaycan adında bir türk dövləti tarixə girdi. Bu fürsəti də Azərbaycana, Ermənistana və Gürcüstana sağlayan Lenin rəhbərliyindəki inqilab olmuşdur. Azərbaycan adında dövlət Türk Ordusunun yardımı ilə tarixə girərkən ad qonusunda məsələ yaranmışdır. Bəzi rəvayətlərə görə “Azərbaycan” adını Nəsib Bəy Yusifbəyli təklif etmişdir. Çünkü Qafqaz türkləri qamuoyu Azərbaycan adı ilə tanış deyildilər. Digər bilgilərə görə Türk Ordusu Təbriz Mərkəzli birləşik Azərbaycan Türk dövləti quraraq Türküstanla Anadolu arasındakı əngəli çözmək istəyirdi. Çünkü tam bu sıralar Türk ordusu həm də Təbrizdə idi və orada milli düşüncənin inkişafı üçün təşəbbüslər göstərirdi. Lakin Təbrizdə Şeyx Xiyabani və çevrəsi gibi qarşıda əngəllər vardı. Osmanlı yenilməsəydi Türk Ordusu Bakıda yapdığını Təbrizdə də gerçəkləşdirə bilərdi. İngiltərə ilə Osmanlı arasında imzalanan tərki-savaş müqaviləsinin 11-ci maddəsində Türk Ordularının Təbrizi və Qafqazı tərk etməsi vurqulanırdı.
Türkçülük duyuqu və düşüncələrinin böylə coşqulu olduğu o dövrdə Qafqazda qurulan milli dövlətə daha uyqun və türk kimliyi ilə uyumlu bir ad düşünülməliydi deyə düşünürəm. Bayraqda birinci rəngin çağrışdırdığı kimlik ölkənin adında da açıqca görünsə idi, daha doğru və məntiqli olardı. O zaman hansı ad qoyulsaydı, o ad da tarixə girəcəkdi. Sovetlər zamanında da o ad varlığını sürdürərək müstəqillik dövründə də davam edəcəkdi. Çünkü 1919-ci ildə Lenin-Nərimanov arasındakı görüşdə Qafqaz cumhuriyətləri kommunist partiyaları öz milli və yerəl adları ilə Rusiya bolşevikləri tərəfindən rəsmən tanınmışdı. Nitəkim Qafqaz cümhuriyətləri işğal edildikdən sonra da bu cümhuriyətlərin adlarına toxunulmadı. Ermənistan və Gürcüstan adları bu ölkələrdə yaşayan və çoğunluğu təşkil edən xalqların milli kimlikləri ilə uyum içində ikən, %90-dan çoxunu türklər oluşduran ölkəmizin adı milli türk kimliyimizlə uyum içində olmamışdır və deyildir.
Böyük tatar türkoloq Rafael Muhəmmədin´ə görə 1883-cü ildə Baki-Batum dəmir yolunun açılmasıyla, yəni XIX əsrin ikinci yarısında Qafqaz türk toplumunda yerləşmiş olan rus və fars kültürlərindən başqa türk kültürü də etkin hala gəlir. Məncə də böylə olmuşdur. Özəlliklə Osmanlıdakı İttihad və Tərəqqi Cəmiyyətinin türkçülük düşüncəsi Qafqaz türklərini dərindən etkiləmişdi. Nitəkim M. Hadi gibi öncə İrançı olan və fars mədəniyyətinin keçmişini öyən şairlər İstanbul səfərlərindən sonra tamamən türkçü pozisionda yer aldılar. Ya da H. Cavid gibi böyük filosof şairlər Türkiyədə yetişdi. O dövrün Qafqaz türkləri aydınları indiki “Azərbaycan dili!”ndən fərqli və söz dağarcığı varsıl olan ortaq türkcədə yazmağa özənirdilər. Ulusal dövlətin qurulması yolunda ədəbiyatda və musiqi də möhtəşəm türk milliyətçi duyqu və düşüncələri dalqalanırdı. Osmanlı-türk ordularına edilən dualar ədəbiyata yansıyırdı. Əsərlərini oxurkən heyrətləndiyim könül şairim Cavidin Türk ordusuna yazdığı bir bəndi burada verməyi özümə borc bilirdim:
“Ey böyük Tanrı,
Ey böyük yaradan!
Hər bəladan əsirgə yurdumuzu,
Kamran eylə şanlı ordumuzu.”
Görüldüyü gibi Türk Ordusunu kəndi ordusu olaraq alqılayan aydınlar bir tək millət kimliyi təsvir edirdilər. Bu millətin adını da Türk Milləti olaraq nitələyirdilər. Yalnızca Cavid yaradıcılğında deyil, C. Cabbarlının “Ədirnə fəthi” gibi əsərlərdə də bu ideya açıqca bəyan edilmişdir. Çünkü tarixdə Azərbaycan kültür hövzəsi deyə bir bölgə və tanımlama söz qonusu olmamışdır. Bölgədə türk və fars mədəniyyət hövzələri vardır. Azərbaycan ya türk, ya da fars mədəniyyət hövzəsində yer almalıdır. Ana dilinə görə türk kültür hövzəsinə mənsubdur. Lakin inac biçiminə görə fars kültür hövzəsi də onu cəzb etməkdədir.
Keçən əsrin əvəllərində yayqın olan türk kimlik və kültür hövzəsinə mənsubiyyət duyqusu sovetlər zamanı söndürüldü. Sovetlər zamanı Azərbaycan yazarları Səfəvi Azərbaycan Dövləti deyə bir ideya uydurdular. Bu ideya o qədər yayqınlaşıb dərinləşdi ki, dağdakı bir çobanla 1988-ci ildə meydan hərəkətində danışan şəxslərin bilgiləri səfəvilik qonusunda eyni ölçüdə idi. Nitəkim 1989-cu ildə Ərdəbildə yaşadığımda sərhəddi keçib Ərdəbilə min şövqlə özünü çatdıran Azərbaycan əhalisi Şah İsmayılın qəbrinə sarılıb sevincdən elə ağlaşırdılar ki, heyrət etməmək mümkün olmurdu. Düşünürdük ki, bu əhaliyə Şah İsmayılla bağlı nə söyləmişlər ki, hər kəs eyni həyəcanla ilk onun qəbrini ziyarət edib göz yaşları axıdır? Sonrakı düşüncə həyatımda və araşdırmalarımda bunların səbəbini bir-bir araşdırıb öyrəndim. Şeir və musiqiylə estetizə edilərək xalqın biliçnaltına doldurulan Səfəvi Azərbaycan dövlətinin tarixi reallqıla heç bir bağlantısının olmadığını sezəcəkdim. Lakin iş-işdən keçmişdi və artıq hələ də xalq Səfəviləri müqəddəs olaraq görür və bu ideologiyanın bağnazı halına gəlmişdir. Bir haldakı 1918-ci ildə milli dövlətin quruluşunda əməli və fikri olaraq əməyi keçən aydınlar Səfəviyət ideologiyasının Azərbaycanı və İranı Türk kültür hövzəsindən ayıraraq fars kültür hövzəsinə soxduğuyla bağlı bilgilərini açıqca kitablaşdırmışdılar.
1988-ci ildən başlayaraq davam edən meydan hərəkətinin söyləmləri ilə 1918-ci ildə dövləti quranların söyləmləri qarşılaşdırıldığında ilginc tablo ortaya çıxır. Əski nəslin söyləmində Bütöv Azərbaycan, Güney Azərbaycan deyə bir bilgi yoxdur. Onlar sırf türk milli kimliyinə dayanmışlar. Lakin Həsrət Ədəbiyatını yazanların əsərlərində bir yerdə də türk sözü keçməməkdədir. Parçalanmış Azərbaycan mifi də türk kimliyindən soyutlanmış biçimdə bəyan edilmişdir. Yəni tarixi gerçəklərlə heç bir bağlantısı olmayan bir biçimdə bəyan edilmişdir. Bu mif sovetlər dağıldıqdan sonra müstəqil Azərbaycan yazqısını olumsuz yöndə etkilədi. Qarabağda savaşlar gedərkən dövlətin ən yetkili ağızlarının “Güney Azərbaycan”, “Bütöv Azərbaycan”dan danışması anlamsız söyləmlər idi. Savaş gedən bir ölkədə nə demokrasi, nə də Güney söyləmi olmalıydı. Hər iki söyləm yenicə qurulmuş olan dövlətin güvənıliyini təhlükəyə soxurdu. Meydan hərəkəti millətçi, qətiətli və hərbçi lider yetişdirə bilmədi. Heç bir dövlət tarixdə demokratik yolla qurulmamışdır. Demokrasi bitməyən sürəcdir. Böyük bir imperatorluğun çökdüyü, ölkədə qanunların olmadığı bir dövrdə hərbçi, millətçi və diktator bir lider karizması qanunun yerinə oturmalıdır. Hər zaman böylə olmuşdur. Nitəkim İkinci Dünya Savaşının dalqaları ABD-yə çatdığında müxalifət qəzetləri qapadılmışdı və doğru olan da budur. Demokrasi dövlətin, ölkənin və millətin güvənliyindən üstün deyildir. Dövlətsizlik bədbəxtlikdir. Ən pis dövlət belə dövlətsizlikdən yaxşıdır. Qarabağdakı yenilgələrimizin tək səbəbi rusların Ermənistanı dəstəkləməsi deyildi. O zaman Rusiyanın başında Putin gibi qətiəyətli bir lider yox idi. Rusiya iç sorunları ilə boğuşurdu. Yenilgəmizin səbəbi yanlış söyləmlərlə uğraşan və güvənlik söyləmi yerinə, yanlış söyləmlər gəlişdirən yönətim idi. Bir rəhbərlik altında düzənli böyük təərrüz savaşı yapılmadı. Mərhum Elçibəy kəndisini Atatürkün əsgəri olaraq nitələsə də, Onun əsgəri gibi davranamadı, çünkü o kriz dönəminin lideri deyildi. Savaş sırasında yönətimin gəlişdirdiyi söyləmlərin heç birisi Azərbaycanın yazqısıyla əlaqəli deyildi. Nitəkim indi o söyləmlər sönmüşdür. Demokrasi adına hər yerindən qalxan dövlətə qafa tutamaz. Nitəkim 1995-ci ildə Heydər Əliyev çox doğru olaraq Cavadovlar qalxışmasını dəmir yumruqla basdırdı və doğru olan da bu idi. Dövlətin ilk ehtiyacı güvənlikldir və ilk görəvi də hansı yolla olursa olsun bu güvənliyi bərqərar etməsidir. Güvənlik həmən lazım olan ehtiyackən, demokratriya bitməyən uzun vədəli sürəc və uyqulamadır. Güvənliyi bərqərar edə bilməyən dövlət yönəticilərini kütlə məsxərə edib şəxsiyyətsizləşədirər. Demokratiya çalxantılı dövrün ehtiyacı ola bilməz. Bir sonrakı nəslin və nəsillərin ehtiyacı ola bilər. Yanlış söyləmlər böyük zərərlər doğurdu. Səfərbər olub yurdu qorumaq yerinə, gərəksiz miflər ürətildi. Güvənlik və dövlət qonusu ilə ilgili Atatürk uyqulamalarından bir örnək söyləmək istərəm.
Atatürk nə milli, nə də demokratik dövlət qurdu. Milli dövlət qurmadı, çünkü milli dövlətin qurulması üçün milli dil və milli dildə eyitim alaraq milli kimliyinin bilincində olan xalq kütləsi yox idi. Qramatikası olan bir dil olmadığından son dönəm Osmanlı aydınları romanlarını Fransızca yazırlardı. Atatürk dövləti qurduqdan sonra bu milləti yaratdı. Dövlətin gücünü də bu yaratma doğrultusunda səfərbər etdi. Milli dili, milli amacı, milli onuru olan və ərəb milliyətçiliyinə xidmət edən ümmətçilikdən ayrılan bir millət yaratdı. Böylə bir millət Atatürkdən öncə yoxdu. İnsanları Allah yaratsa da, hər bir millətin yaradıcı bir öndəri vardır. Türk millətinin yaradıcısı Atatürkdür. Atatürk demokratik dövlət də qurmadı. Dəmokratik dövlət qurmaq üçün xalqı aydınladan Volətlər, Rossolar gərəkirdi. Sərmayə, işçi və orta sinif lazımdı. Heç birsi yoxdu. Demokratik dövlət hansi intelektual denəyimlərə dayanaraq qurula bilərdi? Ayrıca, dünyada heç bir dövlət demokratik iradə ilə qurulmamışdır. Nitəkim günümüzdə demokratikləşmiş olan Almanyanın qurucusu Bismark qan və polat iradə ilə dövlət qurular deyə bir bəyanda bulunmuşdur. Dəmokrasi dövlət qurulub təməllərini möhkəmləndirdikdən sonra başlayan sürəcdir. O zaman Atatürk necə bir dövlət qurmuşdur? Atatürk laik dövlət qurdu. "Ən həqiqi mürşid elimdir" deyərək də doğruları camilərdə və dərgahlarda deyil, kəndi ağlında və elm ocaqlarında arayan bir millət inşa etməyə çalışdı. Dövlət gücü ilə də bunu təşviq etdi. Eyitim kitablarına bu anlayışı soxaraq əski ərəb xurafə və dastanlarını xalqın tarihsəl bəlləyindən arındırmayı yeylədi. Qutsal yerin camilər deyil, çocuqların eyitim aldıqları oxullar olduğu ideyasını topluma aşıladı. İştə milli dövlət qurma peşində qoşan bütün xalqların ehtiyacı olan da budur.
Azərbaycanda gəlişdirilən Səfəvi kültürü heyranlığı və azərbaycançılıq ideologiyası İrandakı türklərin də yazqısını olumsuz yöndə etkilədi. Gerçəkdən də Azərbaycanda qutsanan Səfəviyyət kültürü söyləndiyi gibi olmuşsa, o zaman biz daha öncə qurtulmalıydıq. Çünkü Səfəvi kültürü və həyat biçimindən biz qopmamış, hələ də bu xurafələrin içində xalqımız yaşayır. Ancaq heç bir sosial, milli və tarixi pozisiona sahib deyilik. Finlandiyada 100 min olan və öz dillərində məktəb və universitetlərə sahib Saami xalqı qədər də hüququmuz yoxdur. Heç bir şeyimiz yoxdur. Milli dövlət qurucusu liderlər millət və dövlət inşasında tarixə fərar etməzlər. Çünkü tarix əsla olduğu gibi təkrar olunmaz. Tarixə fərar etmək yerinə, yaşadığı çağın əqli imknalarına dayanaraq yeni orqanizasion təsis etməlidirlər.
İndi bu azərbaycançılıq basqısından İranda necə azad olacağıq? Heç bir siyasi, milli, elmi təcrübəsi olmayan gənclər bütöv Azərbaycan deyib, Güney Azərbaycan adına heç bir iş görə bilməyən təşkilat qurub yaxalanaraq illər boyu zindana məhkum edilirlər. Böylə mübarizəmi olar? Oysa biz Türkiyədəki kürdlərin mücadilə tərzindən faydalana bilərik. Bələdiyələri kürd şəhərlərində ələ keçirmişlər. Kürd bələdiyə başqanları bildiri yaydı ki, kim türkcəni və ədəbi kürdcəni yaxşı bilirsə, yüksək maaşla işə alırıq. Nədən bilirsinizmi? Türkiyədə türk dilinə tərcümə edilmiş bütün elmi və tarixi kitabları kürd dilinə tərcümə etdilər. Böyləcə kürdcə düşünə bilən bir xalq yaratmağa çalışdılar. Bizim gənclərə ötürülən azərbaycançılıq ideologiyası onların ağıllarını kor etmiş və ölkədə maddi-siyasi, sosial status qazanıb türk xalqına mədəni xidmət etmək yerinə, əvvəldən başlamaq yerinə, işi axırdan başlayırlar. Heç bir nəticə də əldə etmək olmur. Azərbaycançılığın İrandakı türkləri necə bədbəxt edəcəyi ilə bağlı bir ön görüdə bulunmaq istərdim.
Böyük Orta Doğu Projəsi kürdlər üçün yeni imkanlar yaratmaqdadır. İran parçalanırsa İranda Azərbaycan adına bir oluşum ortaya çıxamaz. Bunun üçün azərbaycançılıq ideologiyasının mədəni, siyasi, kültürəl qapasitəsi ədəbiyatı yox. İran parçalanırsa, İraq və Suriyədən sonra İranda da bir kürd oluşumu sağlanar. Böyük Kürdistanın yaranma planı irəlilər. Ayrıca, İranda kürd dağları silah anbarıdır və 150 ildir kürdlərin silahlı savaş təcrübələri vardır. İraqdakı yerəl və yabancı güclərin də dəstəyi ilə İran kürdləri bir vuruşla Urmu və çevrə şəhərləri işğal edərlər. Bizimkilər artıq şəhər həyatına alışmış, savaş psixologiyaları və təcrübələri yoxdur. Bu üzdən ailələrini götürüb qaçmaqdan başqa çarələri qalmaz. Örgütlənib savaşana qədər Qarabağ hadisəsi təkrarlanar. Milyonlarca qaçqın Azərbaycan Respublikasına, qismən də Türkiyəyə sığınar. Ölkələrin bölünməsi asan iş deyil. Savaş başlasa yabancı güclər də öz çıxarlarının peşində olacaqlar və böyük güclərin İranda türklərə dəstək vermələri bəklənəməz. Bu üzdən də Azərbaycan-İran-Türkiyə arasında güclü dostluq ilişkiləri bərqərar olmalıdır. Zamanla İran da demokratikləşmə sürəcinə girəcəkdir. Bu, qaçınılmaz sürəcdir. Sovetlərdən daha güclü deyildir İran. Bir sistemlə mücadilə etməklə o sistem çökməz. Sadəcə ona qarşı çıxanları məhv edər. Lakin bir sistem iç işləvsəlliyini itrib ideolojik, inancsal, kültürəl, ekonomik və mədəni çöküşə uğradığında mücadilə etmədən də kəndi-kəndisinə yox olar. İrandakı bu rejim də öylə olacaqdır. İrandakı türklər yalnızca və sadəcə olaraq mədəni və dilsəl sahədə aydınlanmalı, siyasi mücadiləni demokratikləşmə sonrasına ertələməlidirlər. Türkiyənin və Azərbaycanın təcrübələrindən yararlanaraq düşüncələrini türkləşdirməli və kadrlaşmalıdırlar.
Millətlərin gövdə olaraq kiçilib və ruh olaraq böyüdükləri dönəmlər olmuşdur. Azərbaycan Respublikası gövdə olaraq kiçik olsa da, ruh olaraq böyüməlidir. İqtisadi sıçramalar gerçələşdirməlidir. Bakının susuz torpaqlarında təmiz və dadlı zeytunlar yetişir. Bakı-Masallı-Cəlilabad-Şirvan arası ərazi tamamən zeytun bağlarına dönüşə bilər. Dünyanın, özəlliklə Qərbin bütün zeytun ehtiyacını gedərər. Neftdən gələn gəlirin bir neçə qatı ölkəyə sərmayə axar. Ölkənin iqlimi dəyişər və milyonlarca işçi İrandan gəlib orada mədəni işlərdə çalışar. İllik ortalama gəliri 30 min doların üstündə olan Azərbaycan Respublikasının əhalisi bu əsrin sonuna doğru 50 milyonun üzərində olar və savaşmadan xalq daşıb İrəvana, Dərbəndə yerləşər. Böylə bir planla tarixi torpaqlarımızı sərmayənin və ağlın gücü ilə əldə edə bilərik. İrandakı türklərin də bu durumda mədəni və siyasi statusu dəyişər. 100 milyonluq Türkiyədən, 50 milyonluq Azərbaycan Respulikasından gələn kültürəl basqı türklük bilincinin oyanışına hız verər. Daxili zərurətin də gərəksinimi üzündən Türk dili İranda rəsmi dövlət dili olar. Böyləcə Türk mədəni və dil birliyinin tarixi altyapısı atılmış olar. Bu mövzunu son bölümdə açıqlamağa çalışacağam.
Guntay Gencalp