Ermənistandakı qüvvələrin planları

2-06-2025, 12:14           
Ermənistandakı qüvvələrin planları
Hələ ötən ilin payızında Ermənistan ilə Azərbaycan arasında Sülh sazişi bağlana biləcəyi barədə məlumatlar KİV lərdə yayımlanırdı. 2025 ci ilin martı isə şərti sərhəddən Avropa müşahidə missiyasının çıxarılması barədə razılığa gəlmə üstəlik hər iki tərəfin yekun sülh üçün təklif və şərtlərinin bəyanından sonra müqavilənin nə vaxt imzalanacağı məsələsi gündəmə gəldi də, fəqət ilin 5 ayını geridə qoysaq da, İrəvan tərəfindən hər hansı ciddi addım atılmır. Şübhə yoxdur ki, bu gecikmədə və sərhəddə təxribatların baş verməsində Fransa, ABŞ, Rusiya kimi ölkələr maraqlıdır.
Cənubi Qafqazda qeyri sabitlik bir neçə xüsusi planın hissəsidir.
Ən birincisi, Rusiya tərəfi yaxşı anlayır ki, sülh olsa nə Ermənistanın ərazisində hərbi baza saxlamaq şansı var nə də Qafqazda nüfuzunu qorumaq.
Keşiş Qalustanyan kimi Moskva ilə xüsusi gizli əməkdaşlıq edən şəxslər Paşinyan hökümətinin sülh məsələsini müzakirəyə gətirdiyi anda etirazlar təşkil etdirməsi də havayı yerə deyil.
Məqsəd Paşinyan hökümətini devirməklə yaxud Azərbaycanla müharibəyə cəlb etməklə regionda xaos yaratmaq, Rus sülhməramlılarını ölkəmizin sərhədlərinə yaxın ərazilərdə yerləşdirmək, yeri gəlsə bu qüvvələrdən Bakıya qarşı istifadə etmək.
Həm də, Ermənistanın NATO a üzv ola bilmə ehtimalı Moskvanın maraqlarına ziddir, onsuz Ukraynanı itirdikdən sonra, Şərqi Avropada gücü azalan bu ölkə İrəvanı itirməklə Qafqazı şahmat taxtasında uduzmaq istəmir. Rusiya anlayır ki, Azərbaycan Ermənistan arasında Sülh sazişi bağlansa Türk Ölkələrinin birləşməsi üçün əlverişli şərait yaranacaq, İrəvan bütün ərazi iddialarından konstitusiyon formada əl çəkəcək və beləcə sabit zonaya” asayiş keşikçisi” lazım olmayacaq.
Fransa, ABŞ və digər Avropa Ölkələrinin Ermənistana yardımında real məqsədləri isə Rusiyanı qıcıqlandırıb hərbi müdaxiləyə məcbur etmək və Ukrayna cəbhəsində topladığı güclərinin bir qismini ikinci cəbhəyə yönəltmək həm də Azərbaycana qarşı silahlandırılma işləri aparıb Türkiyə Azərbaycan müttəfiqliyinin qarşısını almaq istəyir.
10 noyabr 2020 3 tərəfli müqaviləsinə əsasən Azərbaycan Zəngəzur dəhlizindən istifadə etmək hüququnu əldə etmişdi lakin, 5 il ərzində Bakıya bu hüquq verilmədi.
Nəzərə alsaq ki, Azərbaycanın 100 il öncə özünün qərarı olmadan ərazilərinin Ermənistan SSR ə verilməsi beynəlxalq və hüquqi baxımdan Ciddi qanun pozuntusudur və bu gün həmin ərazilərə deportasiya edilmiş əhalinin qaytarılması, siyasi, sosial, etnik milli hüquqlarının tanınması İrəvan üçün İstanbul və Bakı ilə münasibətlərin normallaşdırılması rolu oynayardı.
Fəqət, maraqlı qüvvələr və Ermənistandakı revanşist qüvvələr hərbi dəstək və taktiki planlara əsasən bu addımları atmaq istəmir.
İsa İsmayılov Elşad Oğlu,siyasi şərhçi
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.