"Tesla"nın yeni modelinin gizli şəkilləri yayıldı

2-06-2025, 12:28           
"Tesla"nın yeni modelinin gizli şəkilləri yayıldı
İnternetdə "Tesla" şirkətinin yeni maşınının prototipinin xəlvəti çəkilmiş fotoşəkilləri yayılıb.

"Electrek" nəşri xəbər verir ki, yeni avtomobil şirkətin Frimontdakı zavodundan qeydə alınıb.

Dron operatorunun çəkdiyi fotoşəkillər "Tesla"nın yeni və daha büdcəli modelinin istehsalına hazırlaşdığını göstərir.

Sözügdən prototipin arxa və ön hissələrində yüngül kamuflyajı var. Yeni avtomobil adi "Model Y"yə çox oxşayır.

Güman edilir ki, bu, "Model Y"nin sadələşdirilmiş versiyasıdır. Maşında funksiyaların sayının az olacağı təxmin edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru