Oğlunun bədənindən cin çıxarmaq istəyən ana ONU ÖLDÜRDÜ

2-06-2025, 12:44           
Oğlunun bədənindən cin çıxarmaq istəyən ana ONU ÖLDÜRDÜ
Florida ştatında evdnə 6 yaşlı ölü uşaq tapılıb.

Ölümlə bağlı cinayət işinin araşdırılması zamanı anası ona "uşağın bədənindən cinləri çıxarmaq" əmri verildiyini deyib.

“Cebheinfo.az” bu barədə “NBC News”-a istinadən xəbər verir.

Şerif Riçard Del Toro Jr uşağın cəsədinin cümə günü səhər saat 10 radələrində ailənin Fort Pirsdəki evindəki çarpayısında tapıldığını söyləyib. Uşaqla bağlı narahatlığı məktəb polisə bildirib. O, rəsm əsərlərinin sərgisinə qatılmalı olsa da, məktəbə getməyib.

Toro bildirib ki, onun anası, 31 yaşlı Rhonda Paulinis ikinci dərəcəli qətl və ölüm barədə məlumat verməməkdə ittiham edilib.

Şerif mətbuat konfransında deyib:

"Ana ilə söhbətdən öyrəndiyimiz odur ki, o, Allahın ona uşağın bədənindən cinləri qovmağı əmr etdiyinə inanıb. Uşaq hərəkət etməyi dayandırdıqda və vəfat edəndə, o, uşağın bu cinlərdən azad olduğunu düşünüb".

Uşaq otağındakı yatağında ölü tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru