ELDAR MAHMUDOV HƏLƏ DƏ İSTİNTAQ ALTINDADIR - Şəxsiyyət vəsiqəsi üçün müraciət etdi, amma…

2-06-2025, 16:06           
 ELDAR MAHMUDOV HƏLƏ DƏ İSTİNTAQ ALTINDADIR -
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

Bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından verilən məlumatda deyilir.

Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.

Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır.

Xatırladaq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində bir neçə dəfə dindirilən Eldar Mahmudovun həbs edilməməsinə baxmayaraq, ölkədən çıxışına məhdudiyyət qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru