Super Heavy+Starship sisteminin doqquzuncu sınaq uçuşu (Flight 9) da fiasko oldu. VİDEO

2-06-2025, 15:18           
Super Heavy+Starship sisteminin doqquzuncu sınaq uçuşu (Flight 9) da fiasko oldu.  VİDEO
Konstruksiya, dizayn və idarəetmə sistemlərinin kifayət qədər inkişaf etmədiyi ortaya çıxdı.
Super Heavy gücləndiricisi ilə əlaqə qalxdıqdan altı dəqiqə sonra kəsildi. Kosmik gəmi Afrikada, Namibiya üzərindən orbitdən çıxdı. Onun yanmamış qalıntıları ehtimal ki, Hind okeanına düşdülər.
Starshib Ay və Mars uçuşları üçün hazılanır, lakin indiyə qədər heç bir sınaqdan çıxa bilməyib. Uğursuzluqlar SpaceX gəmisinin Ay modulu olaraq seçildiyi Artemis proqramının bir hissəsi olduğu üçün NASA astronavtlarının Aya eniş tarixlərini gecikdirərək irəli tarixə ertələyir.
Bütün bunlara baxmayaraq Starship 21-ci əsrin ən iddialı mühəndis layihələrindən biri olaraq qalır. Doqquzuncu uğursuzluq sadəcə növbəti qəza deyil, SpaceX-in imicinə dəyən zərbədir.
Bunun da səbəblərindən biri İlon Maskın bir ildən çoxdur ki, işini-gücünü buraxıb Donald Tramp kimi bir avantüristin dalınca düşməsidir. Bəlkə də elə buna görə Mask siyasətdən uzaqlaşıb layihələrinə geri döndü…
https://t.me/ibrahim_nebioglu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru