Sibiri türklərin tarixi vətəni adlandıran Rusiyalı deputata qarşı cinayət işi ŞOK

2-06-2025, 11:16           
Sibiri türklərin tarixi vətəni adlandıran Rusiyalı deputata qarşı cinayət işi ŞOK
Rusiya Federasiyası Kommunist Partiyası(RFKP) Yuqranın Xantı-Mansiysk muxtar dairəsi Dumasının deputatı Xalid Tağı-zadənin bölgəyə miqrasiya ilə bağlı bəyanatından sonra onun mandatdan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.

Moderator.az-ın Rusiya mediasına sitinadla verdiyi xəbərdə deyilir ki, dairə parlamentinin iclasında Tağı-zadə bildirib ki, Sibir indiki Orta Asiya ərazisindən gələn trük miqrantlar üçün yad diyar deyil:

"Baxın, bizim Yuqra və Tümen vilayətinin bir hissəsi - bura tarixən Sibir xanlığı olub. Məlum olduğu kimi, onu Xan Kuçum idarə edib. Bu, Şibanilar sülaləsidir. Bu, Buxara xanlığından olan hakim özbək sülaləsidir. Bəlkə miqrantlar öz tarixi vətənlərinə gəlirlər..."

Bu bəyanat geniş ictimai rezonansa və həmkarlarının tənqidinə səbəb olub. RFKP-nin Xantı-Mansiysk muxtar dairəsinin Sovetski rayon komitəsinin rəhbəri Artem Aminovun “Podyom” nəşrinə verdiyi açıqlamaya görə, Tağı-zadə əvvəllər “nizamnamənin bir sıra müddəalarını pozduğuna görə” partiyadan xaric edilib, lakin o, heç bir fəaliyyət göstərməsə də, dairə Dumasındakı RFKP fraksiyasında rəsmi olaraq qalmağa davam edir."

Aminov həmçinin qeyd edib:

"O, ilkin olaraq sıralarımızın üzvü olduğundan Duma fraksiyasına qəbul olundu. Onu partiyadan çıxaran zaman biz də onu fraksiyadan çıxarmağa çalışdıq. Amma federal qanunlar buna imkan vermir. İndi biz ümid edirik ki, Dumanın kollegial qərarı onu nəinki RFKP fraksiyasından çıxaracaq, həm də deputat mandatından məhrum edəcək".

Öz növbəsində, Dövlət Dumasının deputatı Vladimir Sısoyev Rusiya Baş Prokurorluğuna deputat Tağı-Zadənin ifadələrində ekstremizm olub-olmamasının yoxlanılmasını tələb edən sorğu göndərib. Sısoyev hesab edir ki, onun bəyanatları etnik ədavətin qızışdırılması deməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.